Dövri
sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyev tərtib etmişdir. Həmin
cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin
artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi
elementlərin və onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və
xassələri atom kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi
hallarda bu qanundan kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom
kütlələrinin artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə
görə müəyyən etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən
etmişdir ki, elementlərin xassələri onların atom kütlələrinin artması ilə deyil,
nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi
belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin forma və
xassələri atom yükündən dövri surətdə asılıdır.
Bir elementi meydana gətirən bütün
atomların böyüklükləri və atomların arasındakı uzaqlıqeynidir. Lakin bir elementin atomları ilə başqa bir
elementin atomlarının böyüklükləri və atomların arasındakı məsafə fərqlidir.
Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana
gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin
qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız
varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər
bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ
gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan
ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini
özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin
materialıdır. Atom müsbət yüklü nüvədən və onun
ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi
isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri
sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların
sayını göstərir. Proton və neytron birlikdənuklon adlanır.

Bəzi
kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında
yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur.
O, 50-yə qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır.
Elementlərin yer qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer qabığında
ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir.
Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O - 49,1%, Si -
26,0%, Al - 7,5%, Fe - 4,2%, Ca - 3,2%, Na - 2,4%, K - 2,3%, Mg - 2,3%, H -
1,0%, Ti - 0,9%. Kimyəvi
elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır.
Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və
xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud
çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr,
Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin
siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi
genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə
yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən
artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox
yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H-
63%, O- 25,5%, C- 9,5%, N- 2%.
Elementlərin xassələri
D.İ.Mendeleyevin tərtib
etdiyi dövri cədvəlin qısa variantı
Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I,
II, III qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa),
həmçinin IV, V, VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı
metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At)
diaqonalından aşağıda yerləşir. Metalların atomları xarici elektronlarını asan
verir. Bu səbəbdən metallar güclü reduksiyaedicilərdir və birləşmələrində
yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik
xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır. Aktivlik
sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir:
Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag,
Au. Həmçinin metallar müxtəlif xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji
və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq
dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan alınan ərintilərin
istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə
qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və
strukturundan asılı olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi
azalır. 
Temperatur azaldıqda isə əksinə, elektrik keçiriciliyi artır.
Metalların hər birinin özünəməxsus ərimə temperaturu var. Ən aşağı ərimə
temperaturu olan metal Civə-dir. Civənin ərimə temperaturu "−38.8290°C"-dir. Ən yüksək ərimə
temperaturu olan metal isə Volfram-dır. Onun ərimə
temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan maye halına
keçmə temperaturuna ərimə temperaturu deyilir. Ərimə temperaturu
700 °C-dək olan metallara asanəriyən, 700 °C-dən yüksək olan
metallara isə çətinəriyən metallar deyilir.
Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir.
Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da elektrik
cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan
kövrək maddələrdir. Bor və silisium yarımkeçirici xassəyə malikdir. Metallarla
qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə
elektron birləşdirir. Ən güclü oksidləşdirici element flüordur. Flüorla
qarşılıqlı təsirdə bütün elementlər oksidləşir, yəni reduksiyaedici olur.
Çünki, Flüor ən yüksək elektromənfiliyi olan elementdir. Elementlərin
elektromənfilikləri azaldıqca qeyri-metalların oksidləşdiricilik xassələri
zəifləyir. Qeyri-metallar oksigenlə turşu oksidləri əmələ
gətirir. Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin
xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu xassələri
artır, yuxarıdan aşağıya doğru isə zəifləyir.
Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu
qazlar oxşar kimyəvi quruluşa malik, çox aşağı kimyəvi reaktivliyi olan,
qoxusuz, rəngsiz biratomlu qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da
aşağı olub, sadəcə 10 °C ilə fərqlənir. Bu elementləriən sayı metallar və
qeyri-metallara nisbətən çox azdır. Cəmi 6 təsirsiz qaz var, həmin qazlar
bunlardır: He, Ne, Ar, Kr, Xe, Rn.

Elementlərin elektron formullarının yazılışı zamanı energetik
yarımsəviyyələrdəki elektronların sayı müvafiq hərfi işarələrin üst indeksində
göstərilir. Elektronların sayı eyni zamanda energetik səviyyə və
yarımsəviyyələrdə göstərildikdə s, p, d, f hərflərinin əvvəlində müvafiq olaraq
energetik səviyyənin nömrəsi yazılır.
