Neft haqqında

Картинки по запросу neftNeft (qədim akkad dilində "napatum", yəni iylənənalovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. 
Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlartsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azotoksigenkükürdlü birləşmələr və çox cüzi miqdarda dəmirnikelmis və vanadium metallarına da rast gəlinir.
O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhzulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır.Похожее изображение
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5-6 min metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000-3000 metr təşkil edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanırlar.
Fiziki xassələri
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220-330 q/mol həddindəir. Sıxlığı 0,65-1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831-0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir. Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə səciyyələndirilir.
Onun tərkibinə daxil olan bəzi komponentləri əvvəlcə atmosfer təzyiqində, sonra vakuumda 450—500 °С-də, bəzi hallarda isə 560—580 °С-də qaynadaraq ayrırırlar. Neftin donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C arasında dəyişir. Özüllüyü böyük həddə dəyişir (1,98 ilə 265,90 мм²/с arasında). Bu, neftin tərkibində olan yüngül fraksiyalardan asılı olur. Xüsusi istilik tutumu 1,7—2,1 кJ/(кq∙К); dielektrik ötürücülüyü 2,0—2,5; elektrik keçiriciliyi 2∙10-10 ilə 0,3∙10−18 Оm−1∙сm−1 arasında olur.Картинки по запросу neft
Kimyəvi tərkibi
Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu maye karbohidrogenlər (80—90 %) və azotluoksigenli və kükürdlü heteroatomlu üzvü birləşmələr (4—5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su ( maksiumum 10 %ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1—4000 mq/l və daha artıq), üzvü turşuların duzlarının məhlulu və s. də daxildir.
Karbohidrogen tərkibi
Neft əsasən parafinli (adi halda 30—35, bəzi hallarda 40—50%)və parafinsiz (25—75%) olmaqla iki qrupa bölünür. Az miqdarda aromatik birləşmələrə (aromatik karbohidrogenlər) malik olurlar.
Element tərkibi
Neftin tərkibinə karbohidrogenlərlə bərabər kükürdlü birləşmələr, mono və disulfidlərtioefenlər, və həmçinin politsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82—87,Н2 — 11—14,5, S — 0,01—6 (nadir hallarda 8-ə qədər), N — 0,001—1,8, O2 — 0,005—0,35 (nadir hallarda 1,2-yə qədər ) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabər V(10−5 — 10−2%), Ni(10−4-10−3%), Cl (2•10−2%-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.
Cədvəl 1. Müxtəlif neft yataqlarından hasil olunan neftin elementar tərkibi (% ilə))
Yataq
Sıxlılığı, q/sм3
С
Н
S
N
O
Kül
0,897
85,30
12,46
0,88
0,14
-
0,01
0,850
85,95
13,00
0,14
0,07
0,74
0,10
0,793
85,34
14,14
0,03
-
0,49
-
0,912
84,00
12,70
0,40
1,70
1,20
-

