Qaz — ucuz və
ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan ölkələr Rusiya (1-ci
yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır.
Tarixi
Yanar qazların sənaye və
məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü
termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını
almışlar. İlk dəfə olaraq bu üsuldan 1830-1840-cı illərdə İngiltərədə
geniş istifadə olunmuş, daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı
zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və
nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas
genişliyi çox böyük olmamışdır. Artıq XX əsrin ortalarında
digər yanar qazlarla yanaşı, təbii qazdan da sənayedə, məişətdə istifadə
olunmasına başlanmışdır. Tarixi mənbələr təbii qazdan geniş istifadənin ABŞ-da təşəkkül
tapdığını canlandırır. Bu proses ölkədə iri qaz yataqlarının kəşfi ilə əlaqədar
start götürür.

1831-ci ildə Kanaua manufakturalarında yanacaq kimi, təbii
qazdan istifadə hadisəsi isə ABŞ-da qaz sənayesinin başlanğıcı tarixi hesab
olunur. Sonralar burada boruyayma sənayesində və məişətdə təbii qazın geniş
istehlakına başlanılmışdır. XIX əsrin sonunda
ölkədə 2 milyard kub metr qaz hasil olunmuş və bu göstərici 1920-ci ildə 23
milyard kub metrə yüksəlmişdir. Dünya qaz statistikasında ABŞ 1940-cı ilə qədər
demək olar kı, yeganə təbii qaz istehsalçısı ölkə kimi qalmışdır. Təbii qazın
hasilatını ilk təmin ölkələr sırasında Venesuela məxsusi
yer tutur. 1940-cı ilə qədər qaz hasilatında o, yalnız ABŞ-dan geri qalırdı.
Tarixin sonraki inkişaf mərhələsində qaz hasilatı Kanada, Braziliya, Argentina, Avstraliyada, Yaxın Şərqdə, Avropa ölkələri-Rumıniya, İspaniya, Fransa, İtaliya, Hollandiya və Polşada da
təşəkkül tapdı. XX əsrin ikinci yarsında isə planetin əksər sivilizasiyon
regionlarında təbii qazdan istifadə adi reallığa çevrildi. Həmin zamanlardan
başlayaraq təbii qaz istehsalı tam sənayeləşmə mərhələsinə daxil oldu. Təbii
qaz kimya sənayesində geniş tətbiqini tapdıqca onun istilik, energetik primatı
da mülayimləşmişdir. Lakin bununla belə, onun istehlakında energetik və kimyəvi
müstəvidə paritetlik qəti müəyyən olunmamışdır.
İspaniyanın
şimalında, Fransada (Lak yatağı), Hollandiyada (Sloxtern
yatağı), Almaniyada, Polşada, Rumıniyada, Avstriyada iri
qaz yataqlarının kəşfi ilə əlaqədar olaraq Avropada qazlaşma inkişaf tapmış və
sürətlənmişdir. Sonradan Şimal dənizinin Böyük Britaniyaya məxsus sektorunda və
70-ci illlərdə Norveçdə nəhəng qaz yataqlarının kəşfi, Sovetlər İttifaqının
izafi qaz resurslarının Avropaya nəqli bu makroregionda qaz sənayesinin daha da
sürətli inkişafına səbəb olmuşdur. Hazırda isə Avropa, xüsusən də Qərbi Avropa
regionu dünyanın ən yüksək inkişaf etmiş qaz sənayesi kompleksinə, müasir qaz
təchizat şəbəkəsinə və yüksək keyfiyyətli sənaye, məişət qaz avadanlıqları
istehsal edən müəssisələrə malikdir. Burada əsas qaz satışını Rusiya,
İngiltərə, Norveç və Hollandiya dövlətləri həyata keçirir. Ehtiyatların 1/3
hissəsi, 16 trilyon kubmetr Şimal Dənizi («QRONİGEN» yatağı) və Hollandiyada
çəmləşmişdir.
Afrikada da qaz hasilatı əsrimizin 60-cı
illərinə qədər əsasən zəif olmuş və bu illərdə şimalda, cənub-qərb ərazilərdə, Əlcəzair, Liviya, Nigeriya və
digər bölgələrdə neftli-qazlı yataqların, xüsusən iri qaz yatağı «XASSİ
RMEYL»in kəşfi bu qitədə qazlaşmaya sürət vermiş və hasilatı 10-12 milyard
kubmetr həcminə çatmışdır. İndi təkcə Nigeriyada hər il 30 milyard kubmetr qaz
hasil edilir. Hazırda burada qazlaşma sürətlə inkişaf etməkdədir. Afrika qazı
həm qablaşdırılmış, həm də qaz kəməri vasitəsi ilə Avropa bazarlarına
çıxarılır.

