
Pristli civə oksidini HgO iki tərəfi
qabarıq linza vasitəsi ilə qızdırırdı. Qızdırarkən, o, civənin və çox miqdarda
qazın əmələ gəlməsini görüb. Əvvəlcə onu hava zənn edib. Pristli qaz olan
borunun içinə yanan şamı saldı və qeyri adi bir şey gördu. Şam işıqlı alovda
yanırdı. Həmin qaz olan gümbəzin altında yerləşən siçanlar özlərini yaxşı hiss
edib, hərəkət edirdilər. Cozef Pristli qazın təsirini öz üzərində sınadı. Nəfəs
almaq asan və xoş idi. “Kim bilir, – yazırdı o, – bəlkə bu təmiz hava zaman
keçdikcə çox dəbli zinət əşyası olacaq, hal-hazırda isə bu həzzi sıçanlar
aldı”.
Daha sonra məlum oldu ki, oksigeni hələ XVII əsrdə holland alimi
Kornelius Drebbel kəşf etmişdir. O, oksigendən özünün düzəltdiyi yeraltı
qayıqda istifadə edirdi. Bu kəşf sirr olaraq qaldı, çünki o zamanlar qayıq
hərbi texnika sayılırdı.

Oksigenin
əhəmiyyətini həqiqi dəyərləndirən ilk olaraq fransız alimi Antuan Lavuazye
olub. 1777-ci ildə qoyulan eksperimentlər nəticəsində, o tənəffüs və yanma
proseslərini maddələrin oksigenlə əlaqəsi kimi izah edə bildi. Bu müasir
“oksigen” adını Lavuazye təklif etdi. (Daha sonra müəllim oksigen haqqında
danışır və lövhədə qeyd edir, şagirdlər isə dəftərdə əsas konspekt şəklində
qeydlər aparır (bax şəkil 1). Oksigenin kimyəvi xassələri barədə danışarkən,
müəllim həm də təcrübə göstərir.)
Oksigen 5 saniyə olmasaydı bunlar baş verərdi
9. Okeanlarda su hidrogen qazı
halında yuxarı qalxacaq 
Oksigen 5 saniyə olmasaydı bunlar baş verərdi
Oksigén havanın tərkibinə
daxil olan, tənəffüs və yanmaq üçün zəruri olan, hidrogenləbirləşdikdə su əmələ
gətirən rəngsiz və iysiz qaz - kimyəvi elementdir. Bir sözlə, oksigensiz
yaşamaq mümkün deyil.
Bəs, oksigen dünyadan 5
saniyəlik yox olsaydı nələr baş verərdi?
1. Çimərlikdə olanların
hamsında günəş yanığı izi qalacaqdır.
2. Gündüz göy üzü qaralacaqdır
3. Təmizlənməmiş metallar bir
biriylə birləşəcəklər
4. Yer qabığı çartlacayaq
5. Hər kəsin qulaq pərdəsi
partlayacaq
6. Betondan düzəldilmiş bütün
binalar uçacaq
7. Bütün canlıların
hüceyrəsindəki hidrogenlər qazı partlayacaq
8. Suyun 1/3 oksigen təşkil
etidiyi üçün dənizlərdə hidrogen qazına çevrilmə başlayacaq
Normal təzyiq və temperaturda olan elementin 2 atomu
birləşərək 02 formulu ilə dioksigeni, rəngsiz, qoxusuz və dadsız ikiatomlu qazı
yaradır. Dəmir filizinin əridilərək polad halına salınması zamanı istehsal
olunan oksigenin 55%-i udulur. Prosesin gedişatında 02 yüksək təzyiqli boru
vasitəsilə əridilmiş dəmirin tərkibinə daxil olur, bu isə kükürd tullantıları
və SO2 və CO2 oksidlərin də daxil olduğu həddindən artıq çox karbon qazının
ayrılmasına gətirib çıxarır. Ekzotermik reaksiyaların nəticəsi olaraq
temperatur 1700 °C-dək yüksəlir.
