F O S F O R
Fosfor V qrupun əsas yarımqrupunda yerləşir.
Sıra nömrəsi 15, atom kütləsi
31-dir, üç və beş valentlik göstərir. Birləşmələrdə
-1, -3, +1, +3, +5 oksidləşmə dərəcəsi göstərir.
Təbiətdə fosforun bir stabil izotopu var 31P.
Atomunun elektron quruluşu aşağıdakı kimidir.
1S22S22P63S23P3
Fosforun xarici elektron təbəqəsində
boş d-orbitalı olduğundan həyəcanlanma zamanı 3S2 təbəqəsindəki
elektron 3d orbitalına keçir və bu zaman beş tək elektron olur. Ona görə də
azotdan fərqli olaraq fosfor beş valentlik göstərir. Fosfor təbiətdə yalnız
birləşmələr şəklində tapılır. Əsas mineralı Ca3(PO4)2-fosforit,
Ca3(PO4)2F2-ftor apatit, və
hidroksoapatitdir Ca3(PO4)2OH. Bundan başqa
fosfor zülalların və sümüklərin tərkibində olur. Hidroksil apatit sümüyün
mineral hissəsini, ftor apatit dişin, fosforun mürəkkəb üzvi törəmələri beyin
kletkalarının tərkibinə daxildir.
Fiziki xassələri. Fosforun üç allotropik şəkildəyişməsi var: ağ,
qırmızı, qara.
Ağ fosfor-bərk maddədir. İşıqda asanlıqla saralır, sonra isə
qızarır. Ağ fosfor molekulyar kristal quruluşa malikdir. Ağ fosfor molekulu
dörd atomlu olub (P4) tetraedr formasındadır.
Molekulun əmələ gəlməsində hər atomdan üç p-orbitalı
iştirak edir. Bunlar ancaq
rabitələr əmələ gətirir. Dörd fosfor atomu
birləşdikdə p-orbitalları arasındakı bucaq 90
-dən 60
-yə qədər azalır.
Buna görə də P4 molekulunu gərilmiş yaya bənzətmək olar. Yəqin ki ağ
fosforun yüksək reaksiya qabiliyyətini bu səbəbə görə izah etmək olar.
Ağ fosforun kristal quruluşunda fosfor
molekulları, molekullar arası rabitə (Van-der-Vaals qüvvəsi) hesabına birləşirlər.
Buna görə də ağ fosfor müxtəlif təsirlər nəticəsində (temperatur, həlledici)
asanlıqla fosfor molekullarına qədər parçalanır. Bu səbəbdən o asanlıqla əriyir,
uçucudur və müxtəlif həlledicilərdə həll olur. 44
temperaturda əriyərək rəngsiz mayeyə çevrilir.
287
temperaturda qaynayır. Suda az həll olur,
ancaq bir çox həlledicilərdə (karbon di sulfiddə, toluolda) yaxşı həll olur.
Ağ fosfor çox zəhərlidir. 0,15 q insanlar üçün öldürücü
təsir edir.
Ağ fosfor otaq temperaturunda asanlıqla buxarlanır
və onun buxarı oksidləşir. Bu reaksiyanın enerjisi çox vaxt işıq enerjisinə
çevrilir. Bu da ağ fosforun qaranlıqda işıq saçmasına səbəb olur. Ağ fosfor çox
aktiv olduğuna görə onu suyun altında saxlamaq lazımdır. Ağ fosfordan ən çox
qırmızı fosforun alınması üçün, həmçinin hərbi sursatlarda yandırıcı və tüstü əmələgətirici
maddə kimi istifadə edilir.
Qırmızı
fosfor. Qırmızı fosfor ağ fosforu
havasız şəraitdə təzyiq altında 250-300
temperaturda qızdırmaqla alınır. Bu prosesdə
az miqdarda yoddan katalizator kimi istifadə edilir.
Qırmızı fosfor qırmızı qonur rəngli toz halında
maddədir. Zəhərli deyil, karbon-disulfiddə həll olmur. Atom kristal qəfəsinə malikdir.Qırmızı
fosfordan kibrit istehsalında istifadə edilir.