Elementlərin dövrlər üzrə bəzi xassələri:
·
Atom nüvəsinin yükü artır
·
Xarici təbəqədə elektronların sayı artır
·
Atomun radiusu azalır
·
Elektromənfilik artır
·
Metallıq xassələri zəyifləyir, qeyri-metallıq xassələri güclənir
·
Reduksiyaedicilik xassə azalır, oksidləşdirici xassə artır
Elementlərin A qrupları üzrə bəzi xassələri:
·
Atom nüvəsinin yükü artır
·
Xarici təbəqədə elektronların sayı dəyişmir
·
Atomun radiusu artır
·
Elektromənfilik azalır
·
Metallıq xassələri güclənir, qeyri-metallıq xassələri zəyifləyir
·
Reduksiyaedicilik xassə artır, oksidləşdirici xassə azalır
Adı
|
İşarəsi
|
Sadə elektron formulu
|
Aqreqat halı
|
Nisbi atom
kütləsi |
||
1
|
H
|
1
|
1s1
|
Qaz
|
1.0079 g/mol
|
|
2
|
He
|
1
|
1s2
|
Qaz
|
4.0026 g/mol
|
|
3
|
Li
|
2
|
2s1
|
Bərk
|
6.941 g/mol
|
|
4
|
Be
|
2
|
2s2
|
Bərk
|
9.01218 g/mol
|
|
5
|
B
|
2
|
2s2 2p1
|
Bərk
|
10.81 g/mol
|
|
6
|
C
|
2
|
2s2 2p2
|
Bərk
|
12.011 g/mol
|
|
7
|
N
|
2
|
2s2 2p3
|
Qaz
|
14.0067 g/mol
|
|
8
|
O
|
2
|
2s2 2p4
|
Qaz
|
15.9994 g/mol
|
|
9
|
F
|
2
|
2s2 2p5
|
Qaz
|
18.998403 g/mol
|
|
10
|
Ne
|
2
|
2s2 2p6
|
Qaz
|
20.179 g/mol
|
|
11
|
Na
|
3
|
3s1
|
Bərk
|
22.98977 g/mol
|
|
12
|
Mg
|
3
|
3s2
|
Bərk
|
24.305 g/mol
|
|
13
|
Al
|
3
|
3s2 3p1
|
Bərk
|
26.98154 g/mol
|
|
14
|
Si
|
3
|
3s2 3p2
|
Bərk
|
28.0855 g/mol
|
|
15
|
P
|
3
|
3s2 3p3
|
Bərk
|
30.97376 g/mol
|
|
16
|
S
|
3
|
3s2 3p4
|
Bərk
|
32.06 g/mol
|
|
17
|
Cl
|
3
|
3s2 3p5
|
Qaz
|
35.453 g/mol
|
|
18
|
Ar
|
3
|
3s2 3p6
|
Qaz
|
39.948 g/mol
|
|
19
|
K
|
4
|
4s1
|
Bərk
|
39.0983 g/mol
|
|
20
|
Ca
|
4
|
4s2
|
Bərk
|
40.08 g/mol
|
|
21
|
Sc
|
4
|
4s2 3d1
|
Bərk
|
44.9559 g/mol
|
|
22
|
Ti
|
4
|
4s2 3d2
|
Bərk
|
47.9 g/mol
|
|
23
|
V
|
4
|
4s2 3d3
|
Bərk
|
50.9415 g/mol
|
|
24
|
Cr
|
4
|
4s2 3d4
|
Bərk
|
51.996 g/mol
|
|
25
|
Mn
|
4
|
4s2 3d5
|
Bərk
|
54.938 g/mol
|
|
26
|
Fe
|
4
|
4s2 3d6
|
Bərk
|
55.847 g/mol
|
|
27
|
Co
|
4
|
4s2 3d7
|
Bərk
|
58.9332 g/mol
|
|
28
|
Ni
|
4
|
4s2 3d8
|
Bərk
|
58.7 g/mol
|
|
29
|
Cu
|
4
|
4s2 3d9
|
Bərk
|
63.546 g/mol
|
|
30
|
Zn
|
4
|
4s2 3d10
|
Bərk
|
65.38 g/mol
|
|
31
|
Ga
|
4
|
4s2 3d10 4p1
|
Bərk
|
69.72 g/mol
|
|
32
|
Ge
|
4
|
4s2 3d10 4p2
|
Bərk
|