Kommersiya məqsədləri üçün istehsal olunan
oksigenin digər 25%-i isə kimya sənayesində istifadə olunur. Oksigen etilen 02
ilə reaksiyaya girərək etilen oksidini yaradır, bu da öz növbəsində etilen
qlikola çevrilir; oksigen əsas qidalandırıcı maddə olub, bir çox məhsulların, o
cümlədən antifriz və poliefir polimerlərin(bir çox plastik və fabrikat mallarının
ilkin variantlarının) istehsalında istifadə olunan əhəmiyyətli maddə hesab
olunur.
Kommersiya məqsədləri üçün istehsal olunan
oksigenin qalan 20%-inin əksəriyyəti tibb sahəsində, metal kəsmə və qaynaq
işlərində, raket yanacağında oksidləşdirici kimi, eləcə də su emalında istifadə
olunur.
Oksigen asetilen ilə 02-nin yanmasından yüksək temperaturlu alovun
əmələ gəlməsi məqsədilə oksigen-asetilen qaynağında istifadə olunur. Bu proses
zamanı ilk olaraq 60 sm-ə qədər qalınlıqda olan metal oksi-asetilen alovu ilə
qızdırılır, daha sonra isə geniş axına malik oksigen vasitəsilə sürətlə
kəsilir.

Adı aviasiya, sualtı qayıq və qaz
sənayesində qısaldılmış şəkildə LOx, LOX və ya Lox olan Maye
oksigeni elementar oksigenin fiziki xassəsindən biridir.
Ticarətdə maye oksigeni sənaye qazı kimi
təsnif olunur və geniş şəkildə sənaye və tibbi məqsədlər üçün istifadə olunur.
Maye oksigen havada təbii şəkildə mövcud olan oksigendən kriogenik havanın
ayrılması stansiyalarında fraksiyalı distillə üsulu ilə əldə olunur.
Maye oksigen maye hidrogen, kerosin və ya
metan qazı ilə birləşdikdə kosmik raketlərin tətbiqi üçün geniş yayılmış
kriogenik maye oksidləşdirici məhluldur. Maye oksigeni, həmçinin, yüksək
spesifik impuls yaratdığına görə əlverişli hesab etmək olar. O, V2 raketi ( A-Stoff
və Sauerstoff altında) və Redstone, R-7 Semyorka, Atlas boosters və Apollo
Saturn raketlərinin yüksəliş mərhələləri daxil olmaqla ilk raket tətbiqlərində
istifadə olunurdu. Maye oksigen həmçinin ilk qitələrarası ballistik raketlərin
funksiyası zamanı (ICB M) istifadə olunurdu, lakin raketlərin sonrakı
təkmilləşdirilmiş növlərində ondan istifadə olunmur, çünki onun kriogenik
xassələri və ayrılan buxarı əvəz etmək üçün müntəzəm yenilənməsi tələbi texniki
təminatını və sürətli işə düşməsini çətinləşdirir.
Maye oksigendən demək olar
ki, daha az istifadə edilən Kosmik gəminin əsas mühərriklərində, eləcə də bir
çox müasir raketlərdə istifadə edilir. Maye oksigenlərdən həm də oksilikvid
partlayıcıların hazırlanmasında geniş istifadə edilir, lakin son zamanlar qəza
riski yüksək olduğu üçün ondan çox az hallarda istifadə olunur. Maye
oksigenindən həm də çirkab sularının emalı zamanı mikro-orqanizmləri yüksək
səviyyədə qorumaq üçün aktivləşdirilmiş lil sistemində istifadə olunur.
Bədənimizin oksigendən istifadə edə bilməsi,
bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs
aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll
olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll
olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə
daşıyar. Hüceyrələrdə isə, bir qədər əvvəl ifadə etdiyimiz xüsusi ferment sistemləri
sayəsində, bu oksigendən istifadə edilərək ATF
adlandırılan karbon birləşmələri yandırılar və enerji əldə edilər.
Bütün mürəkkəb
canlılar bu sistemlə enerji əldə edərlər. Lakin, əlbəttə ki, bu sistemin işləyə bilməsi, əvvəla
oksigenin həlla xüsusiyyətindən asılıdır. Əgər
oksigen kifayət qədər həll olmasa, o, qana çox az miqdarda qarışar və bu
da hüceyrələrin enerji ehtiyacının ödənilməsinə
kifayət etməz. Oksigenin çox həll olunması isə,
qandakı oksigen miqdarını həddən artıq yüksəldər və “oksidasiya zəhərlənməsi”
yaradar.