Похожее изображение
Neftin çıxarılması

Əgər neft yerin üst qatına yaxın yerləşirsə onda o sadə üsulla əldə edilə bilər. Dərinlikdə yerləşən laylara çatmaq üçün isə quyu qazılir və oraya borular salınır. Dənizdə nefti çıxarmaq üçün xüsusi qazma plarformalarının tətbiqi lazım gəlir.
Yer təkini qazmaq üçün qazma baltalarından istifadə edilir. Qazma baltası uzun, bir-birinə bağlanmış boruların uc hissəsinə bağlanılır. Əksər hallarda Qazma baltası bir-brinə nisbətən bucaq altında yerləşmiş 3 dişli konus formalı diyircəkdən ibarət olur. Belə baltalar nisbətən yumşaq süxurların keçilməsi üçün tətbiq edilir.
Başqa konstruksiyalarda hərəkətli hissələr olmur. Onların kəsici hissəsi almaz, kəsici keramika və ya bərk xəlitədən hazırlanır. Baltanı dəyişmək üçün bütün borular qazılmış quyudan yerin səthinə çıxarılmalıdır. Alətin dəyişilməsinin səbəbi onun sınması və ya kəsicilik qabiliyyətinin itməsi ola bilər. Qazma baltasi qırıldıqda əvvəlcə çalışırlar ki, qazma borularının daxilinə tutqac sallasınlar ki, sınmış hissəni xaric etsinlər.Похожее изображение
Balta poladdan hazırlanmış qazma boruları ilə birlikdə elektrik mühərriki vasitəsilə dəqiqədə 100 dövr sürətlə saat əqrəbi istiqamətində fırladılır. Qazma borularının soyudulması və əsasən də qazılmış suxur hissəciklərinin yerin səthinə qaldırmaq üçün xüsusi mayelərdən (əsasən gil məhlulundan) istifadə edirlər. Maye qazma boruları ilə quyuya vurulur, beləki, o, baltanın deşiklərindən çıxıb boru ilə quyu divarları arasında yaranan həlqəvi fəza ilə quyu ağzına doğru hərəkət edir. Süxur hissəciklərinin maye ilə quyu ağzina doğru hərəkətini təmin etmək üçün o, yüksək özlülüyə malik olmalıdır. Bu maye sudan, polimerdən və gil məhlulundan ibarət olur.
Müəyyən hallarda quyunu yatağa şaquli istiqamətdə deyil, ona müəyyən bucaq altında maili qazırlar. Bu cür quyu maili quyu adlanır. Maili quyuların qazılması üçün müasir texnika və texnologiya tətbiq olunur.
Adətən neft layda suxurların təzyiqi, yataqda olan fluidlərin və qazma zamanı quyuya vurulan maye tərəfindən yaradılan təzyiq altında yerləşir. Quyu ilk neftli-qazlı layı keçdikdə neft və ya qaz axını burğu ştanqasının yuxarı hissəsində yerləşdirilmiş xüsusi qurğunun köməyi ilə dayandırılır. Sonrakı qazmalarda neft adətən öz təzyiqi ilə xaric olunur. Neftin miqdarı azaldıqca quyuda da təzyiq aşağı düşür. Bu zaman nasoslardan istifadə edilir. Bu nasoslar mancanaqlar vasitəsilə hərəkətə gətirilir.
Azərbaycanda neftin tarixinə dair

Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.
İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
AZƏRBAYCAN neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
·        I mərhələ: 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhzullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.
·        II mərhələ: 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır.
Bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
·        III mərhələ: 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
·        IV mərhələ: 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. 1970-80-ci illərdə neft sənauyseində tətbi ediləcək tenikanın inkiaşı sayəsində dənizdən neft çıxarma prosesi genişlənir. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
·        V mərhələ: SSRİ dağıldıqdan sonra Azərbaycanda Neft hasilatı sahəsi yeni mərhələyə qədəm qoyur. Respublikada baş verən gərgin ictimai-siyasi proseslər ərəfəsində hökümət bir çox xarci investrorların Azərbaycana cəlb eilməsinə nail olur. 1994-cü il sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır.Картинки по запросу neft
Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (AmokoBPMakDermottYunokalARDNŞLUKoylStatoylEksonTürkiyə petrollarıPenzoylİtoçuRemkoDelta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Hal-hazırda bu müqaviləyə əsasən çalışan müəssisəslərlə bilrikdə əldə edilən neftin hesabına Azərbaycan bir dövlət kimi dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur.


Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla - heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.
Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub. Amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib. Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar. Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı: «Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır».

Bir başqa alim - italyan alimi P.S.Bekkone XVII əsrdə ingilis alimi V.Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ.Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin - dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. «Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması» tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: «Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır». Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P.J.Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi. 
Похожее изображение
Mütəxəssislər 1761-1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: «Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər». XIX əsrdə neftin mənşəyi haqqında əsasən M.V.Lomonosovun fikirləri qəbul olundu.
Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.
1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü.
D.Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Картинки по запросу neft

Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar.
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır.
Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub.
1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir. 
Похожее изображение
Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur.
Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.
Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək.

Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.
Bu gün də sini üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur.
Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır…
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.
Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.Картинки по запросу neft

Tarixi

Erkən tarixi

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir.[1] Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.[1]
XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır.[1] 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.[1]
XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir.[2]1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İranaOrta AsiyayaTürkiyəyə və Hindistanaaparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.[2]
1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.[2]

XIX əsr

1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır. Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.Картинки по запросу neft
1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdırDünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdirZavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır.[4] Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin TağıyevAğa Musa NağıyevŞəmsi ƏsədullayevMirzə ƏsədullayevAğabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər
Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi. Lakin ilkin olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda “Branobel” adlı ilk neft şirkətini təsis etdilər. 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi
1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli “Zərdüşt” paroxodu tikilib istifadəyə verilmişdir. 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır. 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q.V. Alekseyev, Bakıda (S.M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.
1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə YaponiyayaABŞ-a, İngiltərəyəHollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — "Maqdenbuq — Naftalan", "Drezden — Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftinin reklamı ilə əlaqədar Alman dermotoloqu Pol Gerson Unna 1903-cü ildə demişdir:
Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi. 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdiКартинки по запросу neft

