9/05/2017

Təcrübələr

Похожее изображение
Çoxları sirkdə adamın barmağının kəsilib, sonra da sağalmasının sahidi olmuşlar. Bu tamaşaçılara qeyri-adi və maraqlı görünür. Lakin həvəskar kimyaçı bu hadisənin sirrini aça bilər. Bunun üçün aşağıdakı təcrübəni aparmaq lazımdır:
Hazırlamalı: 1) 5%-li dəmir 3-xlorid məhlulu, 2) 5%-li ammonium-rodanid məhlulu, 3) bir dəsmal və ya yaylıq, 4) küt bıçaq, 5) pambıq. Əvvəlcə yaraya mikrob düşməsin deyə kəsiləcək yerə pambıq vasitəsilə ammonium-rodanid məhlulu sürtür, sonra isə bıçağı da dezinfeksiya etmək məqsədilə dəmir 3-xlorid məhluluna batırıb cəld qolun islanmış yerinə çəkir. “Kəsilmiş” yerdən dərhal “qan” axır. Yaradan çox “qan” axmasın deyə kəsilmiş yeri “şəfa” yaylığı ilə bağlayıb, bir neçə dəqiqədən sonra açıb silmək lazımdır. Görəcəksiniz ki, qol tamamilə sağlamdır. Bildiyimiz kimi dəmir 3-rodanid qırmızı qan rəngli məhluldur. Reaksiyanın tənliyi belədir:

FeCl3 + 3NH4SCN = Fe(SCN)3 + 3NH4ClКартинки по запросу odun

Bildiyimiz kimi od insanların həyatında mühüm rol oynamışdır. İnsanlar odu müqəddəs saymış və uzun müddət ona sitayiş etmişlər. Elm odun müxtəlif üsullarla əldə edilməsi yollarını açmış və insanları cəhalətin pəncəsindən xilas etmişdir. Od əldə etməyin bir üsulunu əyləncəli təcrübənin köməyi ilə göstərmək olar. Hazırlamalı: 1) doğranmış odun, 2) sönməmiş əhəng – CaO, 3) su, 4) dəmir lövhə. Dəmir lövhənin üzərində doğranmış odun parçalarını ocaq formasında yığıb, arasına sönməmiş əhəng yerləşdirirlər. Ocağa adi su tökülür. Əvvəlcə ocaqdan tüstü əmələ gəlir, sonra isə yanmağa başlayır. Reaksiyanın tənliyi belədir:
CaO+H2O=Ca(OH)2+QПохожее изображение

3. Vulkan
a) Suyun təsiri ilə vulkan: Vulkan haqqında az adam tapılar ki, məlumatı olmasın. Bildiyimiz kimi təbiətdə vulkanlar həm quruda, həm də suda baş verir. Yerin üstündəki vulkanlardan ən yüksəyi Çili və Argentina sərhəddində Qərbi Kordilyer dağında 6800 metr
yüksəklikdə püskürən Tupunqato vulkanıdır. Ən böyük sualtı vulkan Sakit okeandakı Admiral Makarov vulkanıdır. Onun zirvəsi okeanın dibindən 5000 metr hündürlüyə yüksəlir. Kimyaçı da öz gücünün hesabına kiçik də olsa vulkan yarada bilər. Hazırlamalı: 1) yod kristalları, 2) sink tozu, 3) həvəng, 4) çini kasa, 5) pipet, 6) su. Ekvivalent miqdarda yod kristalları götürüb həvəngdə əzir və sink tozu ilə qarışdırırlar. Qarışığı çini kasaya keçirib, üzərinə pipet vasitəsilə 5-6 damcı su əlavə edir. Ətrafa püskürən “vulkan” alınır. Burada su katalizator rolunu oynamaqla gedən reaksiyanın tənliyi belədir:
Zn + J2 = ZnJ2
b) Yaşıl vulkanın alınması. Hazırlanmalı: 1) çini buta, 2) ammonium bixromat, 3) ştativ, 4) çini üçayaq, 5) qaz lampası. Çini butaya 15 q ammonium-bixromat töküb ştativin dəmir halqası üzərinə qoyur, qaz lampasını yandıraraq maddə qızdırılır. İki-üç dəqiqədən sonra yaşıl vulkan püskürməsi baş verir. Reaksiyanın tənliyi belədir:
(NH4)2Cr2O7 = Cr2O3 + N2↑ + 4H2OКартинки по запросу qizil yagisi