Mövzunun
diqqət çəkən tərəfi isə, müxtəlif qazların suda həll olma əmsallarının,
bir-birlərindən bir milyon qat fərqli ola bilməsidir.
Yəni ən çox həll olunan qazla ən az həll
olunan qaz arasında, bir milyon qatlıq həll olma fərqi
var. Demək olar ki, heç bir qazın həll olma əmsalı
eyni deyil. Məsələn, karbon, oksigenə görə suda iyirmi qat daha çox həll olar. Bu
qədər müxtəlif həll olma əmsalları arasında oksigenin həll
olma əmsalı isə, tam bizim üçün uyğun olan əmsaldır.
Görəsən
oksigenin həll olma əmsalı bir qədər daha az və ya
çox olsa nə baş verərdi?
Əvvəlcə birinci ehtimala baxaq. Əgər oksigen suda (və
dolayısilə qanda) bir qədər daha az həll
olsa, qana daha az oksigen qarışar və hüceyrələr
kifayət qədər oksigen ala bilməz. Belə olan
halda, insan kimi yüksək maddələr mübadiləsi sürətinə
sahib canlıların yaşaması çox çətinləşər. Belə olduqda nə qədər çox nəfəs
alsaq da, havadakı oksigen hüceyrələrə kifayət qədər
çatmayacağı üçün, yavaş-yavaş boğulma təhlükəsi iləüzləşərik.

“Tənəffüs
edən bütün orqanizmlər qəribə
bir tələyə
düşüblər. Həyatlarını dəstəkləyən
oksigen, eyni zamanda onlar üçün zəhərləyici
(toksik) xüsusiyyətdədir və
bu təhlükədən
yalnız çox həssas olan bəzi xüsusi müdafiə
mexanizmləri sayəsində
qorunurlar”.(1)
Məhz bizi bu tələdən, yəni
oksigenlə zəhərlənmə və ya oksigensiz qalaraq boğulma təhlükələrindən
qoruyan şey, oksigenin həll olma əmsalının və bədəndəki mürəkkəb
ferment sistemlərinin tam lazım olduğu şəkildə müəyyənləşdirilmiş və
yaradılmış olmasıdır. Daha açıq desək, Allah, tənəffüs
etdiyimiz havanı da, bu havadan istifadə etməyimizi təmin
edən sistemlərimizi də mükəmməl şəkildə
yaratmışdır.
Oksigen bioelementdir. Yer atmosferində oksigenin payına həcmcə 21% və kütləcə 23,15% düşür.
Canlı orqanizmlərdə orta hesabla 62-70% -ə yaxın oksigen var.
Oksigen bütün canlı orqanizmlərə nəfəs almaq üçün vacibdir. O,
oksidləşmə-reduksiya reaksiyalarının əsas iştirakçısıdır. Üzvi birləşmələrin
struktur vahidi kimi orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin
təmin olunmasında iştirak edir (biopolimerlər, vitaminlər, hormonlar,
aminturşular, zülallar).
Bitkilərin həyatında oksigenin rolu böyükdür. Oksigen bitkilərin
kütləsinin 42%-dən 70% -ə qədərini təşkil edir, fotosintez və nəfəsalma
proseslərində iştirak edir.
Yerin sərbəst oksigeninin bütün kütləsi quruda və dünya okeanında
yaşıl bitkilərin həyat fəaliyyəti hesabına yaranmışdır. Bu bitkilər işıqda
fotosintez zamanı oksigen ayırırlar. Bitkilər atmosfer oksigenini nəfəs almaq
və üzvi maddələri oksidləşdirmək üçün udurlar.
Əksər canlı orqanizmlər oksigeni nəfəs almaq üçün istifadə edirlər
və odur ki, aerob orqanizmlərdirlər.
Hər bir müxtəlif balıq növü üçün suda müxtəlif miqdarda həll olmuş
oksigen lazımdır. Oksigenə ən az tələbatı olan dabanbalığıdır. Karp balığının
yaşaması üçün suda oksigenin miqdarı 4 mq/ml –dən az olmamalıdır. Daha çox
oksigen çaylarda, xüsusən dağ çaylarında yaşayan qızıl xallı balıq (forel) üçün
lazımdır.
