Çoxları sirkdə adamın barmağının
kəsilib, sonra da sağalmasının sahidi olmuşlar. Bu tamaşaçılara qeyri-adi
və maraqlı görünür. Lakin həvəskar kimyaçı bu hadisənin sirrini aça
bilər. Bunun üçün aşağıdakı təcrübəni aparmaq lazımdır:
Hazırlamalı: 1) 5%-li dəmir
3-xlorid məhlulu, 2) 5%-li ammonium-rodanid məhlulu, 3) bir dəsmal və ya
yaylıq, 4) küt bıçaq, 5) pambıq. Əvvəlcə yaraya mikrob düşməsin deyə
kəsiləcək yerə pambıq vasitəsilə ammonium-rodanid məhlulu sürtür, sonra
isə bıçağı da dezinfeksiya etmək məqsədilə dəmir 3-xlorid
məhluluna batırıb cəld qolun islanmış yerinə çəkir. “Kəsilmiş” yerdən
dərhal “qan” axır. Yaradan çox “qan” axmasın deyə kəsilmiş yeri
“şəfa” yaylığı ilə bağlayıb, bir neçə dəqiqədən sonra açıb silmək
lazımdır. Görəcəksiniz ki, qol tamamilə sağlamdır. Bildiyimiz kimi dəmir
3-rodanid qırmızı qan rəngli məhluldur. Reaksiyanın tənliyi belədir:
FeCl3
+ 3NH4SCN = Fe(SCN)3 + 3NH4Cl
Bildiyimiz kimi od insanların həyatında mühüm
rol oynamışdır. İnsanlar odu müqəddəs saymış və uzun müddət ona sitayiş
etmişlər. Elm odun müxtəlif üsullarla əldə edilməsi yollarını açmış və
insanları cəhalətin pəncəsindən xilas etmişdir. Od əldə etməyin bir
üsulunu əyləncəli təcrübənin köməyi ilə göstərmək olar. Hazırlamalı:
1) doğranmış odun, 2) sönməmiş əhəng – CaO, 3) su, 4) dəmir
lövhə. Dəmir lövhənin üzərində doğranmış odun parçalarını
ocaq formasında yığıb, arasına sönməmiş əhəng yerləşdirirlər.
Ocağa adi su tökülür. Əvvəlcə ocaqdan tüstü əmələ gəlir, sonra
isə yanmağa başlayır. Reaksiyanın tənliyi belədir:
CaO+H2O=Ca(OH)2+Q
a) Suyun təsiri ilə vulkan: Vulkan haqqında az
adam tapılar ki, məlumatı olmasın. Bildiyimiz kimi təbiətdə vulkanlar həm
quruda, həm də suda baş verir. Yerin üstündəki vulkanlardan ən yüksəyi
Çili və Argentina sərhəddində Qərbi Kordilyer dağında 6800 metr
yüksəklikdə püskürən Tupunqato vulkanıdır. Ən böyük
sualtı vulkan Sakit okeandakı Admiral Makarov vulkanıdır. Onun
zirvəsi okeanın dibindən 5000 metr hündürlüyə yüksəlir. Kimyaçı da
öz gücünün hesabına kiçik də olsa vulkan yarada bilər. Hazırlamalı:
1) yod kristalları, 2) sink tozu, 3) həvəng, 4) çini kasa, 5) pipet, 6)
su. Ekvivalent miqdarda yod kristalları götürüb həvəngdə əzir və sink
tozu ilə qarışdırırlar. Qarışığı çini kasaya keçirib, üzərinə pipet
vasitəsilə 5-6 damcı su əlavə edir. Ətrafa püskürən
“vulkan” alınır. Burada su katalizator rolunu oynamaqla gedən
reaksiyanın tənliyi belədir:
Zn + J2 = ZnJ2
b) Yaşıl vulkanın alınması. Hazırlanmalı: 1) çini
buta, 2) ammonium bixromat, 3) ştativ, 4) çini üçayaq, 5) qaz
lampası. Çini butaya 15 q ammonium-bixromat töküb ştativin
dəmir halqası üzərinə qoyur, qaz lampasını yandıraraq maddə
qızdırılır. İki-üç dəqiqədən sonra yaşıl vulkan püskürməsi baş
verir. Reaksiyanın tənliyi belədir:
(NH4)2Cr2O7
= Cr2O3 + N2↑ + 4H2O

4. Qızıl yağışı
Keçmişdə qızıl əldə etmək üçün
kimyaçılar çox böyük əmək sərf etmişlər. Onlar xüsusən civə ilə kükürdü
qarışdırıb qızıl almağa çalışırdılar. Elmi əsası olmayan bu
təcrübələr heç bir fayda verməmişdir. Radioaktivlik və nüvənin tərkib hissələri
kəşf edildikdən sonra bir elementin başqa elementə çevrilməsi məsələsi
elmi yolla həll edildi. Qızılın süni istehsal üsulu çox baha olduğu üçün
iqtisadi cəhətdən əlverişli deyil. Ona görə də sənayedə qızıl
təbii mənbələrdən alınır. Təbiətdə qızıla saf və birləşmələr
şəklində təsadüf edilir. Dəniz və okean sularında da qızıl vardır. Bu
qızılın hamısını çıxarmaq mümkün olsaydı hər adam başına 3 t qızıl
düşərdi. Lakin dənizlərin suyunda qızılın qatılığı çox azdır. Hər 200000 t
dəniz suyunda təxminən 1 q qızıl var. Bu qədər duru məhluldan
çıxarılan qızıl ona qoyulan xərcin heç yüzdə birini də ödəyə
bilmir. Məşhur kimyaçı Voldemar Donun çoxillik axtarışlarından sonra
tapdığı üsul ilə sudan “qızıl” almaq mümkün olmuşdur. Həvəskar kimyaçı
məşhur ədibimiz M.F.Axundovun təsvir etdiyi Molla İbrahim Xəlil
kimyagərdən fərqli olaraq burada hökmən qızıl alınacaqdır!