Keçmişdə qızıl əldə etmək üçün kimyaçılar çox böyük əmək sərf etmişlər. Onlar xüsusən civə ilə kükürdü qarışdırıb qızıl almağa çalışırdılar. Elmi əsası olmayan bu təcrübələr heç bir fayda verməmişdir. Radioaktivlik və nüvənin tərkib hissələri kəşf edildikdən sonra bir elementin başqa elementə çevrilməsi məsələsi elmi yolla həll edildi. Qızılın süni istehsal üsulu çox baha olduğu üçün iqtisadi cəhətdən əlverişli deyil. Ona görə də sənayedə qızıl təbii mənbələrdən alınır. Təbiətdə qızıla saf və birləşmələr şəklində təsadüf edilir. Dəniz və okean sularında da qızıl vardır. Bu qızılın hamısını çıxarmaq mümkün olsaydı hər adam başına 3 t qızıl düşərdi. Lakin dənizlərin suyunda qızılın qatılığı çox azdır. Hər 200000 t dəniz suyunda təxminən 1 q qızıl var. Bu qədər duru məhluldan çıxarılan qızıl ona qoyulan xərcin heç yüzdə birini də ödəyə bilmir. Məşhur kimyaçı Voldemar Donun çoxillik axtarışlarından sonra tapdığı üsul ilə sudan “qızıl” almaq mümkün olmuşdur. Həvəskar kimyaçı məşhur ədibimiz M.F.Axundovun təsvir etdiyi Molla İbrahim Xəlil kimyagərdən fərqli olaraq burada hökmən qızıl alınacaqdır!
Hazırlamalı: 1) 200 ml 10%-li qurğuşun-asetat məhlulu, 2) 150 ml 15%-li kalium-yodid məhlulu, 3) 500 millilitr həcmi olan boş Erlenmeyer kolbası, 4) sacayaq, 5) asbest tor, 6) kibrit, 7) dəsmal, 8) qaz və ya spirt lampası. (Qurğuşun-asetat və kalium yodid məhlulu həcmi 250 ml olan Erlenmeyer kolbasında hazırlanır). Kolbaları sacayağın üstünə qoyub lampaları yandırmalı və məhlulları qaynayana qədər qızdırmaq lazımdır. Kolbanın üzərini örtmək şərti ilə qaynayan məhlulları boş 500 ml-lik Erlenmeyer kolbasına tökmək lazımdır. Dəsmalı kolbanın üzərindən götürüb baxdıqda həqiqətən kolbanın içinin xırda qızıla oxşar pulcuqlarla dolu olduğunu görmək olar. Bu pulcuqlar günəş şüasında daha çox parıldayır. Onu isti suya tökdükdə həll olur. Reaksiyanın tənliyi belədir:
Pb(CH3COO)2 + 2KJ = 2CH3COOK + PBJ2
Qurğuşun 2-yodid qızıl kimi parıldayan pulcuqdan ibarətdir. Pulcuqların yığını kristallaşır.
 Похожее изображение
Kapitalist ölkələrdə çox vaxt adamları aldadıb soymaq məqsədilə elmin nailiyyətlərindən çox istifadə olunur. Londonda bir nəfər praktiki əhəmiyyəti olan bir kimyəvi prosesdən istifadə edərək sələmçini aldatmışdır. O zaman ingilisin verdiyi vekseldəki imza itirilmişdir. Kimyaçı bu təcrübəni aşağıdakı kimi aparır. Hazırlamalı: 1) yodun spirtdə məhlulu, 2) qatı nişasta məhlulu, 3) toyuq lələyi, 4) kağız. Yodu nişasta məhluluna tökür alınan tünd göy məhlul “mürəkkəb” adlanır. Lələyi “mürəkkəbə” batırıb kağız üzərinə bir şey yazmalı və qurumağını gözləməli. Yazı quruduqdan sonra kağızı götürüb silkələyir və ya ağ pambıqla silirlər. Onun üzərində heç bir iz qalmır.Картинки по запросу rezin
Oksigen bildiyimiz kimi canlı orqanizmlərin yaşaması üçün və cansızlarda oksidləşmə prosesinin getməsi üçün vacib elementdir. Lavuazye oksigeni “həyat” elementi adlandırmışdır. Lakin buna baxmayaraq oksigen canlılara öldürücü və cansızlara dağıdıcı təsir də göstərə bilir. Bunu aşağıdakı təcrübədə sübut etmək olar. Hazırlamalı: 1) Duar qablarında maye oksigen, 2) Kipp aparatı, 3) qatı xlorid turşusu, 4) nazik dəmir lövhə, 5) rezin top, 6) diri qurbağa, 7) çəkic, 8) ammonium-xlorid, 9) əhəng, 10) ağzında qaz aparan boru olan tıxac taxılmış sınaq şüşəsi, 11) iki kiçik balon. Dəmir lövhəni içərisində maye oksigen olan qaba maşa ilə salıb bir qədər saxladıqdan sonra çıxarmaq lazımdır. Çəkiclə zərbə vurduqda dəmir lövhə saxsı kimi sınıb xırda-xırda parçalara bölünür. O, biri təcrübələri də bunun kimi aparırlar. Onlar da şüşə kimi sınıb xırdalanır.Картинки по запросу quru buz
Quru buzun istifadə sahələrini bilməyən adam tapılmaz. Quru buz salafan paçkalarda, tibbdə, donmuş ərzaq məhsullarının daşınmasında, isti havada soyuq su əldə etmək üçün və s. istifadə edilir. Quru buzu almaq üçün götürülmüş xlorid turşusunda mərmər və ya əhəng daşının həll olması nəticəsində karbon qazı ayrılır və ayrılmış qazı balona toplayıb maye oksigenin içərisinə salmaqla “quru buz” alınır.
Maye amonyak yüksək dielektrik xüsusiyyətinə malikdir. Duzlar üçün həlledici, hətta qələvi metallarını da həll etməsi və  belə halda heç bir kimyəvi reaksiyanın getməməsi çox maraqlıdır. Maye amonyakı almaq üçün aşağıdakı təcrübəni aparmaq lazımdır.
AlN3 + 3HOH = NH3↑ + Al(OH)3↓
və ya
CaCN2 + 3HOH = ↓CaCO3 + 2NH3↑
Təmiz amonyak sınaq şüşəsində alınıb ağzı aşağı çevrilmiş balona topladıqdan sonra, onu maye oksigenin içərisinə salmaqla maye amonyak almaq olar.Похожее изображение