XX əsr



Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.
1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır.[9] VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.
1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdıHəmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi. Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.
1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdıAzərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi. 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin. Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin
Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər. Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Hərnkarlar İttifaqı MK-nın sədr müavini M.E.Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdiBuna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A.Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər. Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladıПохожее изображение
1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№71) sənaye üsulu ilə neft alınmışdır. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdırEyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.
1929–1934-cu illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür. 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır
1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır. Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir. 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdırПохожее изображение

İkinci dünya müharibəsi

İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklr atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıld. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. 1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur. İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:Картинки по запросу neft
O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Marşal Konstantin Rokossovskidemişdi:
Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.Похожее изображение

Dəniz kəşfiyyatının başlanması

1946-cı ildə “Gürgan” yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulmuşdur. 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda “Dənizneftqazlayihə” Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki qurğuların layihələndirilməsinə başlanılmışdır. 1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki qurğular kompleksi tikilmişdir. 1955-ci ildə «Qum-dəniz» yatağının işlənilməsinə başlanmışdır.1954-1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır. Qurum 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.

Neft Daşları


1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqlar mənimsənilmişdir.
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.

1960 və 1980-ci illərdə offşor kəşfiyyatı

1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur. 1966-cı ildə "Kürsəngi" yatağının işlənilməsinə başlanmışdır.19701980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdir.Картинки по запросу neft
19701988-ci illərdə Azərbaycan neftçiləri ("Xəzərdənizneftqaz" İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır. 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanmışdır.1980-cı ildə «Günəşli» yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə "Çıraq" yatağı kəşf edilmişdir. 1987-ci ildə «Azəri» yatağı kəşf edilmişdir. 1988-ci ildə «8 Mart» yatağının işlənilməsinə başlanmışdır və "Kəpəz" yatağı aşkar edilmişdir.

Mədəniyyətdə


Azərbaycanda neft sənayesinə həsr olunmuş Azərbaycan manatı, 2010-cu il
Azərbaycanı dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət olmaqla yanaşı, zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül tapmasına təkan verib. 1921-ci ildə "Azərbaycan neft sənayesi" jurnalı nəşr olunmağa başlamışdır. Ölkənin neft sənayesi 1994-2001-ci illərdə tədavülə buraxılan manatlarda əks olunmuşdur. Neft sənayesinə və onun inkişafına həm də poçt markaları həsr olunmuşdur.

Ədəbiyyatda

Azərbaycan ədəbiyyatında ölkənin neftlə bağlılığına aid çoxlu tərifli və tənqidli ədəbi əsərlər həsr olunub. Tənqidli şeirlərdən Ramiz Rövşənin “Vətən”, Baba Pünhanın "Pulun göstərir" şeirlərini qeyd etmək olar.
Ramiz Heydərin "Mən Bakı neftçisiyəm" kitabı başdan-başa neftçiləri vəsf edir. Belə ki, o, "Qaradağ simfoniyası" poemasını yazmaq üçün bir neçə il Qaradağda, dəniz sahilində yaşamış, dəniz neft buruqlarında olmuş, neftçilərlə ünsiyyət bağlamış, onların həyatı və məişəti ilə yaxından maraqlanmışdır. R.Heydərin "Dalğalar qoynunda ucalan məzar"poeması (əsər Bayıl neft mədənlərində çalışan polşalı mühəndis Pavel Pototskiyə həsr olunub), "Neft - Vətənin sabahı", "Sahil ayağa qalxıb", "Amerikaya axır neftim", "Qocaman neftçi", "Dalğalar qoynundayıq", "Bir batan buruğun dərdi, məlalı", "Mən Xəzərdə şəhər gördüm", "Növbədən qayıdır fəhlələr", "Bakı buruqları Sibirə gəlib", "Bakının ən böyük buruğu", "Sən neft havasıyla nəfəs alırsan" və s. şeirləri neftçilərin həyatına, onların romantik aləminə həsr olunub.

