Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi,
yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü,
torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ
gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran,
mum, üzvi turşular, aşılayıcı maddələr)
Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox
səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya
bir çox elmlərlə əlaqəlidir.İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya,
biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s.
elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin
rolu, xidmətləri olmuşdur. Y.Sil, Ş.Jerar, E.Franklit, Kekule, A.Kuper,
M.Lomonosov, A.M.Butlerov, M.Markovnikov, A.Zinin, N.Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y.Məmmədəliyev, Ə.Quliyev, A.Məhərrəmov, M.Qulubəyov, Ş.Ömərov və
başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş
imkanlar durur. Belə ki, indiki neft ehtiyyatları dünya əhalisinin təlabatını
50-100 il ödəyə bilər. Bu yanacaq növünü əvəzedən alternativ yanacaq növü
tapmaq, kömürü maya yanacağa çevirmək, metanol, etanoldan istifadə etmək, su
qazından, sintez qazından yanacaq kimi istifadə etmək, təbii qazdan alınan
polimerlərin sayını, çeşitini çoxaltmaq, xalq təsərrüfatında metalları
polimerlərlə əvəzetmək, süni və sintetik liflərin keyfiyyətini yaxşılaşdır-maq
yeni növlərini almaq, k/t zərərvericilərinə qarşı yeni dərman preparatları
sintez etmək, heyvan və insanlarda əmələ gələn yeni xəstəliklərin qarşısını
almaq üçün yeni dərman preparatları sintez etmək və s. Yeni üzvi tədqiqat
üsulları ilə alınan sintez, olunan üzvi birləşmələrin quruluşu dəqiq öyrənilir
və onların daxili quruluşu tam açılır. Rentgenoskopik, spektroskopiya,
elektronomikroskopiya, N.M.R. (nüvə maqnit rezonansı) və s. yeni üsullarla yeni
maddələrin tərkib və quruluşu dəqiq öyrənilmişdir. Üzvi maddələrin təbii
mənbələri-üzvi birləşmələrin (maddələrin)təbii mənbələri aşağıdakılardır:
1.
Neft ;
·
Parafin
nefti- Ruminiya, Qroznı, Pensilvaliya (ABŞ)
·
Naftenlərlə
zəngin olan- Bakı, Kaliforniya. Emba və s.
·
Aromatiklərlə
zəngin olan-Borno, Sumatra, Perm.
Neftdən 2000-ə
qədər maddə alınır.
1. Daş kömür- 3000-ə qədər maddə alınır.
Aşağıdakı fraksiyaları vardır;
·
Daş kömür qətranı
·
Koks
·
Koks qazı
·
NH3-su
·
Təbii qaz-90%-dən çox metandır
·
Torf
·
Ağac
·
Heyvan məhsulları
Üzvi süxurlar haqqında ümumi məlumat
Yer qabığı müəyyən
fıziki-kimyəvi və geoloji şəraitlərdə formalaşan müxtəlif mənşəli süxurlardan
təşkil olunmuşdur. Həmin süxurlar içərisində çökmə qatı neft və qazlılıq
cəhətdən daha çox diqqəti cəlb edir. Aşağıda çökmə süxurların təsnifat sxemi
verilmişdir. Subakval şəraitdə (su şəraitində) toplanan üzvi süxurlar neft və
qaz əmələgəlmədə xüsusi yer tuturlar. Çökmə süxurların genetik təsnifatı. Üzvi
süxurlar bitki və heyvan aləminin üzvlərinin tələf olduqdan sonra sülb halında
olan qalıqlarının küllü miqdarda toplanması nəticəsində yaranan süxurlardır.