Boş çini həvəngdəstənin sürtülməsi nəticəsində partlayış alınması heyranedicidir. Bunun üçün aşağıdakı ləvazimatları götürüb təcrübəni aparmaqla partlayışın sirrini açmaq olar. Hazırlamalı: 1) Bertole duzu, 2) kükürd tozu, 3) həvəngdəstə. Bertole duzu və kükürdü çini həvəngə töküb qarışdırır, dəstəklə ehmal sürtərək onu həvəngin içinə yayıb yapışdırır. Dəstəyin köməyi ilə ilk baxışdan boş görünən çini qabı sürtdükdə partlayış əmələ gəlir.
Od nəinki yanma prosesini, hətta mirzəlik vəzifəsini də daşıya bilər. Bunu sübut etmək üçün aşağıdakı təcrübəni aparmaq lazımdır. Hazırlamalı: 1) zəif sulfat turşusu məhlulu və bu məhlul ilə yazılmış kağız, 2) dəmir tənəkə və ya hər hansı qızdırılmış mühit. Sulfat turşusu məhlulu ilə yazılmış kağızda heç bir iy, iz olmur. Lakin qatı məhlul olduqda sarı rəng verir. Bunun qarşısını almaq üçün məhlul çox durulaşdırılmalıdır. Yazılmış kağızı quruduqdan sonra qızmış tənəkənin üstündə tutduqda kağız üzərində yazılmış hərflər bir-bir üzə çıxmağa başlayır. Buna səbəb sulfat turşusunda olan kükürdün yanmasıdır. Kağız üzərindəki qara yazılara kükürd yandıqda əmələ gəlir, ağ kağız özü də yanır. Kağızı ovduqda hərf olan yerlər ovulub tökülür.
Картинки по запросу şam şəkilləri

Adətən yanan əşyaları üfləyərək söndürmək olduğu halda kimyaçının aldığı şamı isə söndürmək mümkün olmur. Belə möcüzəli şamdan küləkli havada istifadə etmək olar. Bu şam aşağıdakı kimi alınır: Hazırlamalı: 1) mum, 2) neft, 3) kükürd, 4) piltə, 5) kibrit. Şamı almaq üçün bərabər miqdarda götürülən və bir qədər də neft əlavə olunan kükürdlə mumun qarışığından istifadə edilir.
Qədim zamanlarda insanlar məşəllərdən istifadə edirdilər. O zamanlar nə cib fənərləri, nə şam, nə də neft lampası var idi. Məşəllərdən isə yağışlı havada istifadə olunmurdu. Yağış onları söndürürdü. Kimyanın köməyi ilə kimyagər yağışda sönməyən məşəl almağa qadirdir. Hazırlamalı: 1) kükürd, 2) neft, 3) kamfora, 4) ağac çubuğunun ucuna sarınmış yoğun piltə və bu piltəni əvvəlcədən kalium-nitrat məhlulu içərisində qaynadılmalı, sonra yaxşı qurudularaq üstünə mum əridib tökülməlidir. Piltə sarınmış çubuğun ucunu neftdə isladıb yandırdıqdan sonra heç bir yağış ona təsir edib söndürə bilməz. Yanan məşəlin üstünə su çilədikdə o sönmür.
Kimya laboratoriyasında sirli məktubların yazılması və ondan kənarda istifadə edilməsi kimya həvəskarları üçün çox maraqlı təcrübə olardı. Hazırlamalı: 1) fenolftalein, 2) spirt, 3) pero, 4) ağ kağız, 5) qələvi məhlulu, 6) lampa. Fenolftaleinin spirtli məhlulundan istifadə edərək adi pero ilə yazılmış məktubda spirt quruduqdan sonra heç bir iz qalmır. Kağızı zəif qələvi məhluluna saldıqda isə çəhrayı rəngli yazılar alınır.Картинки по запросу alov
Atəşin mirzəlik etməsi ilə yanaşı rəssamlıq etməsi də maraqlıdır. Kalium-nitratın köməyilə gedən bu reaksiyadan nəinki əyləncə məqsədilə, həm də müxtəlif partlayıcı obyektlərdə də istifadə etmək olar. Məsələn: kalium-nitrat tökülmüş yerin bir ucuna od vurduqda, yanğın sahənin axırına kimi gedib çatır. Hazırlamalı: 1) ağ kağız parçası, 2) kalium-nitrat məhlulu, 3)qaz lələyi, 4) karandaş, 5) ucu şiş kibrit çöpü. Ağ kağız üzərində uclu lələk vasitəsilə elə şəkillər çəkilir ki, (kalium-nitrat məhlulundan kraska kimi istifadə olunur) məhlulun kağız üzərində buraxdığı iz heç bir yerdə qırılmasın. Sonra şəkilin başlanğıc nöqtəsinə karandaş vasitəsilə qara nöqtə qoyulur. Şəkil quruduqda heç bir iz görünmür., bircə qara nöqtədən başqa, çöpün ucunu köz edib qara nöqtəyə toxundurduqda “atəş” yavaş-yavaş hərəkət edərək çəkilmiş şəkli eyni ilə təkrar edir. Məhlul duru olduqda reaksiya yavaş, qatı olduqda isə sürətlə gedir.
Barıtın meydana çıxması ilə yanaşı orduda soyuq silahın getdikcə azalmasına və əksinə odlu silahın artmasına səbəb olmuşdur. İlk barıt tüstülü olmuşdur. D.İ.Mendeleyev tüstüsüz barıtı kəşf edənə qədər bütün ordular tüstülü barıtdan istifadə etmişlər. Hələ indi də bəzi ovçular ondan istifadə etdiyi üçün “Ovçu barıtı” adlanır. Qara barıt necə alınır? Bunu aşagıdakı təcrübənin köməyilə aydınlaşdırmaq olar. Hazırlamalı: 1) kükürd, 2) kalium-nitrat, 3) çini həvəngdəstə, 4) ağac kömürü, 5) giliz. 20 q kalium-nitrat, 6 q təmiz kükürd və 6 q ağac kömürünü çini həvəngdə əzərək gilizə doldurur. Gilizin ağzına pambıq qoyub, üstündən “Mendeleyev zamaskası” çəkilir. Qızdırılma nəticəsində nitratlar parçalanır, alınan oksigen nitrat məhluluna salınmış kükürdü, kömürü yandırır, tüstü əmələ gəlir və alınan karbon qazının, azotun həcmi götürülmüş barıtın həcmindən dəfələrlə artıq olduğundan bu qazlar xaricə çıxmaq üçün özlərinə yol açır və gurultu alınır. Kalium-sulfid isə yanığı təşkil edir və xarakter iy verir. Bu reaksiyanın tənliyi belədir.
     2KHO3 + S + 3C = K2S + N2 + 3CO2Картинки по запросу buz