Hazırlamalı: 1) 200 ml 10%-li
qurğuşun-asetat məhlulu, 2) 150 ml 15%-li kalium-yodid məhlulu, 3) 500
millilitr həcmi olan boş Erlenmeyer kolbası, 4) sacayaq, 5) asbest tor, 6)
kibrit, 7) dəsmal, 8) qaz və ya spirt lampası. (Qurğuşun-asetat və
kalium yodid məhlulu həcmi 250 ml olan Erlenmeyer kolbasında
hazırlanır). Kolbaları sacayağın üstünə qoyub lampaları yandırmalı
və məhlulları qaynayana qədər qızdırmaq lazımdır. Kolbanın
üzərini örtmək şərti ilə qaynayan məhlulları boş 500 ml-lik
Erlenmeyer kolbasına tökmək lazımdır. Dəsmalı kolbanın üzərindən
götürüb baxdıqda həqiqətən kolbanın içinin xırda qızıla oxşar
pulcuqlarla dolu olduğunu görmək olar. Bu pulcuqlar günəş şüasında daha
çox parıldayır. Onu isti suya tökdükdə həll olur. Reaksiyanın tənliyi
belədir:
Pb(CH3COO)2
+ 2KJ = 2CH3COOK + PBJ2
Qurğuşun 2-yodid qızıl kimi
parıldayan pulcuqdan ibarətdir. Pulcuqların yığını kristallaşır.
Kapitalist ölkələrdə çox vaxt
adamları aldadıb soymaq məqsədilə elmin nailiyyətlərindən çox istifadə
olunur. Londonda bir nəfər praktiki əhəmiyyəti olan bir
kimyəvi prosesdən istifadə edərək sələmçini aldatmışdır. O zaman
ingilisin verdiyi vekseldəki imza itirilmişdir. Kimyaçı bu təcrübəni aşağıdakı
kimi aparır. Hazırlamalı: 1) yodun spirtdə məhlulu, 2) qatı nişasta məhlulu, 3) toyuq lələyi, 4) kağız. Yodu nişasta məhluluna tökür
alınan tünd göy məhlul “mürəkkəb” adlanır. Lələyi
“mürəkkəbə” batırıb kağız üzərinə bir şey yazmalı və qurumağını gözləməli.
Yazı quruduqdan sonra kağızı götürüb silkələyir və ya ağ pambıqla
silirlər. Onun üzərində heç bir iz qalmır.
Oksigen bildiyimiz kimi canlı
orqanizmlərin yaşaması üçün və cansızlarda oksidləşmə prosesinin getməsi
üçün vacib elementdir. Lavuazye oksigeni “həyat” elementi
adlandırmışdır. Lakin buna baxmayaraq oksigen canlılara öldürücü və
cansızlara dağıdıcı təsir də göstərə bilir. Bunu
aşağıdakı təcrübədə sübut etmək olar. Hazırlamalı: 1) Duar qablarında maye
oksigen, 2) Kipp aparatı, 3) qatı xlorid turşusu, 4) nazik dəmir lövhə, 5)
rezin top, 6) diri qurbağa, 7) çəkic, 8) ammonium-xlorid, 9)
əhəng, 10) ağzında qaz aparan boru olan tıxac taxılmış sınaq
şüşəsi, 11) iki kiçik balon. Dəmir lövhəni içərisində maye oksigen
olan qaba maşa ilə salıb bir qədər saxladıqdan sonra çıxarmaq lazımdır.
Çəkiclə zərbə vurduqda dəmir lövhə saxsı kimi sınıb xırda-xırda
parçalara bölünür. O, biri təcrübələri də bunun kimi aparırlar. Onlar da
şüşə kimi sınıb xırdalanır.
Quru buzun istifadə sahələrini
bilməyən adam tapılmaz. Quru buz salafan paçkalarda,
tibbdə, donmuş ərzaq məhsullarının daşınmasında, isti havada
soyuq su əldə etmək üçün və s. istifadə edilir. Quru buzu almaq üçün
götürülmüş xlorid turşusunda mərmər və ya əhəng daşının
həll olması nəticəsində karbon qazı ayrılır və ayrılmış qazı
balona toplayıb maye oksigenin içərisinə salmaqla “quru buz” alınır.
Maye amonyak yüksək dielektrik
xüsusiyyətinə malikdir. Duzlar üçün həlledici, hətta qələvi metallarını da
həll etməsi və belə halda heç bir kimyəvi reaksiyanın getməməsi çox
maraqlıdır. Maye amonyakı almaq üçün aşağıdakı təcrübəni
aparmaq lazımdır.