Subakval şəraitdə heyvan və bitki aləmi (biosferin) üzvlərinin tələf olduqdan
sonra yaranan üzvi mənşəli qalıqlara üzvi maddələr deyilir. Üzvi
maddələr yanma qabiliyyətlərinə görə iki qrupa ayrılır:
·
kaustobiolitlər;
·
akaustobiolitlər
Üzvi maddələrin yanma qabiliyyətinə malik olan qrupuna
kaustobiolitlər deyilir. Kaustobiolit yunanca "kaustos"- yanan,
"bios"- üzvi "litos"- daş sözlərindən əmələ
gəlmiş və "yanan üzvi daş" deməkdir. Yanmayan üzvi maddələr qrupu isə
akaustobiolitlər adlanır. Məsələn, mərcan rifləri, üzvi əhəngdaşı və s.
Yanar üzvi maddələr (kaustobiolitlər)
Üzvi maddələrin
yanma qabiliyyəti onlarda olan Cü -nün tərkibi və miqdarı ilə müəyyən edilir. Neft
sırası karbohidrogenlərin əmələ gəlməsi üzvi maddələrlə əlaqədardır. Üzvi
maddələr müxtəlif şəraitlərdə əmələ gəlirlər. Onların tərkibi və miqdarı
əmələgəlmə şəraitindən asılı olaraq dəyişir. Kaustobiolitlərin tərkibində
qeyri-üzvi birləşmələr şəklində mineral maddələr də iştirak edirlər.
Kausto-biolitlərin genetik təsnifatı haqqında müxtəlif fıkirlər vardır. Fransız
alimi Q.Potonye kaustobiolitlər qrupuna tərkibində çoxlu yanar üzvi qalıqlar
olan maddələri aid edir. O, üzvi maddələri sapropel, humus və sapropel-humus
qruplarına ayırır. Sapropel qrup üzvi maddələr plankton və ibtidai bitkilərin
lipid və polimerlipid, humus sırası üzvi maddələr isə ali və ibtidai bitkilərin
sulu karbon komponentlərindən əmələ gəlmişdir. Biologiya elmindən məlumdur ki,
bitki və heyvan orqanizmlərini təşkil edən hüceyrələrin tərkibində üzvi
maddələri yaradan hissəciklər mövcuddur. Şəraitdən asılı olaraq həmin
hissəciklər üzvi maddələrin iki əsas növünü: karbohidrat və karbohidrogenləri
əmələ gətirirlər. Bəzi tədqiqatçılar (B.Tisso və D.Velte) göstərirlər ki, üzvi
maddələr fotosintez prosesi nəticəsində əmələ gəlir:
Fotosintez prosesində işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi nəticəsində
oksigen, su və qlükoza əmələ gəlir. Yerin geoloji inkişafından əvvəlki
mərhələdə fotosintez prosesi, göyümtül yaşıl yosunların və bakteriyaların
fəaliyyəti nəticəsində baş verirdi. Devon dövrünə qədər üzvi maddələrin
formalaşmasını dəniz fitoplanktonu, bakteriya, bentos yosunları və çox az
miqdarda zooplanktonlar təşkil edirdi. Devon dövründə daha bir mənbə - su
hövzələrində toplanan quru bitki qalıqları əmələ gəldi. Beləliklə, üzvi
maddələrin tərkibinin biosferin təkamülü ilə sıx əlaqədar olması aydın
izlənilir. Yerin geoloji inkişafı zamanı üzvi maddələrin (Cü) fosilləşmə sürəti
orta hesabla 0,1%, oksigensiz mühitli hövzələrdə isə bəzən 4% və daha çox olur.
Üzvü maddələrin dəniz və okeanlarda ən çox toplandığı dərinlik 80-100 m hesab
olunur. Cü autogen və allotogen olur. Üzvi maddələrin başlıca mənbəyi
fitoplanktonlardır. Dünya okeanına və dənizlərinə ildə təmiz halda 21 mlrd. t
fıtoplankton məhsulu daxil olur. Yaranmış Cü - nün 50% -i dəniz yosunlarının
payına düşür. Üzvi maddə-lərin okeanlarda toplanma sürəti ildə 300 q/m2-dir. Bu
cür sürətlə toplanma okeanla qurunun sərhəddində gedir. Daxili okean
sahələrində toplanma sürəti ildə 50 q/m2-ə çatır.