Əgər quru qırmızı fosfor və Bertole duzunun qarışığını kağızdan düzəldilmiş pistonlara doldurub azca təsir göstərsən partlayış əmələ gələr. Bundan əyləncə kimi istifadə etmək məqsədi ilə şənliklərdə, kimya gecələrində gəzilən döşəməyə tökülür. Döşəmə rəngində olan pistonlar nəzərə çarpmadığı üçün onu tapdaladıqda gurultulu partlayış əmələ gəlir.
Əgər quru qırmızı fosfor və Bertole duzunun qarışığını kağızdan düzəldilmiş pistonlara doldurub azca təsir göstərsən partlayış əmələ gələr. Bundan əyləncə kimi istifadə etmək məqsədi ilə şənliklərdə, kimya gecələrində gəzilən döşəməyə tökülür. Döşəmə rəngində olan pistonlar nəzərə çarpmadığı üçün onu tapdaladıqda gurultulu partlayış əmələ gəlir.
Vaxtı ilə kilsələrdə şamların öz-özünə yandığını iddia etməklə, insanları bu hadisəyə bir möcüzə kimi baxmağa, ilahi qüvvəyə səcdə etməyə, kilsə və məscidlərdə böyük qurbanlar verməyə vadar edən kahinlər az olmamışdır. Belə mövhumi fikirləri aramızda yayanlar hələ də var. Kimyaçı bu məsələnin həllində heç bir çətinlik çəkmədən cavab verə bilər. Hazırlamalı: 1) 3 şam, 2) cib bıçağı, 3) qılınc, 4) iynə, 5) karbon-sulfiddə ağ fosfor məhlulu, 6) Bertole duzu, 7) kibrit, 8) qaz və ya spirt lampası.  Şamın piltəsinə fosfor qoyulur və ucu qızmış qılıncı ona vurduqda alışıb yanır. Şamı söndürüb ucunda fosfor olan bıçağı  isti piltəyə toxundurduqda şam yanır. Şamı söndürüb yenidən yandırmaq üçün fosfora ucu batırılmış iynəni isti piltəyə yaxınlaşdırdıqda yenidən yanma baş verir. Daha bir variantı da vardır ki, karbon sulfiddə ağ fosfor məhluluna Bertole duzu əlavə edib şamın piltəsinə vurduqda 30-40 dəqiqədən sonra karbon-sulfidin buxarlanıb uçması və onda həll olan xırda fosfor hissəciklərinin öz-özünə yanması nəticəsində şam da alışıb yanır.
a) Hazırlamalı: 1) maye şüşə (natrium-silikat), 2) sarı qan duzu, 3) mis (II)-sulfat kristalları, 4) dəmir (II)-sulfat kristalları, 5) nikel (II)-sulfat kristalları, 6) kobalt-nitrat kristalları, 7) şüşə banka. Adətən bitki toxumunu əkdikdən sonra günlərlə, həftələrlə gözləyirsən ki, cücərsin. Lakin kimyaçı hər kəsin gözü qarşısında müxtəlif toxumları əkib cücərdə bilər. Bunu torpağa deyil, maye içərisində əkmək lazımdır. Bunun üçün bankadakı maye şüşənin içərisinə CuSO4, FeSO4, NiSO4, Co(NO3)2 kristalları və sarı qan duzu kristalları atmaq lazımdır. Çox çəkmədən bankada müxtəlif rəngli bitkilər: ot, ağac növləri cücərir. Bu proses necə gedir: - Əvvəlcə bilməliyik ki, maye şüşə necə alınır. Bunun üçün silisium 4-oksidin nitrium-hidroksidlə reaksiyası nəticəsində alınan ərintini həll etmək yolu ilə: 
SiO2 + 2NaOH = Na2SiO3 + H2O
Maye şüşəyə atılan müxtəlif ağır metal duzlarının kristalları dərhal həmin metal silikatının nazik pərdəsi ilə örtülür. Bu pərdə yarımsızdırıcı olduğu üçün onun içinə geçən su kristalın bir qismini həll edir və içəridən pərdəyə təzyiq göstərir. Pərdə bir yerindən cırılır, ağır metalın həll olmuş duzu xaricə çıxır və dərhal silikat pərdəsilə örtülür. Bu proses davam etdikcə maye içinə salınmış kristal müxtəlif şəkildə böyüyür. Mis 2-sulfat kristalı qara və əyri budaqlı ağac şəklində, nikel-sulfat isə parlaq yaşıl duz gövdələr şəklinə düşür. Kobalt-nitrat maye şüşədə sürünən göy 
bitkilər, sarı qan duzu isə alçaq “ot” şəklində, dəmir 2-sulfat  kristalları isə mavi “ot” şəklində böyüyür.
Na2SiO3 + CuSO4 = Na2SO4 + CuSiO3,
Na2SiO3 + FeSO4 = Na2SO4 + FeSiO3,
Na2SiO3 + NiSO4 = Na2SO4 + NiSiO3,
Na2SiO3 + Co(NO3)2 = 2NaNO3 + CoSiO3.
b) Hazırlamalı: 1) akvarium və ya hər hansı iri bir şüşə qab, 2) maye şüşə, 3) mis 2-sulfat, 4) kalium-permanqanat-marqanest, 5) kalium-bixromat, 6) kalium-sulfat, 7) qurğuşun 2-asetat. Akvariuma 1:3 nisbətində durulaşdırılmış “maye şüşə” tökür və üzərinə mis 2-sulfat, qurğuşun 2-asetat, kalium-permanqanat, kalium-bixromat, kalium-sulfat kristalları əlavə edir. Akvariumda müxtəlif rəngli “ağaclar cücərməyə başlayır”. v) Hazırlamalı: 1) etil spirti , 2) gümüş tozu, 3) civə, 4) tıxac, 5) su, 6) 0,5 l-lik butulka. Etil spirtində 0,5 q gümüş tozu ilə civə həll edilir. Alınan məhlul içərisində 200 ml təmiz su olan dar boğazlı 0,5 l-lik butulkaya tökülür və tıxacla ağzı bağlanır. İki-üç dəqiqədən sonra butulkanın dibində yaşıl bitkinin cücərdiyi aydın görünür. q) Hazırlamalı: 1) kimyəvi stəkan, 2) “fransız ağac sirkəsi”,
3) qatı nitrat turşusu. Bu təcrübə zamanı yuxarıdakı təcrübələrdə alınan ağac və otlardan fərqli olaraq göbələk almaq mümkündür. Bunun üçün kimyəvi stəkana 17 ml qatı nitrat turşusu tökərək, üzərinə bərabər miqdarda “fransız ağac sirkəsi” əlavə etmək lazımdır. Bu iki maddə arasında gedən kimyəvi reaksiya nəticəsində stəkan tüstü ilə dolur və tüstünün içində “göbələyin” əmələ gəldiyi görünür.
 Картинки по запросу gümüş
Hazırlamalı: 1) pambıq, 2) su, 3) civə 2-nitrat, 4) xlorid turşusu, 5) mis pul, 6) gümüş nitrat məhlulu (civə 2-nitrat olmasa, qatı nitrat turşusunda civəni həll edərək su ilə durulaşdırmaq lazımdır). Əvvəlki təcrübələrin birində sudan “qızıl” almağın üsulu göstərilmişdir. Bu təcrübədə isə misin “gümüşə” çevrilməsini öyrənməklə Molla İbrahim Xəlil kimyagər kimilərinin fırıldaqlarını yaxşıca ifşa etmək olar. Bunun üçün misi xlorid turşusunun içərisinə salıb çıxarır və ikinci maye-civə 2 nitrat məhluluna batırırlar. Mis pulun üzəri civə təbəqəsi ilə örtülərək “gümüş” pula çevrilir. Lakin pulu ələ götürdükdə ehtiyatlı olmaq lazımdır: çünki civə və onun birləşmələri zəhərlidir. Əlləri heç bir şeyə vurmadan yumaq lazımdır.
Ag(NO3)2 + Cu = Cu(NO3)2 + Ag