Amerikada qaz ehtiyatları şimalda-ABŞ-da, Meksika körfəzində, cənubda isə əsasən Venesuelada çəmləşmişdir.
Klassik neft dövləti olan Venesuelada qaz sənayesi artıq əsrimizin 40-cı
illərində artmış və ölkə izafi qaz ehtiyatlarına malik olmişdur. Çox illər
burada hasil edilən qazın yalnız 35%-dən istifadə olunmuş, artıq qazı isə lay təzyiqinin saxlanması
məqsədi ilə yenidən quyulara vurmuşlar. Sonradan Boliviya, Çili və Argentinada kəşf
olunan neft, qaz yataqları cənub regionda qaz sənayesinin inkişafına səbəb
olmuşdur, burada ən çox qaz sənayesinin inkişaf etdiyi dövlət ABŞ-dır.
Hasilatının, ehtiyatların həcminə görə ABŞ əsrimizin son 10 illiklərinə qədər
dünya birinciliyini qoruyub saxlamışdır. Regionda yerləşən Kanada da
ehtiyatların nəhəngliyi ilə fərqlənir və hasilatına görə dünyada 3-cü yeri
tutur (illik 160 milyard m³).
Asiya qaz ehtiyatları ilə son dərəcə zəngin bir regiondur. Dünya qaz
ehtiyatlarının yarıdan çoxu bu super makroregionun payına düşür. Daha iri qaz
yataqları böyük Avroasiya dövləti olan Rusiyada - Sibirdə, Türkmənistanda,
Yaxın Şərq ölkələrində çəmlənmişdir. Avstraliya və Okeaniyada qaz ehtiyatları
bolluq təşkil etməsə də, son zamanlar burada da neftli-qazlı yataqlarda müəyyən
qədər qaz ehtiyatları aşkar edilmişdir. Aparılan axtarış-kəşfiyyat işləri bu
regionda yeni qaz yataqlarının aşkarlanmasını ümidli edir.
Ehtiyatı
İllik təbii qaz
istehsalına görə ölkələrin xəritəsi
Qaz ehtiyatları hesablanarkən onun
miqdarının neftə nisbətindən də istifadə olunur. Elmi hesablamalarla müəyyən
olunmuşdur ki, dünyada hasil edilmiş hər 2 ton neftə 1 ton qaz düşür. Qaz,
ehtiyatlarına görə 3 kateqoriyaya bölünür: qaz yataqlarında olan qaz, səmt qazı və kondensat.
Dünyada qazın əsas hissəsi qaz yataqlarında hasil edilir. Bununla yanaşı, qaz
digər mənbələrdən də hasil edilməkdədir.
Planetin təbii energetik ehtiyatlar
palitrasında qaz resurslarının məxsusi yeri vardır. Dünya qaz ehtiyatlarının
əksər hissəsi Asiyanın
payına düşür. Burada uzun müddət mövcud olmuş Sovetlər İttifaqı bütün tarixi ərzində ən
yüksək təbii qaz potensialına malik ölkə kimi tanınmışdır. Dünyanın ən böyük
qaz potensiallı ölkə olan Rusiyanın kəşf olunmuş təbii qaz ehtiyatları 50 trilyon m³-dən
də çox hesablanır. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən çoxu burada
cəmləşmişdir. Rusiyada təbii qazın hasilatının 2020-ci ildə
700 milyard m³-ə çatdırılması planlaşdırır. Şərqi Avropa və MDB məkanında təbii
qaz sektorunda Rusiya və Qazaxıstan və qismən də Türkmənistan liderlik
edir. Region qazının 96,5%-i Rusiya və Qazaxıstanın
payına düşür. Ehtiyatlar balansında 85%, hasilatda isə 80% əlahiddə payı olan
Rusiyada təbii qaz resurslarının tükənmə müddəti 81 il təşkil edir. Təbii qazın
dünyada və həmçinin Asiya bölgəsində cəm olduğu ikinci möhtəşəm
ehtiyatları İrana məxsusdur.