AlN3
+ 3HOH = NH3↑ + Al(OH)3↓
və ya
CaCN2
+ 3HOH = ↓CaCO3 + 2NH3↑
Təmiz amonyak sınaq şüşəsində
alınıb ağzı aşağı çevrilmiş balona topladıqdan sonra, onu maye oksigenin
içərisinə salmaqla maye amonyak almaq olar.
Boş çini həvəngdəstənin
sürtülməsi nəticəsində partlayış alınması heyranedicidir. Bunun üçün
aşağıdakı ləvazimatları götürüb təcrübəni aparmaqla partlayışın sirrini
açmaq olar. Hazırlamalı: 1) Bertole duzu, 2) kükürd tozu, 3)
həvəngdəstə. Bertole duzu və kükürdü çini həvəngə töküb
qarışdırır, dəstəklə ehmal sürtərək onu həvəngin içinə yayıb
yapışdırır. Dəstəyin köməyi ilə ilk baxışdan boş görünən çini qabı
sürtdükdə partlayış əmələ gəlir.
Od nəinki yanma prosesini,
hətta mirzəlik vəzifəsini də daşıya bilər. Bunu sübut etmək üçün aşağıdakı
təcrübəni aparmaq lazımdır. Hazırlamalı: 1) zəif sulfat turşusu
məhlulu və bu məhlul ilə yazılmış kağız, 2) dəmir tənəkə və ya hər hansı
qızdırılmış mühit. Sulfat turşusu məhlulu ilə yazılmış kağızda heç bir iy,
iz olmur. Lakin qatı məhlul olduqda sarı rəng verir. Bunun
qarşısını almaq üçün məhlul çox durulaşdırılmalıdır. Yazılmış kağızı
quruduqdan sonra qızmış tənəkənin üstündə tutduqda kağız üzərində yazılmış
hərflər bir-bir üzə çıxmağa başlayır. Buna səbəb sulfat turşusunda olan
kükürdün yanmasıdır. Kağız üzərindəki qara yazılara kükürd yandıqda əmələ
gəlir, ağ kağız özü də yanır. Kağızı ovduqda hərf olan yerlər ovulub tökülür.
11. Sönməyən şam
Adətən yanan əşyaları üfləyərək
söndürmək olduğu halda kimyaçının aldığı şamı isə
söndürmək mümkün olmur. Belə möcüzəli şamdan küləkli havada
istifadə etmək olar. Bu şam aşağıdakı kimi alınır: Hazırlamalı: 1) mum, 2) neft, 3) kükürd, 4) piltə, 5) kibrit. Şamı almaq üçün bərabər miqdarda götürülən və bir qədər də neft əlavə olunan kükürdlə mumun qarışığından istifadə edilir.
12. Sönməyən məşəl
Qədim zamanlarda insanlar
məşəllərdən istifadə edirdilər. O zamanlar nə cib fənərləri, nə
şam, nə də neft lampası var idi. Məşəllərdən isə yağışlı havada
istifadə olunmurdu. Yağış onları söndürürdü. Kimyanın köməyi
ilə kimyagər yağışda sönməyən məşəl almağa qadirdir. Hazırlamalı: 1) kükürd, 2) neft, 3) kamfora, 4) ağac çubuğunun ucuna sarınmış yoğun piltə və bu piltəni əvvəlcədən kalium-nitrat məhlulu içərisində qaynadılmalı, sonra yaxşı qurudularaq üstünə mum əridib tökülməlidir. Piltə sarınmış çubuğun ucunu neftdə isladıb yandırdıqdan sonra heç bir yağış ona təsir edib söndürə bilməz. Yanan məşəlin üstünə su çilədikdə o sönmür.
13. Sirli məktub
Kimya laboratoriyasında sirli
məktubların yazılması və ondan kənarda istifadə edilməsi kimya
həvəskarları üçün çox maraqlı təcrübə olardı. Hazırlamalı: 1)
fenolftalein, 2) spirt, 3) pero, 4) ağ kağız, 5) qələvi məhlulu, 6)
lampa. Fenolftaleinin spirtli məhlulundan istifadə edərək adi pero
ilə yazılmış məktubda spirt quruduqdan sonra heç bir iz qalmır.
Kağızı zəif qələvi məhluluna saldıqda isə çəhrayı rəngli yazılar alınır.

Atəşin mirzəlik etməsi ilə
yanaşı rəssamlıq etməsi də maraqlıdır. Kalium-nitratın köməyilə gedən bu
reaksiyadan nəinki əyləncə məqsədilə, həm də müxtəlif partlayıcı
obyektlərdə də istifadə etmək
olar. Məsələn: kalium-nitrat tökülmüş yerin bir ucuna od vurduqda,
yanğın sahənin axırına kimi gedib çatır. Hazırlamalı: 1) ağ kağız parçası,
2) kalium-nitrat məhlulu, 3)qaz lələyi, 4) karandaş, 5)
ucu şiş kibrit çöpü. Ağ kağız üzərində uclu lələk vasitəsilə elə şəkillər
çəkilir ki, (kalium-nitrat məhlulundan kraska kimi istifadə olunur)
məhlulun kağız üzərində buraxdığı iz heç bir yerdə qırılmasın. Sonra
şəkilin başlanğıc nöqtəsinə karandaş vasitəsilə qara nöqtə qoyulur.