a) Hazırlamalı: 1) ağac çöp, 2) kibrit, 3) bir çini kasa, 4) civə radonid, 5) qurğuşun vərəqə (adi çay bükülən vərəqə). Keçmiş zamanlarda Misir fironları adamları qorxutmaq üçün aparılacaq təcrübədən vaxtilə bir möcüzə kimi istifadə etmişlər. Bunun üçün qurğuşun vərəqəyə bir neçə parça civə-radonid qoyub çöpə sarımalı. Alışan çubuğu tənəkə parçası üzərinə qoyub bir ucunu yandırır. Çubuq fışıltı ilə “ilana” çevrilir. Rəvayətə görə güya Musa peyğəmbər də öz peyğəmbərliyini isbat etmək üçün əlindəki kiçik əsanı yandırıb düşmən ordusunun qabağına atmış, əsa dərhal çevrilib müdhiş bir ilan olmuş və ordu nəfərləri bundan qorxuya düşərək Musaya iman gətirmişlər. b) İkinci bir təcrübədə isə “boş” çini butanın içinə od toxundurmaqla oradan ilanlar çıxarmaq mümkündür. Bunun üçün çini butanın içinə əvvəlcədən civə radonid parçası qoyub üstünü ağ kağız parçası ilə örtüb yapışdırmaq lazımdır. Butanı çevirdikdə içərisi “boş” görünür. Kağızı yandırdıqda civə-rodanid də yanır və fışıltı ilə butanın içindən “ilanlar” çıxır.
Hazırlamalı: 1) kamfora, 2) spirt, 3) perqament kağızı, 4)qayçı, 5) kibrit. Bildiyimiz kimi təbiətdə müxtəlif ilan növləri yaşayır. Tanıdığımız ilan növləri ilə yanaşı “uçan ilanlar” da vardır. Bu ilanlar Zond adalarında yaşayırlar, onları hamadrid adlandırırlar. “Uçan ilanlar” 6-10 m hündürlüyə, 40-45 m uzunluğuna və daha artıq atıla bilir. Təbiətdə olan belə bir qüdrətin müəyyən bir qismi kimyaçıya da məxsusdur. Məsələn: Kimyaçı da kimyanın köməyi ilə, “uçan ilan” yarada bilər: Bunun üçün perqament kağızından 1 m uzunluğunda və 1 sm enində lent kəsib kamfora ilə spirtin qırışığında 10-15 dəqiqə saxlayır. (Qarışığı hazırlamaq üçün kolbaya 50 q kamfora və 50 ml etil spirti tökülür. Bu qarışıq təcrübədən 2-3 saat əvvəl hazırlanmalıdır). Perqament lentini qarışıqdan çıxarıb havada qurudur. Otağın pəncərəsini açaraq perqament lentini yandırıb havaya buraxdıqda od siçan “ilan” uçmağa başlayır.
Akvarel hazırlığı