Alloxton növ Cü okeanlara əsasən çay arteriyaları və yeraltı
dərin su axınları vasitəsilə gətirilir. Okeanlara çaylar həll olmuş formada 363
mln. t üzvi maddə gətirir. Yeraltı sular vasitəsilə daşınan üzvi maddənin
5 % - ə qədəri nəql edilir, asılı vəziyyətdə olan sülb material ilə okean
sularına ildə 460 mln. t daxil olur ki, onun da 1/3 hissəsi şelf zonasında,
qalanı isə ondan kənarda toplanır. A.P.Lisitsın və Y.A.Romankeviçə görə
okeanlara gətirilən eol materialları içərisində 8,7- 50% Cü olur. Bu yolla ildə
okeanlara 320 mln.t Cü daxil olur. Başqa mənbələrlə okeanlara gələn Cü miqdarı
18 mln.t-dur. Üzvi maddələr hidrosferdə qeyri-bərabər yayılmışdır. Onların
miqdarı iqlim, fıziki-coğrafı şəraitlərlə yanaşı çöküntülərin litoloji
tərkibindən də asılıdır. Cü -nün maksimum miqdarı dayaz hövzələrdə, laqunlarda,
körfəzlərdə, limanlarda, qapalı dənizlərdə, okeanın şelf zonalarında müşahidə
olunur. Tərkibində üzvi qalıqlar olan laylarda oksidləşmə prosesi gedərsə üzvi
maddələr parçalanır və bu da həmin layların qalınlıqlarının azalmasına səbəb
olur. Dərin su şəraitində əmələ gələn karbonat və silikat süxurlarında toplanan
Cü daha yaxşı saxlanılır. Bu növ çöküntülər üzvi maddələri həll olmaqdan
qoruyur. Ancaq belə mühafızə 4-5 km dərinliyə kimi davam edir. Daha dərin su
qatlarında kalsium-karbonat və onun tərkibində olan Cü də həll olur və dərin
qatlardakı suların tərkibinə daxil olur. Üzvi maddələrin miqdarına
çöküntütoplanmanın sürəti də təsir göstərir. Burada çöküntütoplanma ilə Cü-nün
toplanma sürətləri arasında düz mütənasib əlaqə müşahidə edilir.
N.B.Vassoyeviçə görə: kiçik sürətlə (1000 ildə 2-6 mm) toplanan çöküntülərdə
Cü-nün miqdarı 0,01%, orta sürətlə (1000 ildə 20-130 mm) toplanan çöküntülərdə
Cü-nün miqdarı 0,1-2 % , yüksək sürətlə (1000 ildə 660-1400 mm) toplanan
çöküntülərdə Cü-nün miqdarı isə 11-18 % olur.
Deməli, Cü-nün çöküntü-lərdə
saxlanılma dərəcəsi çöküntütoplanmanın sürəti artdıqca çoxalır. Lakin bu
mütənasiblik daimi xüsusiyyət daşımır, belə ki, çöküntütoplanmanın sürəti daha
çox olarsa, (1400-1500 mm-dən çox) bu zaman çöküntülərdə toplanan üzvi
mad-dənin qatılığının azalması baş verir. Bu hal çöküntütoplanma su hövzəsinin
üzvi maddə törədə bilmə imkanları ilə bağlıdır. Üzvi maddələrin saxlanılmasına,
həmçinin, onların uzun müddət suda qalması və çöküntülərin litoloji tərkibi də
təsir göstərir. Tərkibində xeyli üzvi maddələr olan lillərə sapropel deyilir
(sapropel yunan sözü olub, «çürümüş gil» (lil) mənasmı daşıyır). Su
hövzələrində sapropel növ üzvi maddələr oksigensiz mühitdə bituma çevrilir.
