
Metalların
Elektrokimyəvi Gərginlik Sırası
(Beketov Sırası)
Aleksey Nikolaeviç
Beketov (19 fevral 1943-cü il, Xarkov, Rusiya imperiyası - 1941-ci il noyabrın
23-də, Xarkov, SSRİ) - Rus və Sovet memar və landşaft rəssamı, 1894-cü ildən bəri
memarlıq akademiki, Sankt-Peterburq İncəsənət İncəsənət Akademiyasının
professoru 1898-ci ildə Memarlıq Doktoru, 1939-cu ildə Ukrayna SSR-nin əməkdar
artisti (1941).
Əsasən rus klassik memarlıq məktəbinin və müasirin üslubunda yirmi-dən çox memarlıq şah əsərinin müəllifidir.
Əsasən rus klassik memarlıq məktəbinin və müasirin üslubunda yirmi-dən çox memarlıq şah əsərinin müəllifidir.
Alessandro Volta təcrübi olaraq metalların gərginlik sırasını müəyyən etmişdir.
Bu sırada metallar bir-birindən nə qədər uzaqda olsa onlardan düzəldilmiş
qalvanik elementin gücü bir o qədər yüksək olurdu. O vaxtlar bunun səbəbi aydın
deyildi. Düzdür, hələ 1797-ci ildə alman alimi İohan Vilheym Ritter qeyd edirdi
ki, metalların gərginlik sırasında onlar özlərinə oksigen birləşdirmək
qabilliyyətlərinin azalması ilə düzülməlidirlər. Sink və qızıl misalında bu
nəticə doğru idi, digər metallarda isə kənaraçıxmalar müşahidə olunurdu.

Fiziki
kimyanın banılərindən biri, rus alimi Nikolay Nikolayeviç Beketov 1853-cü ildə
Parisdə "bir elementin digər elementi sıxışdırıb çıxarması"
hadisəsinin tədqiqi mövzusunda məlumat verir, beləcə "metalların
sıxışdırıb çıxarma" və ya aktivlik sırası yaranmış olur. Hidrogen bir çox
hallarda xassəcə metallara yaxın olduğundan bu sırada onu misdən əvvəl
yerləşdirirlər. İlk öncə Beketov belə bir qənaətə gəlir ki, məhlulda yüngül
metallar daha ağır metalları sıxışdırıb çıxarmalıdır, lakin bu ideya təcrübədə
hər zaman təsdiqini tapmadı. "Sıxışdırıb çıxarma" və Voltanın
gərginlik sıraları arasında əlaqə aydın deyildi, və dahası "sıxışdırıb
çıxarma" qanunundan kənaraçıxmalar da mövcud idi.
Alman
kimyaçısı Valter Nerts aktivlik sırasının nəzəri əsasını qoyur. O metalın bu və
ya digər reaksiyaya "hərisliyi" kimi vəsfi xarakteristikası əvəzinə
hər bir metalın ion şəklində məhlula keçməsi, həmçinin ionların elektrodlarda
metala kimi reduksiyasını xarakterizə edən dəqiq miqdari kəmiyyət daxil
etdi. Bu yeni kəmiyyət metalın standart elektrod potensialı, bu potensialın
dəyişməsi ilə qurulmuş sıra isə, standart elektrod potensialları sırası
adlandırıldı. Metalın standart elektrod potensialını təyin etmək üçün bir
elektrodu öz duzunun məhluluna salınmış tədqiq olunan metaldan, digər elektrodu
isə standart elektrod olaraq qəbul edilən hidrogen elektrodundan ibarət
qalvanik elementin elektrik hərəkət qüvvəsi ölçülür. Bu ölçmənin nəticəsinə
görə təyin olunmuş sıra aşağıdakı kimidir:
Li,K,Ba,Ca,Na,Mg,Al,Mn,Zn,Fe,Cd,Co,Ni,Sn,Pb,H,Bi,Cu,Ag,Hg,Pd,Pt,Au
Bu sıra
tam mükəmməl olmasa da bir çox kimyəvi hadisələrdən baş çıxarmağa kömək edir.
Bu sıradan aşağıdakı məqsədlər üçün istifadə etmək olar:
1) Elektroliz
məhsullarının proqnozlaşdırılması
2) Nitratların
parçalanma məhsullarının proqnozlaşdırılması
3) Korroziyaya
qarşı mübarizə metodunun seçilməsi
4)Metal və duz
arasında gedən reaksiyanın nəticəsinin müəyyənləşdirilməsi.
Hiç yorum yok:
Yorum Gönder