72.59 g/mol
|
|
33
|
As
|
4
|
4s2 3d10 4p3
|
Bərk
|
74.9216 g/mol
|
|
34
|
Se
|
4
|
4s2 3d10 4p4
|
Bərk
|
78.96 g/mol
|
|
35
|
Br
|
4
|
4s2 3d10 4p5
|
Maye
|
79.904 g/mol
|
|
36
|
Kr
|
4
|
4s2 3d10 4p6
|
Qaz
|
83.8 g/mol
|
|
37
|
Rb
|
5
|
5s1
|
Bərk
|
85.4678 g/mol
|
|
38
|
Sr
|
5
|
5s2
|
Bərk
|
87.62 g/mol
|
|
39
|
Y
|
5
|
5s2 4d1
|
Bərk
|
88.9059 g/mol
|
|
40
|
Zr
|
5
|
5s2 4d2
|
Bərk
|
91.22 g/mol
|
|
41
|
Nb
|
5
|
5s2 4d3
|
Bərk
|
92.9064 g/mol
|
|
42
|
Mo
|
5
|
5s2 4d4
|
Bərk
|
95.94 g/mol
|
|
43
|
Tc
|
5
|
5s2 4d5
|
Bərk
|
98 g/mol
|
|
44
|
Ru
|
5
|
5s2 4d6
|
Bərk
|
101.07 g/mol
|
|
45
|
Rh
|
5
|
5s2 4d7
|
Bərk
|
102.9055 g/mol
|
|
46
|
Pd
|
5
|
5s2 4d8
|
Bərk
|
106.4 g/mol
|
|
47
|
Ag
|
5
|
5s2 4d9
|
Bərk
|
107.868 g/mol
|
|
48
|
Cd
|
5
|
5s2 4d10
|
Bərk
|
112.41 g/mol
|
|
49
|
In
|
5
|
5s2 4d10 5p1
|
Bərk
|
114.82 g/mol
|
|
50
|
Sn
|
5
|
5s2 4d10 5p2
|
Bərk
|
118.69 g/mol
|
|
51
|
Sb
|
5
|
5s2 4d10 5p3
|
Bərk
|
121.75 g/mol
|
|
52
|
Te
|
5
|
5s2 4d10 5p4
|
Bərk
|
127.6 g/mol
|
|
53
|
I
|
5
|
5s2 4d10 5p5
|
Bərk
|
126.9045 g/mol
|
|
54
|
Xe
|
5
|
5s2 4d10 5p6
|
Bərk
|
131.3 g/mol
|
|
55
|
Cs
|
6
|
6s1
|
Bərk
|
132.9054 g/mol
|
|
56
|
Ba
|
6
|
6s2
|
Bərk
|
137.33 g/mol
|
|
57
|
La
|
6
|
6s2 4f1
|
Bərk
|
138.9055 g/mol
|
|
58
|
Ce
|
6
|
6s2 4f2
|
Bərk
|
140.12 g/mol
|
|
59
|
Pr
|
6
|
6s2 4f3
|
Bərk
|
140.9077 g/mol
|
|
60
|
Nd
|
6
|
6s2 4f4
|
Bərk
|
144.24 g/mol
|
|
61
|
Pm
|
6
|
6s2 4f5
|
Bərk
|
145 g/mol
|
|
62
|
Sm
|
6
|
6s2 4f6
|
Bərk
|
150.4 g/mol
|
|
63
|
Eu
|
6
|
6s2 4f7
|
Bərk
|
151.96 g/mol
|
|
64
|
Gd
|
6
|
6s2 4f8
|
Bərk
|
157.25 g/mol
|
|
65
|
Tb
|
6
|
6s2 4f9
|
Bərk
|
158.9254 g/mol
|
|
66
|
Dy
|
6
|
6s2 4f10
|
Bərk
|
162.5 g/mol
|
|
67
|
Ho
|
6
|
6s2 4f11
|
Bərk
|
164.9304 g/mol
|
|
68
|
Er
|
6
|
6s2 4f12
|
Bərk
|
167.26 g/mol
|
|
69
|
Tm
|
6
|
6s2 4f13
|
Bərk
|
168.9342 g/mol
|
|
70
|
Yb
|
6
|
6s2 4f14
|
Bərk
|
173.04 g/mol
|
|
71
|
Lu
|
6
|
6s2 4f14 5d1
|
Bərk
|
174.967 g/mol
|
|
72
|
Hf
|
6
|
6s2 4f14 5d2
|
Bərk
|
178.49 g/mol
|
|
73
|
Ta
|
6
|
6s2 4f14 5d3
|
Bərk
|
180.9479 g/mol
|
|
74
|
W
|
6
|
6s2 4f14 5d4
|
Bərk
|
183.85 g/mol
|
|
75
|
Re
|
6
|
6s2 4f14 5d5
|
Bərk
|
186.207 g/mol
|