Şəkil quruduqda heç bir iz görünmür., bircə qara nöqtədən başqa,
çöpün ucunu köz edib qara nöqtəyə toxundurduqda “atəş”
yavaş-yavaş hərəkət edərək çəkilmiş şəkli eyni ilə təkrar edir. Məhlul
duru olduqda reaksiya yavaş, qatı olduqda isə sürətlə gedir.
15. Ovçu barıtı
Barıtın meydana çıxması ilə
yanaşı orduda soyuq silahın getdikcə azalmasına və əksinə odlu silahın
artmasına səbəb olmuşdur. İlk barıt tüstülü olmuşdur. D.İ.Mendeleyev
tüstüsüz barıtı kəşf edənə qədər bütün ordular tüstülü barıtdan
istifadə etmişlər. Hələ indi də bəzi ovçular ondan istifadə etdiyi
üçün “Ovçu barıtı” adlanır. Qara barıt necə alınır? Bunu
aşagıdakı təcrübənin köməyilə aydınlaşdırmaq olar. Hazırlamalı: 1)
kükürd, 2) kalium-nitrat, 3) çini həvəngdəstə, 4) ağac kömürü, 5)
giliz. 20 q kalium-nitrat, 6 q təmiz kükürd və 6 q ağac kömürünü çini
həvəngdə əzərək gilizə doldurur. Gilizin ağzına pambıq qoyub, üstündən
“Mendeleyev zamaskası” çəkilir. Qızdırılma nəticəsində nitratlar
parçalanır, alınan oksigen nitrat məhluluna salınmış kükürdü, kömürü
yandırır, tüstü əmələ gəlir və alınan karbon qazının, azotun həcmi
götürülmüş barıtın həcmindən dəfələrlə artıq olduğundan bu qazlar xaricə
çıxmaq üçün özlərinə yol açır və gurultu alınır. Kalium-sulfid isə yanığı
təşkil edir və xarakter iy verir. Bu reaksiyanın tənliyi belədir.
2KHO3 + S +
3C = K2S + N2 + 3CO2
Əgər quru qırmızı fosfor və
Bertole duzunun qarışığını kağızdan düzəldilmiş
pistonlara doldurub azca təsir göstərsən partlayış əmələ gələr. Bundan
əyləncə kimi istifadə etmək məqsədi ilə şənliklərdə, kimya
gecələrində gəzilən döşəməyə tökülür. Döşəmə rəngində olan pistonlar
nəzərə çarpmadığı üçün onu tapdaladıqda gurultulu
partlayış əmələ gəlir.
17. Sehrli partlayış
Əgər quru qırmızı fosfor və
Bertole duzunun qarışığını kağızdan düzəldilmiş
pistonlara doldurub azca təsir göstərsən partlayış əmələ gələr. Bundan
əyləncə kimi istifadə etmək məqsədi ilə şənliklərdə, kimya
gecələrində gəzilən döşəməyə tökülür. Döşəmə rəngində olan pistonlar
nəzərə çarpmadığı üçün onu tapdaladıqda gurultulu partlayış
əmələ gəlir.
Vaxtı ilə kilsələrdə şamların
öz-özünə yandığını iddia etməklə, insanları bu hadisəyə bir möcüzə kimi
baxmağa, ilahi qüvvəyə səcdə etməyə, kilsə və
məscidlərdə böyük qurbanlar verməyə vadar edən kahinlər az
olmamışdır. Belə mövhumi fikirləri aramızda yayanlar
hələ də var. Kimyaçı bu məsələnin həllində
heç bir çətinlik çəkmədən cavab verə bilər. Hazırlamalı: 1) 3 şam, 2) cib bıçağı, 3) qılınc, 4) iynə, 5) karbon-sulfiddə ağ fosfor məhlulu, 6) Bertole duzu, 7) kibrit, 8) qaz və ya spirt lampası. Şamın piltəsinə fosfor qoyulur
və ucu qızmış qılıncı ona vurduqda alışıb yanır. Şamı
söndürüb ucunda fosfor olan bıçağı isti piltəyə toxundurduqda şam
yanır. Şamı söndürüb yenidən yandırmaq üçün fosfora ucu
batırılmış iynəni isti piltəyə yaxınlaşdırdıqda yenidən yanma
baş verir. Daha bir variantı da vardır ki, karbon sulfiddə ağ fosfor məhluluna Bertole duzu əlavə edib şamın piltəsinə vurduqda 30-40 dəqiqədən sonra karbon-sulfidin buxarlanıb uçması və onda həll olan xırda fosfor hissəciklərinin öz-özünə yanması nəticəsində şam da alışıb yanır.
19. Kimyaçının bağı
a) Hazırlamalı: 1) maye şüşə
(natrium-silikat), 2) sarı qan duzu, 3) mis (II)-sulfat kristalları, 4)
dəmir (II)-sulfat kristalları, 5) nikel (II)-sulfat kristalları, 6)
kobalt-nitrat kristalları, 7) şüşə banka. Adətən bitki toxumunu
əkdikdən sonra günlərlə, həftələrlə gözləyirsən ki, cücərsin. Lakin
kimyaçı hər kəsin gözü qarşısında müxtəlif toxumları əkib cücərdə bilər.