Köhnə kitablarda tez-tez ekzotik rəngləyici adlara rast gəlirik: qırmızı sandal, kversitron, karmin, sepiya, kampeş və ya bakkam ağacı və s. Bu cür rəngləyicilərdən hətta bu günlərdə də,əksərən rəssamlıq sahəsində istifadə edilən rənglərin hazırlanmasında tətbiq edilir.Təbbi rənglləyicilər parlaq rəngə malik olub bitki və heyvanlardan əldə edildiyinə görə onların hazırlanması olduqca baha və çətindir.Amma buna baxmayaraq bu rənglər parlaq,dayanıqlı,istiyə və işığa davamlı olurlar. Təbii rəngləyiciləri ekzotik bitkilərdən əldə edə bilməsəkdə bizim relyefe uyğun bitkilərdən ev şəraitində hazırlaya bilərik, parlaq rənglər almasaqda sınamaq olar). Bitkilərdən rəngləyici , onlardan isə suda həll olan boya almağa çalışaq.Bu boyalar akvarel adı ilə məşhurdur. Bütün rəngləyiciləri eyni qayda ilə hazırlamaq olar: bitkini və ya onun hər hansı bir hissəsini xırda hissələrə ayırıb suda qaynatmaq lazımdır.Bu proses qatı məhlul alınadək davam etdirilir.Suda həll olan rəngləyici almağımız lazım olduğundan aldığımız məhluldan quru qalıq ayırmağımıza ehtiyac yoxdur.Unutmayaq: rəngləyiciləri qırılması və ya qoparılması icazə verilən və zəhərli olmayan bitkilərdən hazırlamalıyıq!Hansı bitkilərdən hansı rəngləyici ala biləcəyimizlə tanış olaq( tanış olmayan bitki adları haqqında məlumatı biologiya müəlliminizdən və ya internetdə axtarışla əldə edə bilərsiz):
Qırmızı rəng-bağayarpağı,hypericum,qızılağac,turşəng kökündən və s.
Göy rəng- nardgülü(devyasila),hezaren çiçəyi(larkspur),düyünotu çiçək və köklərindən və s.
Yaşıl rəng-yonca yarpaqları və s.
Sarı-fındıq kökü,ağtikan kökü,yarpağı,meyvəsi,Galium çiçəyi ,zirinc meyvəsi və s.
Qəhvəyi çalarlar- soğan qabığı və s.
Bənövşəyi-qaragilə və böyürtkən meyvələri və s.
Akvarel boyalarının hazırlanması üçün aşağıdakı komponentlər qarışdırılmalıdır:
Rəngləyici,su,rəngi kağıza möhkəmləndirmək üçün ərəb saqqızı və ya taxta yapışqanı, rəng axmasının qarşısını almaq üçün bal,bəhməz və ya qliserin, rəngləyicilərimiz təbii olduğundan mikroorqanizmlərdən qorunmaq üçün antiseptik və dezinfeksiyaedici maddə.

