
Henri Kavendiş – ingilis
alimi. 1731 -ci ildə anadan olmuşdur. 1766 -cı ildə saf halda
hidrogen almışdır. Alim əvvəl hidrogeni yüngüllüyünə görə flogiston kimi qəbul
etmişdir. 1810-cu ildə vəfat edib.
THOMPSON, John Cozef (1856-1940) :İngilis elm adamı,
elektronun tapıcısı. On dörd yaşında Manchester'dc Owens Collegedə yüksək təhsilinə
başlayır. 1876da Cambridge Universitetinə gedir və burada dəyişik məsuliyyətlərlə
altmışdörd il işləyir. 1884də Krallıq Elm Akademiyasına üzv seçilər və
Rayleighin ayrılması üzerinə Cavendish professoru olur. Bu vəzifəsini 1919da təqaüdə
çıxana qədər davam etdirir. 1896da Amerikada Princeton Universitetində atomun
quruluşuna bağlı dörd konferans verir və bir il sonra Krallıq İnstitutunda
elektronu tapdığını açıqlayır. 1906da Nobel Mükafatını alan Thompson, 1915-1920
dövründə Krallıq Elm Akademisi başçılığını edir. Cavendish Laboratuvanın dünya
tərəfindən məşhur fizika mərkəzi olmasında Thompsonun əməyi və təsiri böyük
olmuşdur.
Dmitri Mendeleyev (2 yanvar 1834, Тоbolsk,
Rusiya imperiyası — 20 yanvar 1907,
Sankt-Peterburq) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik,
iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı. Ən məşhur
elmi kəşfi — kimyəvi elementlərin dövri cədvəlidir. D.Mendeleyev kimya, kimya
texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya,
diriyabl uçuşu, metrologiya, kənd təsərrüfatı, iqtisadiyyat, xalq maarifi və
istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.
D. Меndeleyev 1854—1856-ci illərdə kristallarda izofirizm halını tədqiq etmiş,
birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş,
eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsiindən
asılılığını kəşf etmişdir. 1860-cı ildə duru maddələrin mütləq qaynama
temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir. 16
dekabr 1860-cı ildə o yazırdı: "...mənim fəaliyyətimin əsas predmeti
fiziki kimyadır" D.İ. Меndeleyev Rusiyada ilk "Üzvi kimya"
(1861) dərsliyinin müəllifidir. Dmitri Mendeleyevin Sankt-Peterburqdaheykəli
1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsi ilə mayenin qatılığını müəyyənləşdirmək
mümükün olur.[ [1865]]-1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib
hazırlayır. Həmşinin dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli
sürür. Qaz mühütün tədqiq edərək, Mendeleyev 1874-ci ildə ideal qazın ümumi tənliyini
tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin
temperaturdan asılılığı barədə hala ciddi əlavə idi. Sonradan bu bərəbərlik
Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı. 1877-ci ildə Mendeleyev neftin
ağır metallardan yaranması nəzəriyyəsini irəli sürdü. Ancaq bu ideya
hal-hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli
sürür. maraqlı faktlar o,uşaq olanda çox vaxt ağzından qan axırdı.həkimlər belə
deyirdilər ki,o tez öləcək.lakin o,çox yaşadı

Yusif Məmmədəliyev

Yusif Məmmədəliyev
Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR EA akademiki (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı.
Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.
1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.
Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.
Yusif Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalanneftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.
Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin o ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi.
Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Y.H. Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957-58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.
Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın - əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərb. KP MK I katibi M. C. Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.
Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birincitərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı olmamışdı.
Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) (1954) və "Şərəf Nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilmişdir. Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "ALKİLLƏŞDİRMƏ KRALI"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Y.H.Məmədəliyev qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.
Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff) —
Hollandiyalı kimyaçı alim. İlk Kimya üzrə Nobel Mükafatı laureatı. 1852-ci ildə
Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya
elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı
olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər.
Lakin buna baxmayaraq o, fəlsəfə,poeziya və riyaziyyat elmləri ilə də ciddi
maraqlanmış, müəyyən təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət
qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix
Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil
aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext
Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya
professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim, sonrakı 18 il ərzində bu
universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya,
kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin
kimyəvi laboratoriyaya rəhbərlik etmişdir. Bu illərdə pedaqoji fəaliyyətlə
yanaşı, elmi-tədqiqat işlərini də davam etdirmişdir. 1887-ci il də o, Vilhelm
Ostvaldla birgə "Fiziki kimya jurnalı" adlı mətbu orqanı yaratmışdır.
Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin
elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq,Berlin Universitetinin fiziki
kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən
etibarən Berlin Universitetində çalışmışdır. Burada fiziki kimyanın istehsalata
tətbiqi ilə məşğul olmuş və bu məqsədlə Stasfurt şəhəri ətrafındakı okean duzu
yataqlarını tədqiq etmişdir. Həmin yataqlar I Dünya müharibəsinədək bütün
Almaniyanın şüşə, keramika, yuyucu vasitələr, sabun və gübrə istehsalının
kalium ehtiyacını, demək olar ki, tamamilə təmin etmişdir. Vant-Qoff biokimyanın
bəzi sahələrinin, məsələn, canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri
olan kimyəvi proseslərdə katalizator rolunu oynayan fermentlərin tədqiqatı ilə
də məşğul olmuşdur. 1901-ci ildə onun elmi fəaliyyətini əsas götürən Nobel
Komitəsi, Vant-Qoffu kimya sahəsi üzrə ilk laureat elan etmişdir. Diplomda onun
mükafat almasının səbəbi kimi kəşf etdiyi kimyəvi dinamika (Kimyəvi dinamika
kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və
onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu
öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş
verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları"
adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın
qanunlarına əsaslanır) və mayelərdə osmotik təzyiq (osmotik daxildən xaricə
olan təzyiq deməkdir, yəni məsələn bitkinin kökü bu təzyiq vasitəsilə torpaqdan
suyu özünə çəkir) qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir.
Vant-Qoffa mükafatı İsveç Kral Elmlər Akademiyası adından təqdim edən Odner onu
stereokimyanın banisi və kimyəvi dinamika elmi üzrə görkəmli işlər görənlərdən
biri adlandırmış, həmçinin alimin tədqiqatlarının fiziki kimya elmi üçün son dərəcə
vacib nəticələr verdiyini vurğulamışdır. Vant-Qoff Nobel mükafatından əlavə,
1893-cü ildə London Kral cəmiyyətinin "Devi" medalı, 1911-ci ildə
Prussiya Elmlər Akademiyasının "Helmhols" medalı ilə təltif
edilmişdir. O, Niderlandın Kral, Amerikanın Milli, Fransa və Prussiyanın isə
Elmlər Akademiyalarının, Britaniya və Amerika Kimya Cəmiyyətlərinin üzvü,
Çikaqo, Harvard və Yell Universitetlərinin fəxri doktoru adlarına layiq
görülmüşdür. Fəlsəfə və poeziyaya da ciddi maraq göstərən Vant-Qoff 1911-ci il
martın 1-də Berlində vərəm xəstəliyindən vəfat etmişdir.
Karl Vilhelm Şeyele – isveç kimyaçısı. 1742-ci ildə anadan
olmuşdur. 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən
etmişdir
RAYLEIGH, John William (1842-1919) : İngilis elm adamı. Təhsilini Cambridge Universitetində
alıb. 1879da Cavendish professoru olaraq Maxwelli izlər; dörd il sonra da
Kraliyet İnstitutunda təbiət fəlsəfəsi professoru olub. 1905də Kraliyet Elm
Akademiyası başçılığına, 1908də Cambridge Universiteti rektorluğuna seçilər.
Geniş məlumatı və fizikanın dərhal hər bölməsindəki işləriylə tanınan
Rayleighin elmə ən əhəmiyyətli qatqıları, akustik və optik sahələrində gözə dəyir.