Kinoda


Bakıda Pirs Brosnan BMW Z8 ilə Dünya kifayət deyil filminin çəkiliş zamanı
Azərbaycanda neft sənayesinin Azərbaycan kinematoqrafına güclü təsirini xüsusi qeyd etmək lazımdır. 1898-ci ildə fotoqraf Aleksandr Mişonun tərəfindən çəkilmiş Bibiheybətdə neft fontanı yanğını və 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı adlı kinosüjetlər Bakının neft şəhəri kimi tanınmasına töhfə olmaqla bərabər, həm də Azərbaycan kinematoqrafının yaranmasına zəmin idi.
Sonrakı illərdə də Bakı nefti yeni ekran əsərlərinə mövzu olmaqda davam edirdi. Sovet hakimiyyətinin ilk illərində fəhlələrin həmkarlar ittifaqlarının işindəki problemlər haqqında da filmlər çəkilirdi. 1924-cü ildə rejissor Aleksandr Litvinov bunu komediya janrında göstərdi. “Mədənçi-neftçi istirahətdə və müalicədə” filmində neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açılır. Artıq neft sənayesində olan konfliktlər kinematoqrafçılar üçün əsas mövzulardan biri idi. Litvinovun 1926-cı ildə çəkdiyi “Müxtəlif sahillərdə” detektiv-dramının süjeti də neft mədənlərində gərgin əməklə məşğul olan işçilərə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. O dövrdə Bakıda yerli və gəlmə mütəxəssislər arasında tez-tez münaqişələr yaranırdı. Məhz bu münaqişələr filmin əsasını təşkil edib.Картинки по запросу neft
XX əsrin 30-cu illərinin sonlarından başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb olunmağa başlandı. Yeni nəsil mütəxəssisləri ilə yaşlı neft ustaları arasında münasibətlər isə rəvan deyildi. Elə rəhbər dairələrdə də qocaman neftçilərə münasibət belə idi. Bu proseslər 1940-cı ildə rejissorlar Ağarza Quliyev və Qriqori Braginskinin birgə çəkdiyi “Yeni horizont” dramında canlanıb.
Neft sənayesi qurudan dənizə daşındıqca filmlərin mövzuları da onları "təqib" edirdi. 1950-ci illərinin sonlarından başlayaraq neft mövzusunda çəkilən filmlər dənizdə qazma işlərindən bəhs edirdi. Rejissor Ağarza Quliyevin 1956-cı ildə çəkdiyi "Qara daşlar" filmi neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələri əks etdirirdi.Bəzi filmlər isə Xəzərin ortasında salınmış Neft daşlarında yaşayıb işləyən neftçilərin əməyinə və məişətinə həsr olunurdu. “Möcüzələr adasında” dramında ömürlərini bu “ada”da keçirən adamların qarşılıqlı münasibətləri haqqında söhbət gedir.
1977-ci ildə isə neft mövzusuna rejissor Eldar Quliyev müraciət edir. Dram janrında olan “Sevinc buxtası” bədii film 1920-ci ildə Azərbaycanın sovetləşməsi zamanı neft maqnatlarının yeni hakimiyyətlə mübarizəsindən söz açır.1980-ci ildə Mirzağa Mirmövsümov İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin ikinci ekran variantını yazır. “Qızıl uçurum” adlı filmi Fikrət Əliyev çəkir. Filmdə natura səhnələrinin çəkilişi üçün 16 buruq qurulmuş və tonlarla neftdən istifadə edilmişdi. “Qızıl uçurum” filmi 1983-cü ildə XIV Ümumittifaq Kino Festivalında rejissor Fikrət Əliyevə “Uğurlu debütə görə” mükafatı qazandırıb.
Rejissor Murad İbrahimbəyovun çəkdiyi Neft filmi 2003-cü ildə Venesiya Film Festivalında ən yaxşı qısametrajlı film kimi görə film "Gümüş Şir" Mükafatını almışdır. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.
Azərbaycanın tarixində neftin rolu olan digər filmlərdən Qara qızılın qara üzüNeft kəşfiyyatçılarıNeft və milyonlar səltənətindəAltıncı hissHədəf Bakıdır, cizgi filmlərdən isə Şahzadə-qara qızılı qeyd etmək olar.Картинки по запросу neft