Çay ilə təcrübə

Çayın tərkibindən həyat tonusumuzu artıran və bizi gümrahlaşdıran maddəni ayıraq.Bu maddə əlbətdə kofeinidr.Əlbət bu maddə qəhvə dənəciklərində daha çoxdur.Çayın tərkibində tonusedici maddələr çoxdur: vitaminlər,efir yağları və s. Amma onların hamısını alkaloidlər sinifinə məxsus olan kofein qabaqlayır.
Təcrübə üçün bizə stəkan formalı farfor və metallik qab lazım olacaq. Bu qabın daxilinə 1 çay qaşığı miqdarında xırdalanmış qara çay töküb üzərinə 2 q aptekdən ala biləcəyiniz maqnezium oksid əlavə edin.İki maddəni qarışdırıb kəskin yanmayan alov üzərinə qoyun. Qabın ağzını isə içərisində soyuq su olan farfor qab və ya mürəbbə nəlbəkisi qoyun. MgO iştirakında kofein buxar formasında qovulacaq və yuxarı səthdə soyuq temperaturun olması səbəbiylə kristallara çevriləcək.Nəlbəkinin dibinə diqqətlə baxsaq rəngsiz kristalların formalaşdığını görərsiniz. Qızdırılmanı dayandırıb əmələ gəlmiş kristalları qopararaq təmiz qaba keçirin. Bəs əmələ gələn kristalların kofeinə aid olduğuna necə əmin ola bilərik? Bunun üçün bizə kofeinin keyfiyyət təyini reaksiyası lazım olacaq. Bir neçə kristalı keramik və ya farfor səth üzərinə qoyun(kafel hissəsi də ola bilər) və üzərinə 1-2 damcı qatılaşdırılmış nitrat turşusu əlavə edin.(Turşu ilə işlərkən olduqca ehtiyyatlı olun,təhlükəsizlik qaydaları ilə prosesdən qabaq tanış olun,turş mühiti sonra neytallaşdırmağı unutmayın.) Səthi quru hala keçənədək qızdırın.Bu proses zamanı kofein oksidləşərək gözəçarpan narıncı rəngli amalin turşusuna(C4H4N2
О4) çevriləcəkdir.


Alovsuz tüstü

Atalar sözünə görə od olmayan yerdən tüstü çıxmamalıdır.Amma kimyada bununun mümkünlüyünü müşahidə etmiş olarıq.Gəlin təcrübəyə nəzər salaq:
Kimyəvi stəkanı ilk növbədə yüksək qatılıqlı xlorid turşusu ilə,daha sonra isə naşatır spirti ilə yaxalayıb stəkanın ağzını petri nəlbəkisi və ya hər hansı şüşə səthlə örtün.Tezliklə stəkanda ag tüstü əmələ gəldiyini müşahidə edəcəksiniz. 
Tüstünü əmələ gətirən xırda kristallar şəklində formalaşan ammonium xloriddir.

Sehirli yazı

Fantastik romanlarda görülməyən yazılar haqqında çox rast gəlinir və bu yazıları xüsusi seçilmiş qəhrəmanlar və ya sehirli sözlərin deyilməsilə üzə çıxdığının şahidi oluruq.Yəni gözlə görünməyən yazı gözlə görünən olur...əslində burda elə də bir sehirli bir şey yoxdu...
Bəzi rəngsiz maddələr istiliyin təsirilə rəngli birləşmələr əmələ gətirirlər.Belə maddələrə sadə misal olaraq limon və ya baş soğanın şirəsi ola bilər.Lələyi onlara batırın və ağ vərəq üzərində hər hansı bir söz qeyd edin,bu zaman heçnə görünməyəcək. Daha sonra həmin vərəqi plitə və ya açıq alov üzərinə tutun bu zaman mümkün qədər uzaq durun ki,vərəq alışmasın.Az müddət sonra vərəq üzərində yazı aydın görünəcəkdir.Belə bir təcrübə süd və ya durulaşdırılmış sirkə essensiyası ilə də pis alınmır.İndi istə təbii yox kimyəvi maddələrlə təcrübəyə baxaq:
Sınaq şüşəsinə çox az bıçaq ucunda ammonium-xlorid əlavə edib üzərinə çay qaşığı qədər su tökün.Lələyi şəffaf məhlula salıb vərəq üzərində nə isə yazın və ya şəkil çəkin.Vərəqin qurumasını gözləyib istiliyə tutun bir müddət sonra yazı və ya şəkil aydın görünəcəkdir.
Eyni təcrübə CoCl2 məhlulu ilə də parıla bilrə bu zaman qızma zamanı yazı mavi rəngdə görünəcək,bu təcrübədə qızdırmanı aparmadan sadəcə asetonlu pambıqla vərəqi silməklədə eyni nəticəni əldə etmək olar,bu aseton ilə təyin reksiyasının göy rəng verməsilə izah edilir.