Rayleigh, diqqətli və səbirli bir təcrübəçi idi. Onu uzun müddət məşğul edən
problem, atmosferdən təmin edilən nitrojenin atom kütləsi ilə, kimyəvi təhlil
etməklə əldə edilən nitrojenin atom kütləsi arasındakı fərqin səbəbi idi. Bu
araşdırma çox az rast gəlinən arqon qazını tapmasına gətirib çıxardıRayleigh bu
çalışması üçün 1904də Nobel Mükafatına layiq görüldü
Ernest Rezerford (ing. Ernest Rutherford, 30 avqust, 1871, Sprinq Qruv – 19 oktyabr
1937, Kembridc )- yeni zelandiyalı fizik. Nüvə fizikasının "atası"
hesab olunan Rezerford atomun planetar modelini yaratmışdır, 1908-ci ildə kimya
üzrə Nobel mükafatına layiq görülmüşdür, Həyatı Ernest Rezerford Şotlandiyadan
Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində anadan
olmuşdur, Anası Marta Tomson isə İngiltərənin Esseks əyalətindən idi, Ernest
Yeni Zelandiyada Nelson şəhəri yaxınlığında Sprinq Qruv (hal-hazırda Braytvoter
adlanır) adlanan yerdə dünyaya gəlmişdir, İlk ibtidai təhsilini əvvəlcə Havlok
məktəbində, daha sonra Nelson kolledjində almışdır, İbtidai təhsilini uğurla
tamamalyan Ernest təhsilini Yeni Zelandiya universitetinin Kanteberi kolledjində
davam etdirmık hüququ əldə edir, Universitet illərdinə o yerli tələbə müzakirə
cəmiyyətinin prezidenti olur, 1895-ci ildə bakalavr və magistr dərəcələrini
alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul
olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır,
Kembridc universitetinin nəzdində fəaliyyət göstərən Kavendiş laboratoriyasında
çalışır, Bu illərdə o torium və uran elementlərinin buraxdığı radioasiyanın iki
növünü – alfa və beta radiasiyanı kəşf edir, 1898-ci ildə Kanadanın Montreal şəhərinin
MakGill universitetində işləməyə başlayır, Məhz bu universitetdə apardığı tədqiqatlar
ona 1908-ci ilin kimya üzrə Nobel mükafatını gətirir, Ernest Rezerford
radioaktivliyin atomun özü-özünə parçalanması olduğunu nümayiş etdirir, O
radioaktiv materialın yarısının parçalanmasına eyni zaman intervalının –
yarımparçalanama – lazım gəldiyini göstərir və bu sabit parçalanma sürətini
saat kimi istifadə etməklə sonralar Yerin əsl yaşını təyin etməyəyə böyük töhvə
vermiş olur, 1907-ci ildə Rezerfor Mançestr universitetinin fizika kafedrasına
gəlir, Burada Hans Giger və Ernest Marsdenlə birgə tədqiqatlar apararaq atomun
nüvə təbiəyini müəyən edir, Məhz bu tədqiqatların interpretasiyası ona özünün
planetar modelini irə li sürməy imkan verir, Rezerford modelində atom müsbət
yüklü nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan ibarət idi, Rezerford
1919-cu ildə nüvə reaksiyası vasitəsilə bir kimyəvi elemeneti (azotu) başqa bir
kimyəvi elementə (oksigenə) çevirmiş ilk fizik olur – 14N(α,β)170. 1921-ci ildə
Nils Borla (Bora görə elektronlar nüvə ətrafında spesifik orbitlər üzrə hərəkət
edirdi) birgə çalışdığı müddətdə Rezerford müsbət yüklü protonların bir-birini
itələmə effektini kompensasiya etməklə nüvənin cəzbetmə qüvvəsni təmin edən və
beləliklə nüvəni parçalanmadan saxlayan neytronlar haqqında fərziyyə irəli
sürür, Rezefordun neytonlar haqqındakı nəzəriyyəsi 1932-ci ildə Ceyms Çadvik tərəfindən
sübuta yetirilir və Çadvik bu kəşfinə görə 1935-ci il Nobel mükafatına layiq
görülür, Ernest Rezerford 1937-ci ildə vəfat edir və Vestminster Abbeydə C.C.
Tomsonun yanında dəfn edilir.
Şixbala Əliyev — azərbaycanlı alim. Azərbaycanda kimya üzrə ilk
elmlər namizədi və ilk kimya elmləri doktoru, professor.
1931-1934-cü
illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin
institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24
yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur.
1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş.
Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma
mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında
kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi
kimya" sahəsində ilk olaraq professor adını almışdır.
Markovnikov Vladimir Vasilyeviç: elmi məktəbin əsasımı
qoyan, rus kimyaçısı. Butlerovun kimyavi strukturu nəzəriyyəsi üzrə işləyərək
o, atomların orqanik birləşmələrdə
bir birinə nüfuzunu araşdırdı və orada bəzi müntəzəmlərir tapdı (o cümlədən,
oksigensiz turşların iki və üç qat əlaqəli doymamış karbohidrogenlərə qaydasını
keşvetdi. 1869-cu ildə bu qayda onun şərəfinə adlandırıldı). O, 1865-ci ildə
yağ turşuların izomeriyasını kəşf etdi. 80-ci illərin əvvəlindən qafqaz neftini tədqiq
edirdi, sikloalkanları kəşf etdi. Rusiya İmperiyasının kimyəvi sənayənin
inkişafına təsir etdi. Rus kimyə cəmiyyətinin (1868) əsas
qoyuculardan biri idi. Memar Nikolay Markovnikovun atası.