İnsan bədəninin 62% -ə yaxını oksigeninin payına düşür. Oksigen
zülalların, nuklein turşularının və orqanizmin digər həyati əhəmiyyətli üzvi və
qeyri-üzvi komponentlərinin tərkibinə daxildir.
Qidanın oksidləşməsi enerji mənbəyidir və onun hesabına orqanizm
yaşayır. Oksigen qanda olan və oksigen ilə davamsız oksihemoqlobin birləşməsi
əmələ gətirə bilən hemoqlobin vasitəsi ilə çatdırılır. Oksidləşmiş hemoqlobin
(oksihemoqlobin) zülalları, piyləri və karbohidratları (qidanın tərkib
hissələrini) oksidləşdirərək karbon qazı və su əmələ gətirir və həyat
fəaliyyəti üçün lazım olan enerjini ayırır.
Yüksək təzyiqdə insan qanında oksigenin miqdarı artır.
Barokameralarda mürəkkəb cərrahi əməliyyatlar aparılır, bəzi ürək çatışmazlığı
xəstəlikləri, beyin, böyrək, yumşaq və sümük toxumalarının zədələnmələri
müalicə olunur.
Oksigen orqanizmdən ağciyərlər və böyrəklər vasitəsi ilə xaric
olunur.
Bunları
bilməyiniz yaxşı olar:
1. Oksigeni demək olar ki, eyni
vaxtda dahi kimyaçılar – isveçli K.Şeyele kalium şorasını KNO3 qızdırmaqla
və ingilis D.Pristli civə (II) oksidi HgO qızdırmaqla aldılar və kəşf etdilər.
2. İnsanın bədəninin kütləsi 70 kq olduqda onun 43 kq-a qədəri
oksigenin payına düşür.
3. Sutka ərzində insan orqanizmi qida məhsulları ilə 1800 qramdan
2600 qrama qədər oksigen alır.
4. Sutka ərzində insan orqanizminə hava ilə 600 qramdan 920 qrama
qədər oksigen daxil olur.
5. İlk dəfə dağlara çıxan adamda yüksəklikdə “hava çatışmır”, daha
dəqiq desək oksigen çatışmır. Yüksəklikdə ümumi təzyiq kimi oksigenin parsial
təzyiqi də azalır. “Dağ xəstəliyinin” səbəbi odur ki, qan belə şəraitdə oksigen
ilə “doya” bilmir və oksigen aclığı yaranır. Daima dağ ərazilərində yaşayanlar
oksigen çatışmazlığından əziyyət çəkmirlər. Onların orqanizmləri dağ şəraitinə
uyğunlaşmışdır: qan dövranı daha intensiv olur, orqanizm daha çox hemoqlobin
istehsal edir, qanda eritrositlərin miqdarı artır. Bununla da havada oksigenin
parsial təzyiqi kompensasiya olunur.

6. Fotosintez prosesində molekulyar oksigen aşağıdakı tənlik üzrə
əmələ gəlir:
6CO2 + 6H2O → C6H12O6 +
6O2
7. Oksigenin allotropik
şəkildəyişməsi olan ozon da O3 məlumdur ki, o, 3 atom oksigendən
ibarətdir. Davamsız olan, mavi rəngli və qüvvətli oksidləşdirici olan qazdır.
Təbiətdə ozon ildırım çaxması zamanı oksigen molekullarından əmələ gəlir. Yer
səthindən 15-25 km yüksəklikdə ozon müdafiə ekranı əmələ gətirir, yeri
məhvedici ultrabənövşəyi şüalardan qoruyur.
Ozon içməli suyu bakteriyalardan təmizləmək və otaqlarda havanı
dezinfeksiya etmək üçün istifadə olunur.
OKSIGEN HAQQINDA MARAQLI MƏLUMAT ALMAQ ÜÇÜN BU VİDEOLARI İZLƏYİN
Qeseng di
YanıtlaSilela
YanıtlaSilela melumatdir
YanıtlaSil