Bituma qədər sapropel növ maddələr kerogen əmələ gətirir. Sapropel - göl
xüsusiyyətli su hövzələrində üzvi-mineral çöküntülərə deyi-lir. Sapropelin üzvi
maddəsi əsasən hövzədə yaşayan canlı və bitki aləmin qalıq-larının oksigensiz
mühitdə parçalanma məhsuludur. Ənənəvi olaraq Q.Potonyenin dövründən sapropel,
humus və sapropel-humus növ üzvi maddələr seçilir. Onlar kimyəvi tərkiblərinə
və ilkin əmələgəlmə şəraitlərinə görə fərqlənirlər.
Sapropel növ üzvi maddə planktonun və bəsit bitkilərin 10%-ə
qədər hidrogenlə zənginləşmiş lipoid və polimerlipoid tərkib hissələrindən
yaranır. Lipoidlər lipidlərin tərkib hissəsidir. Sonuncuları bəzi hallarda
piylərə və piyəbən-zər maddələrə, yəni lipoidlərə bölürlər. Lipoid dedikdə,
piyə bənzər strukturu, təbiəti və bioloji funksiyalarına görə fərqlənən müxtəlif
birləşmələr (mumlar, terpenlər, sterinlər, fosfatitlər və s.) nəzərdə tutulur.
Canlı maddədə lipidlərin orta miqdarı onların kütlələrinin 10%-ə
qədərini təşkil edir, bəzi bəsit orqanizmlərdə (bəzi su yosunlarında,
zooplanktonda) lipid-lərin miqdarı 20%-ə qədər ola bilər.
Lipidlərin tərkibinə daxil olan karbon turşularına qazıntı
halında olan səpələnmiş üzvi maddənin ilkin halı kimi baxılır. Müasir
çöküntülərdə lipidlərin çox hissəsi qeyri-polyar həlledicilərdə
(karbohidrogenlər, xloroform, efir və s.) həllolma qabiliyyətini saxlayırlar.
Diagenez prosesində lipidlər demək olar ki, bü-tövlükdə kerogenin (polimer
lipidlər) əsas kütləsini təşkil edən həll olunmayan tərkib hissəsinə
çevrilirlər. Müasir təsəvvürlərə görə maye karbohidrogenlərin katagenez prosesi
zamanı yaranması, əsasən, kerogenin lipid tərkib hissəsi hesabına baş verir.
Hövzələrdə toplanma zamanı yığılmış sapropel növ üzvi maddələr
singenez və diagenez mərhələlərində qismən tərkib dəyişikliyinə məruz qalırlar.
Onlar yetişərək neft və qaz törətmə qabiliyyətinə malik olurlar. Bu cür
sapropel mənşəli üzvi maddələr də kerogen adlanır. Dərinliyə getdikcə kerogenin
miqdarı neft-qaz törədə bilən ana maddələrdə artır. Kerogen alkan və izoprenoid
zəncirvari birləşmələrindən ibarətdir. Kerogen katagenez mərhələdə üzvi
maddələrin əsas hissəsi olub, çoxlu miqdarda maye karbohidrogenlər generasiya
edir. Karbohidrogenlər və onların məhsulları bitum birləşmələri adlanır.
Bitumlar karbohidrogenlərdən və onlardan müxtəlif şəraitdə əmələ
gələn törəmələrinin qarışığından ibarət üzvi mənşəli maddələrdir. Başqa sözlə,
üzvi maddələrdən üzvi həlledicilər vasitəsilə ayrılan hissə bitum adlanır.
Bitumlar təbiətdə geniş yayılmaqla bərabər neft və onların törəmələrindən təbii
yanar qazla-ra qədər bütün kaustobiolit növlərini özündə birləşdirirlər.
Bitumların əsas səciyyə-vi xüsusiyyətlərindən biri (humuslardan fərqli olaraq)
üzvi həlledicilərdə həll olmalarıdır.