Qara
fosfor. Qara fosfor ağ fosfordan 200
temperaturda qızdırmaqla yüksək təzyiq altında
alınır. O, həmçinin polimer quruluşa, təbəqəli atom kristal qəfəsinə malikdir.
Xarici görünüşünə görə qrafitə bənzyəir. O, elektrik cərəyanını keçirir,
toxunduqda yağlılıq hiss olunur. Qara fosfor çox inertdir, yalnız 490
temperaturda alovlanır.
Alınması. Fosfor sənayedə kalsium fosfatdan alınır. Bu prosesdə karbon
reduksiyaedici, kvars qumu isə şlak əmələgətirici kimi götürülür. Fosforun
alınmasını aşağıdakı kimi göstərmək olar.
Ca3(PO4)2+3SiO2→3CaSiO3+P2O5
P2O5+5C→2P+5CO
Ca3(PO4)2+3SiO2+5C→3CaSiO3+2P+5CO
Əmələ gələn CO və qaz halında olan fosfor reaksiya
gedən peçdən çıxdıqdan sonra su ilə dolu soyuducuya daxil edilir, fosfor ağ
fosfor şəklində çökdürülür. Bu üsul 1806-cı ildə Völer tərəfindən təklif
olunmuşdur.
Fosforu aşağıdakı üsullarla da almaq olar.
Ca3(PO4)2+14C→3CaC2+2P+8CO
Fosforun sümükdən alınması üsulu 1771-ci ildə
Şeyele tərəfindən verilmişdir.
Ca3(PO4)2+2H2SO4→2CaSO4+Ca(H2PO4)2
3Ca(H2PO4)2+10C→P4+ Ca3(PO4)2+10CO+6H2O
Kimyəvi xassələri. Fosfor kifayət qədər aktiv qeyri-metaldır. Ağ
fosfordan qara fosfora doğru getdikcə kimyəvi aktivlik azalır. Fosfor
qeyri-metallardan yalnız hidrogenlə birbaşa qarşılıqlı təsirdə olmur. Oksigen və
xlorla daha asan qarşılıqlı təsirdə olur.
Oksigen, xlor və kükürd ilə reaksiya zamanı maddələrin
kütlə nisbətindən asılı olaraq müxtəlif maddələr alınır.
4P+5O2→2P2O5
4P+3O2→2P2O3
2P+3Cl2→2PCl3
2P+5Cl2→2PCl5
2P+3S→P2S3
2P+5S→P2S5
Fosfor 700
temperaturda mis katalizatorunun iştirakı ilə
su ilə reaksiyaya daxil olur.
P4+16H2O→4H3PO4+10H2
Xlor anhidridləri su ilə birləşərək hidrolizə
uğrayır və iki turşu alınır.
PCl3+3H2O→H3PO3+3HCl
PCl5+4H2O→H3PO4+5HCl
Fosforun halogenli birləşmələrini almaq üçün əsasən
fosforla halogenlərin bir başa reaksiyasından istifadə olunur.
Adi şəraitdə PF3-qaz, PCl3 və
PBr3 maye, PJ3 asan əriyən bərk maddələrdir.
PF3→PCl3→PBr3→PJ3
sırası üzrə birləşmələrin polyarlığı və davamlılığı azalır. Fosforun halogenidləri
elektron-akseptor təbiətli birləşmələrlə qarşılıqlı təsirdə olaraq kompleks
birləşmələr əmələ gətirir.
PCl3+ BCl3→P[BCl6]
Fosforun triftorid və trixlorid birləşmələri
d-elementləri ilə reaksiyada liqand qismində ola bilər.
Qızdırdıqda fosfor əksər metallarla reaksiyaya
daxil olaraq fosfidlər əmələ gətirir.
3Ca+2P→Ca3P2
Fosfidlər su ilə və ya xlorid turşusu ilə
reaksiyaya daxil olaraq fosforun hidrogenli birləşməsi (fosfin) əmələ gəlir.