Bunu torpağa deyil, maye içərisində əkmək lazımdır. Bunun üçün
bankadakı maye şüşənin içərisinə CuSO4, FeSO4, NiSO4, Co(NO3)2 kristalları
və sarı qan duzu kristalları atmaq lazımdır. Çox çəkmədən bankada müxtəlif
rəngli bitkilər: ot, ağac növləri cücərir. Bu proses necə gedir: -
Əvvəlcə bilməliyik ki, maye şüşə necə alınır. Bunun üçün silisium
4-oksidin nitrium-hidroksidlə reaksiyası nəticəsində alınan ərintini həll
etmək yolu ilə:
SiO2
+ 2NaOH = Na2SiO3 + H2O
Maye şüşəyə atılan müxtəlif
ağır metal duzlarının kristalları dərhal həmin metal silikatının nazik
pərdəsi ilə örtülür. Bu pərdə yarımsızdırıcı olduğu üçün onun içinə geçən
su kristalın bir qismini həll edir və içəridən pərdəyə təzyiq göstərir.
Pərdə bir yerindən cırılır, ağır metalın həll olmuş duzu xaricə çıxır və
dərhal silikat pərdəsilə örtülür. Bu proses davam etdikcə maye
içinə salınmış kristal müxtəlif şəkildə böyüyür. Mis 2-sulfat kristalı
qara və əyri budaqlı ağac şəklində, nikel-sulfat isə parlaq yaşıl
duz gövdələr şəklinə düşür. Kobalt-nitrat maye şüşədə sürünən göy
bitkilər, sarı qan duzu isə
alçaq “ot” şəklində, dəmir 2-sulfat kristalları isə mavi “ot” şəklində
böyüyür.
Na2SiO3 + CuSO4 = Na2SO4 + CuSiO3,
Na2SiO3 + FeSO4 = Na2SO4 + FeSiO3,
Na2SiO3 + NiSO4 = Na2SO4 + NiSiO3,
Na2SiO3 + Co(NO3)2 = 2NaNO3 + CoSiO3.
b) Hazırlamalı: 1) akvarium və ya hər hansı iri bir
şüşə qab, 2) maye şüşə, 3) mis 2-sulfat, 4)
kalium-permanqanat-marqanest, 5) kalium-bixromat, 6) kalium-sulfat, 7)
qurğuşun 2-asetat. Akvariuma 1:3 nisbətində durulaşdırılmış “maye şüşə”
tökür və üzərinə mis 2-sulfat, qurğuşun 2-asetat, kalium-permanqanat, kalium-bixromat,
kalium-sulfat kristalları əlavə edir. Akvariumda müxtəlif rəngli “ağaclar
cücərməyə başlayır”. v) Hazırlamalı: 1) etil spirti , 2) gümüş tozu, 3)
civə, 4) tıxac, 5) su, 6) 0,5 l-lik butulka. Etil spirtində 0,5 q
gümüş tozu ilə civə həll edilir. Alınan məhlul içərisində 200 ml təmiz su
olan dar boğazlı 0,5 l-lik butulkaya tökülür və tıxacla ağzı bağlanır.
İki-üç dəqiqədən sonra butulkanın dibində yaşıl bitkinin cücərdiyi aydın
görünür. q) Hazırlamalı: 1) kimyəvi stəkan, 2) “fransız ağac sirkəsi”,
3) qatı nitrat turşusu. Bu təcrübə zamanı
yuxarıdakı təcrübələrdə alınan ağac və otlardan fərqli olaraq göbələk
almaq mümkündür. Bunun üçün kimyəvi stəkana 17 ml qatı nitrat turşusu
tökərək, üzərinə bərabər miqdarda “fransız ağac sirkəsi” əlavə etmək
lazımdır. Bu iki maddə arasında gedən kimyəvi reaksiya nəticəsində stəkan
tüstü ilə dolur və tüstünün içində “göbələyin” əmələ gəldiyi görünür.
Hazırlamalı: 1) pambıq, 2) su,
3) civə 2-nitrat, 4) xlorid turşusu, 5) mis pul, 6) gümüş nitrat məhlulu
(civə 2-nitrat olmasa, qatı nitrat turşusunda civəni həll edərək su ilə
durulaşdırmaq lazımdır). Əvvəlki təcrübələrin birində sudan “qızıl”
almağın üsulu göstərilmişdir. Bu təcrübədə isə misin “gümüşə” çevrilməsini öyrənməklə
Molla İbrahim Xəlil kimyagər kimilərinin fırıldaqlarını yaxşıca ifşa etmək
olar. Bunun üçün misi xlorid turşusunun içərisinə salıb çıxarır
və ikinci maye-civə 2 nitrat məhluluna batırırlar. Mis pulun üzəri
civə təbəqəsi ilə örtülərək “gümüş” pula çevrilir. Lakin pulu
ələ götürdükdə ehtiyatlı olmaq lazımdır: çünki civə və
onun birləşmələri zəhərlidir. Əlləri heç bir şeyə vurmadan
yumaq lazımdır.