Ekstraksiya ilə tanışlıq

Bunun üçün 1 əl içi qədər qoz və günəbaxan tumu (sözsüzki təmizlənmiş) xırdalayıb qaba tökürük və üzərinə tam islanmayadək benzin əlavə edilir.Bu zaman ətrafda alov və ya alışdırıcıların olmamasına diqqət edirik çünki benzin yanğın təhlükəli maddədir. Sınaq qabını çalxalayıb 2 saat ərzində saxlayırıq bu zaman ara-sıra çalxalamağı unutmayın.Daha sonra məhlulu boşqaba keçirib iki açıq pəncərə arasına hava axını olan məkanda qoyun.Bir müddət sonra benzinin uçduğunu və qabın dibində az miqdar yağın alınmasını müşahidə etmiş olacağıq.Nəticə olaraq ekstraksiya yolu ilə toxumlardan yağ almış olduq.) Bu yağın benzində yaxşı həll olması sayəsində baş verdi. Bu uslla başqa toxumlardan da yağ almaq olar.
Diqqət: alınmış yağı daxilə qəbul etməyin!!!
Başqa bir sınaq yarpaqlarladır.Bunun üçün bizə su hamamı və qalın divarlı stəkan lazım olacaq. Hər hansı bir bitkinin yeni yarpaqlarını stəkana yerləşdirin və üzərinə az miqdar durulaşdırılmış( faizi azaldılmış) spirt əlavə edin. Qaynar su götürüb daxilində stəkanı yerləşdirin. Bir müddət sonra yarpaqları pinset vasitəsi ilə çıxardın:yarpaqlar rəngsizləşmiş, məhlul isə zümrüdü yaşıl rəngə boyanmış olacaq.Beləliklə siz xlorifilin (yaşıl piqment) ekstraksiyasını həyata keçirmiş oldunuz.
P.S: yeyilən bitki yarpaqlarından istifadə edilərsə ekstraksiyadan əldə edilmiş rəngli məhluldan rəngləyici qida əlavəsi kimi ( krem və ya sous üçün rəngləyici ) istifadə edilə bilər.

Yod ilə maraqlı bir təcrübə

Aptekdən əldə etdiyimiz yod məhlulunun bir hissəsini şüşə qaba keçirib üzərinə elə həmin miqdarda su əlavə edirik.Daha sonra kartof götürüb halqavari şəkildə kəsimlər edirik.Təzə kəsilmiş hissəyə durulaşdırılmış yod məhlulundan 2-3 damcı üzərinə əlavə edin.Kartof hissəsi gözümüz qarşısında göyərəcəkdir.Kartof,eləcə də digər meyvə və tərəvəzlər müxtəlif və çoxlu maddələrdən təşkil olunmuşdur.Bəs hansı maddənin yod ilə reaksiyası kartofu göy rəngə boyadı?!
Nişasta göyərir.Adətən elə nişastanı kartofdan əldə edirlər.Əgər evdə nişasta(kraxmal) varsa 1 qaşıq nişastanı yarım stəkan soyuq suda həll edin və südəbənzər məhlul əldə etmiş olacaqsız.Oraya yod damcılatsaq “süd” göyərəcəkdir.Beləliklə nümunə daxilində nişasta təyini üçün yod məhlulundan istifadə etmək daha məqsədəuyğundur.

Başqa bir maraqlı təcrübə


Bunun üçün bizə etil spirti, su və qiymətli kağız lazımdır.İlk əvvəl 20 ml 50 faizli spirt məhlulu hazırlayırıq.Bunun üçün 9.6 ml spirt və 10.4 ml su tələb olunur.Hazırladığımız məhlulu boşqaba əlavə edib qiymətli kağızı daxilinə salırıq,fikir veririk ki, pul tam islanmış olsun.Bu proses bir dəqiqə davam etdirilir. Daha sonra qiymətli kağız tutqac (əlinizdən 20 sm uzaqda qalması üçün)vasitəsi tutulub alışqan ilə yandırılır.Gözləriniz qarşısında pul 2-3 saniyə alışacaq amma pul külə çevrilməyəcək.
İzahı: spirt su ilə qarışdırıldığı üçün pul eyni zamanda su ilə islanmış olur.Spirtin alışma temperaturu suyun buxarlanma temperaturundan az olduğu üçün spirt alışaraq yox olur amma su tam buxarlanmır və bu səbəbdən pulun özü yanmır və külə çevrilmir.
P.S: ilk sınaq zamanı az dəyərli qiymətli kağızdan istifadə etməyiniz məsləhət edilir)))Təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın

1 yorum:

  1. Sevgül Muradova15.03.2024 11:48

    Bu məqaləni oxumaq kimya müəllimi olaraq çox işimə yaradı. Zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm)

    YanıtlaSil