Ca3P2+6H2O→3Ca(OH)2+2PH3
Ca3P2+6HCl→3CaCl2+2PH3
Fosfin havada alovlanan, son dərəcə zəhərli qaz
olub, iylənmiş balıq iyi verir. Fosfin həmçinin fosforun əsasi mühitdə öz-özünə
oksidləşmə-reduksiya reaksiyası nəticəsində də alınır.
4P+3NaOH+3H2O→3NaH2PO2+PH3
Fosfində əsaslıq xassəsi ammonyakın əsaslıq xassəsindən
zəifdir. Fosfinin suda məhlulu PH4OH əsasi xassə göstərmir. Fosfin
ammonyaka nisbətən suda pis həll olur. Çox güclü turşularla fosfinin qarşılıqlı
təsirindən fosfonium duzları əmələ gələ bilər.
PH3+HJ→ PH4J-fosfonium yodid
PH3+HClO4→ PH4ClO4-fosfonium
perxlorat
Bu duzlar su və qələvilərlə qarşılıqlı təsir nəticəsində
yenidən parçalanıb PH3 əmələ gətirir.
[PH4]J+H2O→PH3+J-+H3O+
[PH4]J+NaOH→PH3+H2O+NaJ
FOSFORUN OKSİDLƏRİ
Fosfor oksigenlə birləşərək P2O3
və P2O5 formullu iki oksid əmələ gətirir. Bu onların
empirik formullarıdır. Buxar halında dimer (P4O6, P4O10)
şəklində olurlar. Adi şəraitdə bu oksidlər bərk halda olurlar. P2O3
və P4O6-nın qrafiki formulları aşağıdakı kimidir.
P4O10 molekulu dörd ədəd PO4
tetraedrindən əmələ gəlib, hər fosfor atomu üç qonşu fosfor atomları ilə ümumi
oksigen vasitəsilə birləşir.
P2O3 fosforun oksigen az olan mühitdə oksidləşməsindən
alınır.
4P+3O2→2P2O3
P2O3 ağ rəngli kristallik
maddədir. Çox zəhərlidir, havada öz-özünə oksidləşərək P2O5-ə
çevrilir.
P2O3+O2→P2O5
Turşu və qələvilərlə qarşılıqlı təsirdə olur.
P2O3 suda həll olaraq fosfit
turşusu əmələ gəlir.
P2O3+3H2O→2H3PO3
Fosfit turşusu rəngsiz, kristallik maddədir, suda
yaxşı həll olur. Orta qüvvətli iki əsaslı turşudur.
Onun duzları fosforitlər adlanır.
2NaOH+H3PO3→Na2HPO3+2H2O
Güclü reduksiyaedici xassə göstərir.
Hg+2Cl2+H3P+3O3+H2O→H3P+5O4+Hg0+2HCl
Fosfit turşusunu qaynama temperaturuna qədər
qızdırdıqda fosfat turşusu və fosfin əmələ gətirməklə parçalanır.
4H3PO3
3H3PO4+PH3
PCl3-ün su ilə reaksiyasından fosfit
turşusunu almaq olar.
PCl3+3H2O→H3PO3+3HCl
H3PO3-dən başqa fosforun
oksidləşmə dərəcəsi +3-ə uyğun gələn H4P2O5-pirofosfit
turşusu da əmələ gətirir.
Pirofosfit turşusunu aşağıdakı sxem üzrə alırlar.
5H3PO3+ PCl3→3H4P2O5+3HCl
İki əsaslı turşu olub, az davamlı maddədir.
Fosfor hipofosfat turşusu da əmələ gətirir.
Hipofosfat
turşusu və hipofosfatlar aşağıdakı reaksiyalar üzrə alınır.
2P+Ba(OH)2+3H2O2→BaH2P2O5+3H2O
BaH2P2O5+H2SO4→H4P2O5+BaSO4
Hipofosfat turşusunun qrafiki formulu aşağıdakı
kimidir.
Hipofosfat turşusu dörd əsaslı turşudur. Özü və
duzları az davamlıdır.