Ag(NO3)2
+ Cu = Cu(NO3)2 + Ag
a) Hazırlamalı: 1) ağac çöp, 2) kibrit, 3) bir çini
kasa, 4) civə radonid, 5) qurğuşun vərəqə
(adi çay bükülən vərəqə). Keçmiş zamanlarda Misir
fironları adamları qorxutmaq üçün aparılacaq təcrübədən vaxtilə
bir möcüzə kimi istifadə etmişlər. Bunun üçün qurğuşun vərəqəyə
bir neçə parça civə-radonid qoyub çöpə sarımalı. Alışan çubuğu
tənəkə parçası üzərinə qoyub bir ucunu yandırır. Çubuq fışıltı
ilə “ilana” çevrilir. Rəvayətə görə güya Musa
peyğəmbər də öz peyğəmbərliyini isbat etmək üçün əlindəki
kiçik əsanı yandırıb düşmən ordusunun qabağına atmış, əsa dərhal
çevrilib müdhiş bir ilan olmuş və ordu nəfərləri bundan qorxuya
düşərək Musaya iman gətirmişlər. b) İkinci bir təcrübədə isə
“boş” çini butanın içinə od toxundurmaqla oradan ilanlar
çıxarmaq mümkündür. Bunun üçün çini butanın içinə
əvvəlcədən civə radonid parçası qoyub üstünü ağ kağız
parçası ilə örtüb yapışdırmaq lazımdır. Butanı çevirdikdə
içərisi “boş” görünür. Kağızı yandırdıqda civə-rodanid də
yanır və fışıltı ilə butanın içindən “ilanlar” çıxır.
Hazırlamalı:
1) kamfora, 2) spirt, 3) perqament kağızı, 4)qayçı, 5) kibrit. Bildiyimiz kimi təbiətdə müxtəlif ilan növləri yaşayır. Tanıdığımız ilan növləri ilə yanaşı “uçan ilanlar” da vardır. Bu ilanlar Zond adalarında yaşayırlar, onları hamadrid adlandırırlar. “Uçan ilanlar” 6-10 m hündürlüyə, 40-45 m uzunluğuna və daha artıq atıla bilir. Təbiətdə olan belə bir qüdrətin müəyyən bir qismi kimyaçıya da məxsusdur. Məsələn: Kimyaçı da kimyanın
köməyi ilə, “uçan ilan” yarada bilər: Bunun üçün perqament kağızından 1 m uzunluğunda və 1 sm enində lent kəsib kamfora ilə spirtin qırışığında 10-15 dəqiqə saxlayır. (Qarışığı hazırlamaq üçün kolbaya 50 q kamfora və 50 ml etil spirti tökülür. Bu qarışıq təcrübədən 2-3 saat əvvəl hazırlanmalıdır). Perqament lentini qarışıqdan
çıxarıb havada qurudur. Otağın pəncərəsini açaraq perqament
lentini yandırıb havaya buraxdıqda od siçan “ilan” uçmağa
başlayır.

Akvarel hazırlığı
Köhnə kitablarda tez-tez ekzotik rəngləyici adlara rast gəlirik: qırmızı sandal, kversitron, karmin, sepiya, kampeş və ya bakkam ağacı və s. Bu cür rəngləyicilərdən hətta bu günlərdə də,əksərən rəssamlıq sahəsində istifadə edilən rənglərin hazırlanmasında tətbiq edilir.Təbbi rənglləyicilər parlaq rəngə malik olub bitki və heyvanlardan əldə edildiyinə görə onların hazırlanması olduqca baha və çətindir.Amma buna baxmayaraq bu rənglər parlaq,dayanıqlı,istiyə və işığa davamlı olurlar. Təbii rəngləyiciləri ekzotik bitkilərdən əldə edə bilməsəkdə bizim relyefe uyğun bitkilərdən ev şəraitində hazırlaya bilərik, parlaq rənglər almasaqda sınamaq olar). Bitkilərdən rəngləyici , onlardan isə suda həll olan boya almağa çalışaq.Bu boyalar akvarel adı ilə məşhurdur. Bütün rəngləyiciləri eyni qayda ilə hazırlamaq olar: bitkini və ya onun hər hansı bir hissəsini xırda hissələrə ayırıb suda qaynatmaq lazımdır.Bu proses qatı məhlul alınadək davam etdirilir.Suda həll olan rəngləyici almağımız lazım olduğundan aldığımız məhluldan quru qalıq ayırmağımıza ehtiyac yoxdur.Unutmayaq: rəngləyiciləri qırılması və ya qoparılması icazə verilən və zəhərli olmayan bitkilərdən hazırlamalıyıq!Hansı bitkilərdən hansı rəngləyici ala biləcəyimizlə tanış olaq( tanış olmayan bitki adları haqqında məlumatı biologiya müəlliminizdən və ya internetdə axtarışla əldə edə bilərsiz):
Qırmızı rəng-bağayarpağı,hypericum
Göy rəng- nardgülü(devyasila),hezare
Yaşıl rəng-yonca yarpaqları və s.
Sarı-fındıq kökü,ağtikan kökü,yarpağı,meyvəsi,Galiu
Qəhvəyi çalarlar- soğan qabığı və s.
Bənövşəyi-qaragilə və böyürtkən meyvələri və s.
Akvarel boyalarının hazırlanması üçün aşağıdakı komponentlər qarışdırılmalıdır:
Rəngləyici,su,rəngi kağıza möhkəmləndirmək üçün ərəb saqqızı və ya taxta yapışqanı, rəng axmasının qarşısını almaq üçün bal,bəhməz və ya qliserin, rəngləyicilərimiz təbii olduğundan mikroorqanizmlərdən qorunmaq üçün antiseptik və dezinfeksiyaedici maddə.