Bituma qətranlı birləşmələr (20-30%), asfaltlı birləşmələr (60-
70%) və az miqdarda neft sırası maye karbohidrogenlər daxildir.
Humus növ üzvi maddələr
Kaustobiolitlərin növlərindən biri də humuslardır. Tərkibində
5%-dən az hidrogen olan humus növ maddə mürəkkəb bitkilərin (liqnin-sellüloza) və
bəsit bitkilərin karbohidrat komponentlərindən əmələ gəlirlər.
Qarışıq növ üzvi maddə tərkibində həm sapropel, həm də humus
komponentlərinə malikdir. N.B.Vassoyeviç sapropel və humus növ üzvi maddələri
molekulyar qurulu-şundan asılı olaraq alinlərə (alifatik və alitsiklik
strukturlar ilə zəngin olanlar, H/C- 1,2) və arkanlara (kondensə olunmuş
politsiklik aromatik maddə ilə zəngin olanlar, H/C- 0,6 ) ayırır. Qarışıq növləri
isə alin-arkan yaxud arkan-alin adlandırır. Humuslar qrupuna
daxil olan yanar qazıntılar üzvi maddələrin diagenez mərhələsinin əvvəlində
oksigenli mühitdə parçalanmaları nəticəsində əmələ gəlirlər. Bəzi tədqiqatçılar
neft və təbii qazın əmələ gəlməsində daş kömürü törədi-ci material hesab
edirlər. Eyni zamanda onlar, neftlə daş kömür arasında sıx genetik əlaqə olduğu
fıkrini də irəli sürürlər. Bu baxımdan humuslu maddələri öyrənmək maraqlıdır.
Humuslar qrupuna əvvəl qeyd edildiyi kimi torf, qonur kömür, daş kömür,
antrasit daxildir. Antrasitin metamorfızmləşməsi isə, onun artıq
kaustobiolitlər sırasından çıxaraq, almaz kimi tərkibi yalnız karbondan (C)
ibarət olan qrafit mineralına çevrilməsidir. Humuslarla zəngin olan yanar
qazıntılardan torfu və daş kömürü göstərmək olar.
Torf -
kövrək, açıq qonur və qaraya çalan rəngdə olub, müxtəlif bitki qalıqlarının
oksigenli mühitdə çürüməsi nəticəsində əmələ gəlmiş yanar maddədir.
Torf, humus qrupunun başlanğıc, yəni nisbətən zəif ilkin
metamorfızmə uğradığı mərhələdə əmələ gəlir. Torfun əmələ gəlməsində quruda və
suda bitən bitkilər iştirak edirlər. Kökləri rütubətli torpaqda inkişaf edən
göl (bataqlıq) bitki-ləri torfun yaranmasında mühüm rol oynayırlar. Humusları
əmələ gətirən mate- riallar bataqlıqlarda və göllərdə toplanır. Kökləri sulu
mühitdə inkişaf edən belə bitkilərə yosunları misal göstərmək olar. Torfun
əmələ gəlməsində bu növ bitkilər daha fəal rol oynayırlar. Bundan başqa, torfun
yaranmasında bataqlıqlarda küllü miqdarda bitən kollar da az əhəmiyyət
daşımırlar. Su hövzələrinin bataqlığa çevrilməsi oradakı bitkilərin fəaliyyəti
ilə əlaqə-dardır. Hövzənin müxtəlif dərinliklərində müxtəlif növ bitkilər
inkişaf edir. Bu səbəbdən də hər zonada əmələ gələn torfun özünəməxsus
xüsusiyyəti olur. Bitki qalıqlarının (torfun) miqdarı artdıqca suyun dibi ilə
əlaqə kəsilir və nəticədə torf bataqlığı yaranır. Torfun kimyəvi tərkibi, onu
əmələ gətirən bitkilərin tərkiblərin-dən asılıdır.