Ehtiyat potensialına görə Rusiya ilə İran birlikdə planetin yarıdan çox təbii
qaz resurslarına malikdirlər. İranda qaz ehtiyatları perspektivində nəzərə
çarpacaq güclü dinamiz müşahidə olunur. Son zamanlarda aşkarlanan əlahiddə qaz
yataqları onu qüdrətli təbii qaz ölkəsi kimi strateji əhəmiyyətini
artırmışdır. Qatar reginda
təbii qaz ehtiyatlarının həcminə görə lider ölkələr sırasında möhkəm mövqe
tutur. Burada təbii qazın ehtiyatları son hesablamalara görə, 11,15 trilyon m³
təşkil edir. Yaxın Şərqdəki digər dövlət İraq da
neft ehtiyatları qədər təbii qaz ehtiyatlarına malikdir. Bundan başqa BƏƏ-də
qaz ehtiyatları 6,2 trilyon m³ hesablanır ki, bu da qonşu Kuveytinmüvafiq
ehtiyatlarından 4-5 dəfə çoxdur.

Texniki xarakteristikası
Rəngsiz və çox zaman da qoxusuz olan
təbii qazın texniki-iqtisadi parametrləri müqayisəli təhlil obyektinə
çevrildikdə ekolojı və energetik keyfiyyətlərilə bərabər, bu, üstünlüyü
işıqlandıran fiziki xüsusiyyətləri də önə çəkilir. Karbohidrogenli yanacaq
növləri arasında ən yüksək istiliktörətmə qabilliyyətliliyilə fərqlənən təbii
qaz müvafiq gücü torf və yanar şistlərdən 3-4, oduncaq və daş kömürdən 1,5
dəfə, neftdən isə orta hesabla 1000 kkal artıq miqdarlıdır. Konkret olaraq
təbii qazın istiliktörətmə gücü orta göstəricidə 12000 kkal/kq hesablanır.
Qazın 2000 dərəcə selsili yüksək istilikvermə qabilliyyəti onun keyfiyyətli
energetik və texnoloji səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin
etmişdir. Təbii qaz fiziki-kimyəvi spektrdə yanar qazlar silsiləsinə daxil
olduğundan anoloqları kimi də paralel adekvat funksional cəhətlərə malikdir.
Qazların həcmi metrik sistemdə m³ ilə
ölçülür. Tempratur, sıxılma xüsusiyyəti qazların həcminin dəyişkənliyində ifadə
olunur. Bunun üçün onu normal və standartlı vəziyyətə gətirirlər. Burada normal
tempratur 0 dərəcə (273,2 k.) və təzyiq 101,325 k/Pa götürülür. Praktiki
müstəvidə standart şərt kimi qazın kəmiyyət ölçüsü 101,325 k/Pa təzyiqə, 20S
tempratur və 0 hədli rütubətə ekvivalent olan 1 m³ qaz qəbul olunur. Yataqda
əsasən metan,
müəyyən nisbətdə etan qarışığı, butan, karbon qazı və azotdan ibarət təbii
qazın havaya olan təqribi sıxlığı 0,60-0,65-dir. Neftlə birlikdə çıxan səmt
qazı və ya neftli qazda isə digər qatışıqların bolluğu onun sıxlığını təbii
qaza nisbətə 10-20% artıq edir. Sınanmış təcrübəyə görə qaz ehtiyatları
hesablanarkən onun miqdarını neftə olan nisbətlə müəyyən edirlər.
Emalı
Karbohidrogenli təbii qaz məlum olduğu
kimi məişətdə həm də sənayedə istifadə olunur və ondan müxtəlif təyinatlı
məmulatlar alınır. Bütün bu hallarda qaz ilkin olaraq emal mərhələsindən
keçməyə məruzdur. Hətta qazdan yanacaq kimi istifadə edildikdə belə onu
magistral qaz kəmərinə buraxmamışdan əvvəl qurudur və təmizləyirlər.
Karbohidrogenli təbii qaz metan, kükürd qazı və çox da
böyük olmayan ağır karbohidrogenlər helium, arqon və digər
kimyəvi tərkiblərlə yanaşı həm də, su buxarının da daşıyıcısıdır. Adları
çəkilən qarşıqlardan kükürd qazı və su buxarı isə təbii qazdan birbaşa istifadə
olunmasında daha zərərli sayılır. Kükürd qazı həm də kəskin xoşagəlməz iyi,
zəhərli olması ilə fərqlənir və ötrücü metal borularının tezliklə korroziyaya
uğradıb sıradan çıxmasına səbəb olur. Su buxarı isə kiçik tempraturlarda
kristal karbotnatlara çevrilərək borunun qaz buraxılışını məhdudlaşdırır. Buna
görə də qazı magistral kəmərlərə buraxmamışdan qabaq, onu bu qarışıqlardan
təmizləmək zərurəti yaranır. Qazın kükürddən təmizlənməsi quru və sulu
üsulların tətbiqində intişar tapmışdır. Quru metoddan istifadə edərək qazı
bataqlıq filizindən və ya kükürd karbonat qatışığından keçirilməsi lazım gəlir.