Təsviri incəsənətdə

"Vaxtada", Tahir Salahov, 1957-ci il
Azərbaycan təsviri incəsənətində neftin təsvirini şərti olaraq bir neçə dövrə bölmək olar: inqilabdan əvvəlki dövr, sovet dövrü və müasir dövr. Müvafiq olaraq müxtəlif dövrlərdə zamanın səciyyəvi xüsusiyyətlərini, habelə konkret zaman kəsiyində cəmiyyətdə mövcud olan tələbləri nəzərə alaraq bu mövzuya yanaşmaların da müxtəlif olduğunu müşahidə edə bilərik.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Salahovun 1960-cı illərdə yaratdığı əsərlər “sərt üslub” epitetinin tənqidinə səbəb olmuşdur. Rəssam bu dövrdə “Neftçi”, “Estakada”, “Neft Daşları”, “Neftçi portreti” yaratmışdır. Onun 1959-cu ildə yaradılmış “Neftçi” əsərində günəşdən dərisi mis rəngində olmuş qəhrəmanın ağzında al-qırmızı rəngli müştük modernist məzmunu üzə çıxarır. Tahir Salahov neftçilərə həsr etdiyi əsərlər barədə danışarkən:
Maral Rəhmanzadənin “Neft daşları” seriyasından olan “Bizim qonaqlar” qrafik işində rəssamın qeyri-adi, ekzotik və diqqətəlayiq bir yer kimi Neft daşlarına baş çəkən xarici nümayəndə heyətini təsvir etdiyinin şahidi oluruq. Yumşaqlıq çalarlarına gəlincə isə Səttar Bəhlulzadənin “Xəzər üzərində axşam şəfəqləri” adlı rəsm əsəri — kətan üzərində qüllələr və estakadalar günün ala-toran vaxtında, günəşin artıq qürub etdiyi, lakin qaranlığın hələ tam çökmədiyi dəqiqələrdə təsvir olunmuşdur.
Tofiq Cavadovun neft mövzusunda çəkdiyi rəsmlər formaları mübaliğəli şişirdərək rəngləri daha cəsarətlə daxil edir və parlaq ləkələrə və qara kontura üstünlük verir.Bu baxımdan onun işləri digər Azərbaycan rəssamlarının əsərlərindən daha çox Meksika monumentalistlərinin yaradıcılığı ilə uzlaşır. Onun “Neftçinin portreti” adlı əsəri təsvir üçün bir qədər təvazökar obyekt olmasına baxmayaraq (bütün kətan üzərində yalnız fəhlənin başı təsvir edilib), monumental işi xatırladır.Похожее изображение

Memarlıqda

Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Neft sənayesindən gəlirlər Azərbaycan Xalq Cümhuriyyəti zamanı Səadət SarayıAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kimi tikintisinə güclü təkan vermişdir. Müasir memarlıq nümunələrindən SOCAR Tower və Alov qüllələrini qeyd etmək olar
Ölkədə neftçilərin şərəfinə bir sıra yerlər adlandırılıb. Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçə, Neftçilər prospekti adını daşıyır. Bundan əlavə, Bakı metropolitenində Neftçilər metrostansiyası mövcuddur.

İdmanda

Azərbaycanda neft sənayesinin inkişafı ölkə idmanına da təsir göstərmişdir. 18 mart 1937-ci ildə neftçilər tərəfindən yaranan və Bakı şəhərini təmsil edən, Neftçi PFK Azərbaycanın ən məşhur və ən uğurlu peşəkar futbol klublarından biridir. Neftlə əlaqədar olan digər klublardan Azneftyağ Bakı və Neftqaz Bakını qeyd etmək olar. 2010-cu illərdə neftin ucuzlaşması, Azərbaycan futbolunda klubların azalmasına səbəb olmuşdur.

Musiqidə

Azərbaycanda neft sənayesi haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Rəşid Behbudovun repertuarında Tofiq Quliyevin "Neftçi mahnısı""Qaya" Vokal Kvartetinin "Neft daşları" mahnılarını qeyd etmək olar.

Təhsildə

Azərbaycanda neft sənayesinin inkişafı Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiAMEA Neft-Kimya Prosesləri İnstitutuBakı Ali Neft Məktəbi kimi təhsil ocaqlarının yaranmasında rol oynamışdır.Похожее изображение

7 yorum:

  1. Mənim dersimde neft yatafi haqqinda
    Melumat toplamam deyilmişdi ve sizin sayenizde yazdim çox sağolun 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌.

    YanıtlaSil
    Yanıtlar
    1. Başqa melumatiniz ve💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱👱

      Sil
  2. Başqa melumat????????????????????????

    YanıtlaSil
  3. Menim dersimde neft haqqında melumat elde edin demişti sizin sayenizde 5aldım çox sağ olun👍👋👏👏👏🙌

    YanıtlaSil