Fosfor oksidləşmə dərəcəsi +1 olan hipofosfit
turşusunu da əmələ gətirir. Hipofosfit turşusunun anhidridi yoxdur və aşağıdakı
reaksiyalar üzrə alınır.
2P4(ağ)+3Ba(OH)2+6H2O→3Ba(H2PO2)2+2PH3
Ba(H2PO2)2+H2SO4→
BaSO4↓+2H3PO2
Orta qüvvətli bir əsaslı turşudur. Quruluş formulu
aşağıdakı kimidir.
Hipofosfit turşusunun duzları suda yaxşı həll olur.
Hipofosfit turşusu və onun duzları qüvvətli reduksiyaedicidirlər.
2Ni2++ H2PO2-+2H2O→2Ni+PO4-3+6H+
NaH2PO2+NiCl2+H2O→NaH2PO3+Ni+2HCl
Suda məhlulda HgCl2 ilə qarşılıqlı təsirindən
fosfit turşusuna çevrilir.
Difosfor penta oksid (fosfor 5-oksid), fosforun havada və oksigendə
yanmasından alınır.
P4+5O2→P4O10
4P+5O2→2P2O5
Fosfor (V) oksid P2O5 ağ rəngli
tozdur. P2O5 güclü hiqroskopik maddədir. Bu xassəsinə görə
ondan qazların və mayelərin qurudulmasında istifadə edilir. Məsələn, o bir sıra
turşularla reaksiyaya girərək onları oksidlərinə çevirir.
P2O5+6HClO4→2H3PO4+3Cl2+3Cl2O7
P2O5+6HNO3→2H3PO4+3N2O5
P2O5+3H2SO4→2H3PO4+3SO3
P2O5 su ilə reaksiyaya
girdikdə suyun miqdarından və temperaturdan asılı olaraq meta-, piro və
ortofosfat turşuları əmələ gətirir.
P2O5+H2O→2HPO3 metafosfat
turşusu
P2O5+2H2O→H4P2O7
pirofosfat turşusu
P2O5+3H2O→2H3PO4
ortofosfat turşusu
Bu turşuların əksəriyyəti polimer formada olur.
P2O5→( HPO3)n→(H4P2O7)n→(H3PO4)n
P2O5 və onun əmələ gətirdiyi
turşuların qrafiki formulu aşağıdakı kimidir.
Bu turşulardan ən əhəmiyyətlisi fosfat turşusudur.
Fosfat turşusu zəhərli deyil, ona görə də ondan yeyinti sənayesində siropların
hazırlanmasında istifadə olunur.
H3PO4 şəffaf kristallik maddədir.
Su ilə istənilən nisbətdə qarışır. Fosfat turşusu orta qüvvətli turşudur.
Sənayedə ortofosfat turşusu fosforit mineralından
alınır.
1. Hidrolitik üsul. Fosforit və apatit mineralına
qatı sulfat turşusu ilə təsir etməklə
Ca3(PO4)2+3H2SO4→3CaSO4+2H3PO4
3Ca3(PO4)2∙CaF2+10H2SO4→10CaSO4+6H3PO4+2HF
Bu üsulla alınan turşu aşağı keyfiyyətli olur və
ondan gübrə istehsalında istifadə olunur.
2. Pirolitik üsul. Bu üsulda fosforit mineralını mərhələlərlə
işləyirlər.
Ca3(PO4)2
P
P2O5
H3PO4
Bu üsulla qatılığı 80%-ə qədər olan təmiz turşu
alırlar.
Fosfat turşusunu laboratoriyada almaq üçün fosforu
qatı və ya duru nitrat turşusu ilə oksidləşdirirlər.
3P+5HNO3(duru)+2H2O→3H3PO4+5NO
P+5HNO3(qatı)→H3PO4+5NO2+H2O
Kimyəvi xassələri. Ortofosfat turşusu orta qüvvətli, üç əsaslı
turşudur. Turşular üçün xarakterik olan bütün xassələri göstərir. Aktivlik
sırasında hidrogenə qədər olan metallarla, oksidlərlə, əsaslarla reaksiyaya
girir, özündən zəif olan turşuları onların duzlarından sıxışdırıb çıxarır.