Əgər qazın tərkibində kükürd karbonatın həcmi çoxdursa bu zaman qaz
təmizlənməsi iki mərhələli prossesdən keçir. Sulu metoddan istifadə zamanı qaz
qatışığı hopdurulmuş hidrogen-sulfid vasitəsi ilə tənzimlənir. Qazın su
buxarından təmizlənməsi onun qurudulması ilə müşaiət olunur. Bunun üçün qazın
atsorberdən keçirərək qurudurlar. Sənayedə qazın təmizlənməsi mexaniki,
elektrik və fiziki kimyəvi üsullarla aparılır. Mexaniki və elektrik
qaztəmizləmə üsulları qazı bərk və maye, fiziki-kimyəvi üsul isə qaz
qatışıqlarından təmizləmək üçün tətbiq olunur. Qazdan yanacaq kimi istifadə
ediləcəyi təqdirdə çox zaman texnoloji tələblərə uyğun olaraq, onun tam
qurudulmasına ehtiyac qalmır. Bu zaman onu qismən su buxarından təmizləyirlər
ki, kəmərlərdə qaz axının məhdudlaşması baş verməsin. Qazı əvvəlcə qurudaraq
zərərli qarışıqlardan, azot oksidlərindən, qazların kimyəvi emalına mane olan
katalitik zəhərlərdən, korroziya törədən su buxarı və bəzi karbohidrogenlərdən
təmizləyirlər.
Azərbaycan
qaz ehtiyatları baxımından münasib regionlardan biri
sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan
qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Bununla
belə iqtisadi dirçəliş burada təbii qaza olan ehtiyacı daha da artırmış və
respublikamız müəyyən dövrlərdə Sovetlər
İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq
bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar
olaraq ölkəmiz mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək
zorunda qalmışdır. 90-cı illərdə respublikada hasil olunan (1998-ci ildə 5589,5
min m³) qaz onun ehtiyaclarından aşağı miqdarda idi. Yeni neft-qaz yataqlarında
istismarın genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli istifadə yaxın
vaxtlarda bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə
çevrildi.
Tarixi
Azərbaycanda da qazdan geniş istifadə ötən əsrdən başlanğıc götürmüşdür.
1859-cu ildə Suraxanıda kiçik olmayan zavodda buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi
istifadə olunmuşdur. 1902-ci ildə elə bu ərazidə qazılan quyu qaz fontanı
yaratmışdır. Sutkalıq debiti 57 min kubmetr olan bu quyu Azərbaycanda ilk qaz
nəqletmə sisteminin yaranmasına səbəb olmuşdur. 1907-ci ildə Azərbaycanda 130
milyon kubmetr qaz hasil edilmişdir. Respublikada neft və qaz hasilatı inkişaf
etdikcə qaz enerjisindən istifadə edilməsi daha geniş vüsət tapmışdır. Artıq
1950-60-cı illərdə hasilat 6 milyard kubmetrə çatmışdır və bunun nəticəsində
respublikanın sənaye, kommunal təsərrüfatı, elektrik stansiyaları əsasən bu
enerji növündən istifadə sisteminə keçmişlər. Qaz sənayesinin inkişafı
respublika iqtisadiyyatının bütün digər sahələrinə də öz təsirini göstərmişdir.
1982-ci ildə Azərbaycanda rekord miqdarda - 14,9 milyard kubmetr qaz hasil
edilmişdir. 1990-91-ci illərdə isə respublikanın qaz istehlakı zirvə həddinə -
17 milyard kubmetrə çatmışdır ki, bunun da 5,5 milyard kubmetrini respublikanın
enerji kompleksi, elektrik stansiyaları məsrəf etmişdir. Hazırda
respublikamızın mövcud qaz şəbəkəsi böyük miqyaslı tranzit imkanlarına
malikdir. Azərbaycanın qaz-nəqliyyat sistemindən 1990-91-ci illərdə Gürcüstanın
və Ermənistanın ehtiyaclarını təmin etmək üçün 12 milyard kubmetr qaz nəql
edilmişdir.