Çay ilə təcrübə
Çayın tərkibindən həyat tonusumuzu artıran və bizi gümrahlaşdıran maddəni ayıraq.Bu maddə əlbətdə kofeinidr.Əlbət bu maddə qəhvə dənəciklərində daha çoxdur.Çayın tərkibində tonusedici maddələr çoxdur: vitaminlər,efir yağları və s. Amma onların hamısını alkaloidlər sinifinə məxsus olan kofein qabaqlayır.
Təcrübə üçün bizə stəkan formalı farfor və metallik qab lazım olacaq. Bu qabın daxilinə 1 çay qaşığı miqdarında xırdalanmış qara çay töküb üzərinə 2 q aptekdən ala biləcəyiniz maqnezium oksid əlavə edin.İki maddəni qarışdırıb kəskin yanmayan alov üzərinə qoyun. Qabın ağzını isə içərisində soyuq su olan farfor qab və ya mürəbbə nəlbəkisi qoyun. MgO iştirakında kofein buxar formasında qovulacaq və yuxarı səthdə soyuq temperaturun olması səbəbiylə kristallara çevriləcək.Nəlbəkinin dibinə diqqətlə baxsaq rəngsiz kristalların formalaşdığını görərsiniz. Qızdırılmanı dayandırıb əmələ gəlmiş kristalları qopararaq təmiz qaba keçirin. Bəs əmələ gələn kristalların kofeinə aid olduğuna necə əmin ola bilərik? Bunun üçün bizə kofeinin keyfiyyət təyini reaksiyası lazım olacaq. Bir neçə kristalı keramik və ya farfor səth üzərinə qoyun(kafel hissəsi də ola bilər) və üzərinə 1-2 damcı qatılaşdırılmış nitrat turşusu əlavə edin.(Turşu ilə işlərkən olduqca ehtiyyatlı olun,təhlükəsizlik qaydaları ilə prosesdən qabaq tanış olun,turş mühiti sonra neytallaşdırmağı unutmayın.) Səthi quru hala keçənədək qızdırın.Bu proses zamanı kofein oksidləşərək gözəçarpan narıncı rəngli amalin turşusuna(C4H4N2О4) çevriləcəkdir.

Alovsuz tüstü
Atalar sözünə görə od olmayan yerdən tüstü çıxmamalıdır.Amma kimyada bununun mümkünlüyünü müşahidə etmiş olarıq.Gəlin təcrübəyə nəzər salaq:
Kimyəvi stəkanı ilk növbədə yüksək qatılıqlı xlorid turşusu ilə,daha sonra isə naşatır spirti ilə yaxalayıb stəkanın ağzını petri nəlbəkisi və ya hər hansı şüşə səthlə örtün.Tezliklə stəkanda ag tüstü əmələ gəldiyini müşahidə edəcəksiniz. Tüstünü əmələ gətirən xırda kristallar şəklində formalaşan ammonium xloriddir.

Sehirli yazı
Fantastik romanlarda görülməyən yazılar haqqında çox rast gəlinir və bu yazıları xüsusi seçilmiş qəhrəmanlar və ya sehirli sözlərin deyilməsilə üzə çıxdığının şahidi oluruq.Yəni gözlə görünməyən yazı gözlə görünən olur...əslində burda elə də bir sehirli bir şey yoxdu...
Bəzi rəngsiz maddələr istiliyin təsirilə rəngli birləşmələr əmələ gətirirlər.Belə maddələrə sadə misal olaraq limon və ya baş soğanın şirəsi ola bilər.Lələyi onlara batırın və ağ vərəq üzərində hər hansı bir söz qeyd edin,bu zaman heçnə görünməyəcək. Daha sonra həmin vərəqi plitə və ya açıq alov üzərinə tutun bu zaman mümkün qədər uzaq durun ki,vərəq alışmasın.Az müddət sonra vərəq üzərində yazı aydın görünəcəkdir.Belə bir təcrübə süd və ya durulaşdırılmış sirkə essensiyası ilə də pis alınmır.İndi istə təbii yox kimyəvi maddələrlə təcrübəyə baxaq:
Sınaq şüşəsinə çox az bıçaq ucunda ammonium-xlorid əlavə edib üzərinə çay qaşığı qədər su tökün.Lələyi şəffaf məhlula salıb vərəq üzərində nə isə yazın və ya şəkil çəkin.Vərəqin qurumasını gözləyib istiliyə tutun bir müddət sonra yazı və ya şəkil aydın görünəcəkdir.
Eyni təcrübə CoCl2 məhlulu ilə də parıla bilrə bu zaman qızma zamanı yazı mavi rəngdə görünəcək,bu təcrübədə qızdırmanı aparmadan sadəcə asetonlu pambıqla vərəqi silməklədə eyni nəticəni əldə etmək olar,bu aseton ilə təyin reksiyasının göy rəng verməsilə izah edilir.