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi; tanınmış persian əlkimyaçı, həkim əczaçı, riyaziyyatçı, astronom. Əslən Yəməndən olan əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır. Bundan əlavə ibn Həyyan təkvin- laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.
Əliyeva Rəfiqə Əlirza qızı — kimya elmləri doktoru\ın həqiqi üzvü (akademik) (2014)[1], ŞÖHRƏT ORDENİ laureatı, əməkdar elm
xadimi. Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Professor R.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Professor R.Ə.Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.
Nağıyev Tofiq Murtuza oğlu — Kimya elmləri doktoru, Akademik. Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsinin müəllifidir. O, kimyəvi interferensiyanın tərifini vermiş, fəzada və zamanda koherent sinxronlaşmış reaksiyalar üçün determinant tənliyini və koherentlik nisbətini təklif etmişdir. Bu nəzəriyyə birmənalı şəkildə təcrübədə təsdiq olunmuşdur. Son illərin elmi tədqiqatları imitasiya katalizi ilə bağlıdır; alkanların və alkenlərin hidroksidləşməsi və epoksidləşməsi üçün yüksək effektivli, oksidləşdirici təsirə və yüksək temperaturlara davamlı olan katalitik bioimitatorlar işlənib hazırlanmışdır. T.M.Nağıyevin fundamental elmi nailiyyətləri sırasında onun təklif etdiyi yeni HO'2 – müvafiq kinetik parametrli asılı elementar reaksiyalar mühüm yer tutur. Hidrogen-peroksidlə induksiya olunmuş yeni sərbəst radikallı reaksiyalar – atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkanların və alkenlərin qoşma dehidrogenləşməsi, epoksidləşməsi, hidroksidləşməsi və metanın metanola, folmaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyaları geniş tanınır. Kimyəvi və bioloji sistemlərdə enerjinin akkumulyasiyası prinsipinin işlənib hazırlanması yönündə əhəmiyyətli işlər görülmüşdür. Hazırda onun rəhbərliyi altında yeni analitik sistemlər olan biomimetik sensorların yaradılmasının elmi prinsipləri uğurla işlənib hazırlanır. T.M.Nağıyevin elmi maraq dairəsi: fiziki kimya, sərbəst radikallı oksidləşmə reaksiyaları kimyası, heterogen və bioimitasiya katalizi, koherent-sinxron reaksiyaların kinetikası və mexanizmi, tətbiqi biokimya və biotexnologiya.
Məhəmməd Baba oğlu Babanlı — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü. Əmək fəaliyyəti bütünlüklə BDU ilə bağlıdır. O, burada 1977-1993-cü illərdə fiziki və kolloid kimya kafedrasında, sonrakı illərdə isə ümumi və qeyri-üzvi kimya kafedrasında çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir 1992-1994-cü illərdə BDU-nun axşam və qiyabi təhsil üzrə prorektoru, 1994-2002-ci illərdə isə Baş elmi Katibi vəzifəsində çalışmışdır. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü və sədr müavini, 1997-2000- ci illərdə isə həmin Şuranın sədri olmuşdur 1986-1991-ci illərdə kimya fakültəsinin elmi işlər üzrə dekan müavini işləmiş, 1989-cu ildə professor vəzifəsinə seçilmişdir 1977-ci ildən kiçik elmi işçi, 1979-cu ildən böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildə müəllim, 1986-cı ildə isə dosent vəzifəsinə seçilmişdir "Ümumi kimya", "bərk cisimlər kimyası", "fiziki-kimyəvi analiz", "qeyri-üzvi material şünaslıq", "faza tarazlıqlarının termodinamikası",
"nanostruktur elektron materialları", "nanohissəciklərinin fiziki kimyası" və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır. 2014-cü ildən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Həmin ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. 700 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 30 elmlər namizədi yetişdirmiş, 1 elmlər
doktorunun elmi məsləhətçisi olmuşdur.