Hasilat
Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda
qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz
yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə Azərbaycanda müvafiq olaraq hər il
dənizdə 5,6-5,9, quruda isə 0,2-0,3 mlrd. kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda
bu günə kimi 445,2 mlrd. kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd.
kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə «Əsrin müqaviləsi» çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara
görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz
hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda
«Əşrəfi» və «Qarabağ» yataqlarında neft və qaz kondensat yataqları aşkar
edilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan
"Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır.
2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil
edilmişdir. 2015-ci ilə kimi "Şahdəniz" yatağından ildə təqribən 20
milyard kubmetr qazın hasilatı gözlənilir. Hazırda Xəzər hövzəsi regionunda
qazın nəqli problemləri aktual xarakter almışdır. Bu baxımdan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində bir çox
şirkətlər maraq göstərirlər.

İl
|
ARDNŞ
|
Azərbaycan
|
2005
|
3930.6
|
6487.8
|
2006
|
4456
|
9044.8
|
2007
|
5997.6
|
16964.4
|
2008
|
7752.6
|
23405.4
|
2009
|
6903
|
23681.6
|
2010
|
7178.9
|
26349.6
|
2011
|
7084.2
|
25752.9
|
Qaz ehtiyatına görə ölkələrin siyahısı
1 | ![]() | 34,0 | 18,2 |
2 | ![]() | 32,6 | 17,4 |
3 | ![]() | 24,5 | 13,1 |
4 | ![]() | 17,5 | 9,3 |
5 | ![]() | 9,8 | 5,2 |
6 | ![]() | 8,2 | 4,4 |
7 | ![]() | 6,1 | 3,3 |
8 | ![]() | 5,6 | 3,0 |
9 | ![]() | 5,1 | 2,7 |
10 | ![]() | 4,5 | 2,4 |
11 | ![]() | 3,7 | 2,0 |
12 | ![]() | 3,6 | 1,9 |
13 | ![]() | 3,5 | 1,8 |
14 | ![]() | 2,9 | 1,5 |
15 | ![]() | 2,0 | 1,1 |
16 | ![]() | 1,9 | 1,0 |
17 | ![]() | 1,8 | 1,0 |
18 | ![]() | 1,8 | 1,0 |
19 | ![]() | 1,5 | 0,8 |
20 | ![]() | 1,5 | 0,8 |
21 | ![]() | 1,4 | 0,8 |
22 | ![]() | 1,2 | 0,6 |
23 | ![]() | 1,1 | 0,6 |
24 | ![]() | 1,1 | 0,6 |
25 | ![]() | 0,8 | 0,4 |
26 | ![]() | 0,7 | 0,4 |
27 | ![]() | 0,6 | 0,3 |
28 | ![]() | 0,6 | 0,3 |
29 | ![]() | 0,6 | 0,3 |
30 | ![]() | 0,5 | 0,2 |
31 | ![]() | 0,4 | 0,2 |
32 | ![]() | 0,3 | 0,2 |
33 | ![]() | 0,3 | 0,2 |
34 | ![]() | 0,3 | 0,2 |
35 | ![]() | 0,3 | 0,2 |
36 | ![]() | 0,3 | 0,2 |
37 | ![]() | 0,3 | 0,2 |
38 | ![]() | 0,3 | 0,1 |
39 | ![]() | 0,3 | 0,1 |
40 | ![]() | 0,3 | 0,1 |
41 | ![]() | 0,2 | 0,1 |
42 | ![]() | 0,2 | 0,1 |
43 | ![]() | 0,2 | 0,1 |
44 | ![]() | 0,2 | 0,1 |
45 | ![]() | 0,2 | 0,1 |
46 | ![]() | 0,2 | 0,1 |
47 | ![]() | 0,1 | 0,1 |
48 | ![]() | 0,1 | 0,1 |
49 | digər ölkələr | 1,8 | 1,0 |
![]() | 187,1 | 100 | |
İƏİT ölkələri | 19,5 | 10,4 | |
qeyri-İƏİT ölkələri | 167,6 | 89,6 | |
keçmiş SSRİ ölkələri | 54,6 | 29,2 | |
![]() | 1,5 | 0,8 |
Hiç yorum yok:
Yorum Gönder