Ekstraksiya ilə tanışlıq
Bunun üçün 1 əl içi qədər qoz və günəbaxan tumu (sözsüzki təmizlənmiş) xırdalayıb qaba tökürük və üzərinə tam islanmayadək benzin əlavə edilir.Bu zaman ətrafda alov və ya alışdırıcıların olmamasına diqqət edirik çünki benzin yanğın təhlükəli maddədir. Sınaq qabını çalxalayıb 2 saat ərzində saxlayırıq bu zaman ara-sıra çalxalamağı unutmayın.Daha sonra məhlulu boşqaba keçirib iki açıq pəncərə arasına hava axını olan məkanda qoyun.Bir müddət sonra benzinin uçduğunu və qabın dibində az miqdar yağın alınmasını müşahidə etmiş olacağıq.Nəticə olaraq ekstraksiya yolu ilə toxumlardan yağ almış olduq.) Bu yağın benzində yaxşı həll olması sayəsində baş verdi. Bu uslla başqa toxumlardan da yağ almaq olar.
Diqqət: alınmış yağı daxilə qəbul etməyin!!!
Başqa bir sınaq yarpaqlarladır.Bunun üçün bizə su hamamı və qalın divarlı stəkan lazım olacaq. Hər hansı bir bitkinin yeni yarpaqlarını stəkana yerləşdirin və üzərinə az miqdar durulaşdırılmış( faizi azaldılmış) spirt əlavə edin. Qaynar su götürüb daxilində stəkanı yerləşdirin. Bir müddət sonra yarpaqları pinset vasitəsi ilə çıxardın:yarpaqlar rəngsizləşmiş, məhlul isə zümrüdü yaşıl rəngə boyanmış olacaq.Beləliklə siz xlorifilin (yaşıl piqment) ekstraksiyasını həyata keçirmiş oldunuz.
P.S: yeyilən bitki yarpaqlarından istifadə edilərsə ekstraksiyadan əldə edilmiş rəngli məhluldan rəngləyici qida əlavəsi kimi ( krem və ya sous üçün rəngləyici ) istifadə edilə bilər.

Yod ilə maraqlı bir təcrübə
Aptekdən əldə etdiyimiz yod məhlulunun bir hissəsini
şüşə qaba keçirib üzərinə elə həmin miqdarda su əlavə edirik.Daha sonra kartof
götürüb halqavari şəkildə kəsimlər edirik.Təzə kəsilmiş hissəyə durulaşdırılmış
yod məhlulundan 2-3 damcı üzərinə əlavə edin.Kartof hissəsi gözümüz qarşısında
göyərəcəkdir.Kartof,eləcə də digər meyvə və tərəvəzlər müxtəlif və çoxlu
maddələrdən təşkil olunmuşdur.Bəs hansı
maddənin yod ilə reaksiyası kartofu göy rəngə boyadı?!
Nişasta göyərir.Adətən elə nişastanı kartofdan əldə edirlər.Əgər evdə nişasta(kraxmal) varsa 1 qaşıq nişastanı yarım stəkan soyuq suda həll edin və südəbənzər məhlul əldə etmiş olacaqsız.Oraya yod damcılatsaq “süd” göyərəcəkdir.Beləliklə nümunə daxilində nişasta təyini üçün yod məhlulundan istifadə etmək daha məqsədəuyğundur.
Nişasta göyərir.Adətən elə nişastanı kartofdan əldə edirlər.Əgər evdə nişasta(kraxmal) varsa 1 qaşıq nişastanı yarım stəkan soyuq suda həll edin və südəbənzər məhlul əldə etmiş olacaqsız.Oraya yod damcılatsaq “süd” göyərəcəkdir.Beləliklə nümunə daxilində nişasta təyini üçün yod məhlulundan istifadə etmək daha məqsədəuyğundur.

Başqa bir maraqlı təcrübə
Bunun üçün bizə etil spirti, su və qiymətli kağız
lazımdır.İlk əvvəl 20 ml 50 faizli spirt məhlulu hazırlayırıq.Bunun üçün 9.6 ml
spirt və 10.4 ml su tələb olunur.Hazırladığımız məhlulu boşqaba əlavə edib qiymətli
kağızı daxilinə salırıq,fikir veririk ki, pul tam islanmış olsun.Bu proses bir
dəqiqə davam etdirilir. Daha sonra qiymətli kağız tutqac (əlinizdən 20 sm
uzaqda qalması üçün)vasitəsi tutulub alışqan ilə
yandırılır.Gözləriniz qarşısında pul 2-3 saniyə alışacaq amma pul külə
çevrilməyəcək.
İzahı: spirt su ilə qarışdırıldığı üçün pul eyni zamanda su ilə islanmış olur.Spirtin alışma temperaturu suyun buxarlanma temperaturundan az olduğu üçün spirt alışaraq yox olur amma su tam buxarlanmır və bu səbəbdən pulun özü yanmır və külə çevrilmir.
P.S: ilk sınaq zamanı az dəyərli qiymətli kağızdan istifadə etməyiniz məsləhət edilir)))Təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın
İzahı: spirt su ilə qarışdırıldığı üçün pul eyni zamanda su ilə islanmış olur.Spirtin alışma temperaturu suyun buxarlanma temperaturundan az olduğu üçün spirt alışaraq yox olur amma su tam buxarlanmır və bu səbəbdən pulun özü yanmır və külə çevrilmir.
P.S: ilk sınaq zamanı az dəyərli qiymətli kağızdan istifadə etməyiniz məsləhət edilir)))Təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın
Təşəkkürlər maraqlı məlumatlar üçün .
YanıtlaSil