2H3PO4+6Na→2Na3PO4+3H2
3CaO+2H3PO4→ Ca3(PO4)2+3H2O
3ZnO+2H3PO4→Zn3(PO4)2+3H2O
3Na2CO3+2H3PO4→2Na3PO4+3CO2+3H2O
Fosfat turşusu üç əsaslı turşudur və mərhələlərlə
dissosiasiya edir.
H3PO4↔H++H2PO4-
H2PO4-↔ H++HPO42-
HPO42-↔ H++PO43-
Fosfat turşusunu ehtiyatla qızdırdıqda pirofosfat,
sonra isə metafosfat turşusuna çevrilir.
2H3PO4→H4P2O7+H2O
H4P2O7→ 2HPO3+H2O
Ortofosfat turşusu qələvilərlə reaksiya zamanı
turşu və qələvinin mol nisbətindən asılı olaraq fosfat, hidro və ya
dihidrofosfatlar əmələ gətirir.
NaOH+H3PO4→NaH2PO4+H2O
2NaOH+H3PO4→Na2HPO4+2H2O
3NaOH+H3PO4→Na3PO4+3H2O
Alınan fosfat və hidrofosfat duzları H3PO4
ilə reaksiyaya daxil olur.
2Na3PO4+H3PO4→3Na2HPO4
Na2HPO4+H3PO4→2NaH2PO4
NaH2PO4+H3PO4→reaksiya
getmir
Ammonium və qələvi metalların fosfatları suda həll
olur. Qalan bütün fosfatlar çöküntü halındadır. Bütün dihidroortofosfat duzları
suda həll olur, hidroortofosfatlar isə zəif həll olur.
Suda hidroliz zamanı fosfatlar və hidrofosfatlar qələvi,
dihidrofosfatlar isə turş reaksiya göstərirlər.
K3PO4-↔3K++PO43-
PO43-+HOH↔HPO42-+OH-
K2HPO4↔2K++HPO42-
HPO42-+HOH↔H2PO4-+OH-
KH2PO4↔K++H2PO4-
H2PO4↔ HPO42-+2H+
PO43- ionu məhlulda Ag+
ionu ilə təyin olunur.
K3PO4+AgNO3→Ag3PO4↓
+3KNO3
sarı çöküntü
3Ag++PO43-→ Ag3PO4↓
Tətbiqi: Fosforun üzvi birləşmələri əsasında infektisidlər (xlorofos, tiofos)
hazırlanır.
Ağ fosfordan yandırıcı maddələrin, əl
qumbaralarının hazırlanmasında və bəzi dərman maddələrinin alınmasında istifadə
olunur.
Kibrit qutusunun yan səthinə qırmızı fosfor,
stibium 3-sulfid, dəmir (Fe2O3+SiO2) və
yapışqandan ibarət qarışıq çəkilir. Kibrit çöpünün yanına çəkilən qarışığın tərkibi
isə oksidləşdiricidən (KClO3 və ya MnO2), kükürddən,
narın əzilmiş şüşədən və yapışdıırıcıdan ibarət olur. Kibritin yandırılması
aşağıdakı tənlik üzrə baş verir.
Qara fosforun xüsusi tətbiq sahəsi yoxdur.
Fosforun bioloji rolu. Fosfor əsas biogen elementlərdən biridir. Fosfor
DNT, RNT, AMF, ADF, ATF yaranmasında sümüklərin və dişlərin, orqanizmdə lipidlərin
yaranmasında mühüm rol oynayır. Fosfolipidlər adlı bu maddələr: xolinfosfatidlər,
kolaminfosfatidlər, serinfosfatidlər və s. fosfatidlər zülallarla birlikdə
hüceyrə membranının, hüceyrə orqanoidlərinin (nüvə, ribosom, mitoxondriya) əsasını
təşkil edir. Müxtəlif maddələrin, xüsusilə yağların bir toxumadan digərinə
daşınmasında mühüm rol oynayır.