|
76
|
Os
|
6
|
6s2 4f14 5d6
|
Bərk
|
190.2 g/mol
|
|
77
|
Ir
|
6
|
6s2 4f14 5d7
|
Bərk
|
192.22 g/mol
|
|
78
|
Pt
|
6
|
6s2 4f14 5d8
|
Bərk
|
195.09 g/mol
|
|
79
|
Au
|
6
|
6s2 4f14 5d9
|
Bərk
|
196.9665 g/mol
|
|
80
|
Hg
|
6
|
6s2 4f14 5d10
|
Maye
|
200.59 g/mol
|
|
81
|
Tl
|
6
|
6s1 4f14 5d10 6p1
|
Bərk
|
204.37 g/mol
|
|
82
|
Pb
|
6
|
6s1 4f14 5d10 6p2
|
Bərk
|
207.2 g/mol
|
|
83
|
Bi
|
6
|
6s1 4f14 5d10 6p3
|
Bərk
|
208.9804 g/mol
|
|
84
|
Po
|
6
|
6s1 4f14 5d10 6p4
|
Bərk
|
209 g/mol
|
|
85
|
At
|
6
|
6s1 4f14 5d10 6p5
|
Bərk
|
210 g/mol
|
|
86
|
Rn
|
6
|
6s1 4f14 5d10 6p6
|
Bərk
|
222 g/mol
|
|
87
|
Fr
|
7
|
7s1
|
Bərk
|
223 g/mol
|
|
88
|
Ra
|
7
|
7s2
|
Bərk
|
223 g/mol
|
|
89
|
Ac
|
7
|
7s2 5f1
|
Bərk
|
227.0278 g/mol
|
|
90
|
Th
|
7
|
7s2 5f2
|
Bərk
|
232.0381 g/mol
|
|
91
|
Pa
|
7
|
7s2 5f3
|
Bərk
|
231.0359 g/mol
|
|
92
|
U
|
7
|
7s2 5f4
|
Bərk
|
238.029 g/mol
|
|
93
|
Np
|
7
|
7s2 5f5
|
Bərk
|
237.0482 g/mol
|
|
94
|
Pu
|
7
|
7s2 5f6
|
Bərk
|
244 g/mol
|
|
95
|
Am
|
7
|
7s2 5f7
|
Bərk
|
243 g/mol
|
|
96
|
Cm
|
7
|
7s2 5f8
|
Bərk
|
247 g/mol
|
|
97
|
Bk
|
7
|
7s2 5f9
|
Bərk
|
247 g/mol
|
|
98
|
Cf
|
7
|
7s2 5f10
|
Bərk
|
251 g/mol
|
|
99
|
Es
|
7
|
7s2 5f11
|
Bərk
|
252 g/mol
|
|
100
|
Fm
|
7
|
7s2 5f12
|
257 g/mol
|
||
101
|
Md
|
7
|
7s2 5f13
|
258 g/mol
|
||
102
|
No
|
7
|
7s2 5f14
|
259 g/mol
|
||
103
|
Lr
|
7
|
7s2 5f14 6d1
|
260 g/mol
|
||
104
|
Rf
|
7
|
7s2 5f14 6d2
|
261 g/mol
|
||
105
|
Db
|
7
|
7s2 5f14 6d3
|
262 g/mol
|
||
106
|
Sg
|
7
|
7s2 5f14 6d4
|
263 g/mol
|
||
107
|
Bh
|
7
|
7s2 5f14 6d5
|
262 g/mol
|
||
108
|
Hs
|
7
|
7s2 5f14 6d6
|
265 g/mol
|
||
109
|
Mt
|
7
|
7s2 5f14 6d7
|
266 g/mol
|
||
110
|
Ds
|
7
|
7s2 5f14 6d8
|
271 g/mol
|
||
111
|
Rg
|
7
|
7s2 5f14 6d9
|
272 g/mol
|
||
112
|
Cn
|
7
|
7s2 5f14 6d10
|
285 g/mol
|
||
113
|
Uut
|
7
|
7s2 5f14 6d10 7p1
|
286 g/mol
|
||
114
|
Fl
|
7
|
7s2 5f14 6d10 7p2
|
289 g/mol
|
||
115
|
Uup
|
7
|
7s2 5f14 6d10 7p3
|
289 g/mol
|
||
116
|
Lv
|
7
|
7s2 5f14 6d10 7p4
|
293 g/mol
|
||
117
|
Uus
|
7
|
7s2 5f14 6d10 7p5
|
294 g/mol
|
||
118
|
Uuo
|
7
|
7s2 5f14 6d10 7p6
|
294 g/mol
|
cok iyi/kimyani seviyodum.simdi daha cok sevdim.
YanıtlaSil