Gübrələr

Картинки по запросу gübrəGübrə - Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: l) tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; 2) tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; 3) tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; 4)torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr, 5) təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr.
    Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır.
Ölkəmizin əkinə yararlı torpaq ehtiyatı olduqca məhduddur. Torpağa ana torpaq deyirik. Ana doğma körpəsini döşündən süd verərək öz qoynunda bəslədiyi kimi torpaq da bizi yedizdirir, geyindirir və öz qoynunda böyüdür.
Yüksək məhsuldar bitkiləri qida maddələri tam təmin edə bilmir. Odur ki, torpaqda çatışmayan qida maddələri bübrələrin hesabına ödənilir. Gübrələri tətbiq edərkən torpaq analizlərinin nəticələrini və bitkinin tələbatını nəzərə almaq lazımdır. Gübrələr mineral və üzvü gübrələrdən ibarətdir. Mineral gübrələr zavodlarda istehsal olunur. Üzvü gübrələr isə təsərrüfatlarda əlavə məhsul kimi və ya sideratlar şəklində istehsal olunur.

Lakin bizlərdən bəziləri ana torpağa qarşı nankorluq edib ona ana kimi baxmır. Məhsuldar torpağa bütün insanlar hörmətlə yanaşmalıdırlar. Lakin bəzən hansısa bir «sahibkar» çox məhsuldar torpaq sahəsində tikinti işləri aparır və onunla fəxr edərək elə düşünür ki, o, xalqına töhfə verib. Əslində isə o, öz xalqına xəyanət edib. Məşhur torpaqşünas alim, akademik Həsən Əliyev məhsuldar torpağın bir qarışının da itməsinə qarşı mübarizə aparırdı. Belə hallarda o həyacan təbili çalmağı məsələhət görürdü. Bütün tikililər kənd təsərrüfatına yararlı olmayan torpaq sahələrində inşa olunmalıdır. Ona görə ki, hər bir qiymətli əşyadan qiymətli olan torpağın bir ovucunun əmələ gəlməsi üçün min illərlə vaxt tələb olunur. Onu süni şəkldə istehsal etmək mümkün deyil.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin qarşısında duran əsas məsələdir. Bu məsələnin həllində kənd təsərrüfatı bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro- və mikrogübrələrdən ibarətdirlər.
Mikrogübrələr tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, miss, molibden, sink, kobalt və s. kimi elementlər olan birləşmələrə deyilir. Mikroelementlər adından bəlli olduğu kimi bitkilərə az miqdarda lazım olsa da bitki həyatında onların böyük əhəmiyyəti vardır. Onlar bitki orqanizmmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayır. Makroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir.
Картинки по запросу gübrə
Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.
Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. 

Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.

Becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə torpaqdan kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30 sentner dən və ona müvafiq küləş məhsulu ilə torpqdan 110 kq azot, 40 kq fosfor və 70 kq kalium, 300 sentner kartof məhsulu 150 kq azot, 60 kq fosfor və 270 kq kalium aparır. . Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən deqradasiyaya uğrayır və münbitliyi azalır. 
Aqrokimya elminin banilərindən biri hesab edilən D. Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin nəticələri və dünya təcrübələrinin təhlilinə əsasən belə qərara gəlmişdir ki, məhsul gübrənin törəməsidir. Müəyyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur. Azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır.
Eyni zamanda qeyd etmək lazımdır ki, yuxarıdakı göstəricilər mineral gübrələrin orta potensial səmərəliliyini səciyyələndirir, belə ki, becərilən bitkilərin məhsuldarlığı konkret-iqlim şəraitindən, becərilən sortdan, aqrotexnikanın səviyyəsindən və s. asılıdır.
Похожее изображение
Əsas qida maddələri kimi azot, fosfor və kalium bitkilərin həyatında çox böyük əhəmiyyətə malikdir.
Azot bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və boyunun uzanmasına yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.
Fosfor bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına daha yaxşı təsir göstərməklə onun vegetasia müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin şəkərini, yağlı bitkilərin yağını, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini yüksəldir.
Bitkilərin kimyəvi tərkibinə kalium da təsir göstərir. Kalium bitkidə üzvi birləşmələrin tərkibinə daxil olmasa da, maddələr mübadiləsinə aktivləşdirici təsir göstərir. Kalium gübrəsi verdikdə bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir.

Gübrələrin bitki məhsulunun keyfiyyətinə təsirini buğdanın misalında daha aydın göstərmək olar. Belə ki, gübrələrin təsiri ilə buğdanın dən məhsulunu artırmaqla bərabər, dənin şüşəvariliyini, kleykavinanı, un çıxımını artırır, çörərəkbişirmə keyfiyyətitni yaxşılaşdırır.
Bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla mineral gübrələrin formaları, dozası, verilmə vaxtı, verilmə üsulu və digər aqrotexniki tədbirlərlə düzgün əlaqələndirilməsi gübrələrdən istifadənin iqtisadi səmrəliliyi yüksəlir. Xüsusilə bitkiləri vaxtında su ilə təmin etdikdə verilmiş gübrələrdən istifadə edilmə əmsalı yüksəlir və qida maddələri ilə normal qidalanma nəticəsində bitkilərin məhsuldarldığı da yüksəlir.
Yuxarıdakı məlumatlardan aydın olur ki, bol məhsul əldə edilməsində fosforlu gübrələrin rolu böyükdür. Bir şərtlə ki, onun verilmə müddəti, basdırılma dərinliyi və dozası düzgün müəyyənləşdirilsin.

Məlumdur ki, mineral gübrələr bitkilər tərəfindən yalnız məhlul şəkilində olduqda mənimsənilir. Bunun üçün kifayət qədər nəmliyin olması vacibdir. Azot suvarma və yağış suları vasitəsi ilə aşağı qatlara , yəni əsas kök sisteminin inkişaf etdiyi qatlara yuyula bildiyi halda, fosfor və kalium gübrələrinin miqrasiya etmək qabiliyyəti zəifdir. Odur ki, belə gübrələr bitkilərin kök sisteminin yayıldığı əsas qatlara tökülməlidir. Xüsusi ilə az rütubətli zonalarda fosfor və kalium gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyətə malikdir. Quraq zonada torpağın üst qatı çox quruduqdan sonra həmin qatda bitkinin kökünün əmici telləri ya əmələ gəlmir, ya da tez tələf olaraq fosfor və kaliumdan istifadə edə bilmir.
Картинки по запросу humus soil
10 sm-dən dayaz basdırılan fosforlu və kaliumlu gübrələrdən hətta rütubətli zonada da bitkilər tam istifadə edə bilmir. Ona görə ki, isti yay günlərində əkin qatının üst hissəsi tez quruyur, buradakı fosfor və kalium gübrələr bitkilər tərəfindən mənimsənilə bilmir. Lakin gələcək ildə dərin şum zamanı həmin gübrə alt qata düşməklə istifadə oluna bilər. Hər bir əkinçinin arzusu isə gübrəni torpağa verdiyi il məhsul artımı əldə etməkdir.
Mineral gübrələrin verilmə dozası torpaqda bitkilər üçün mənimsənilən formada olan qida maddəlrinin miqdarından və planlaşdırılan məhsuldarlıqdan asılıdır. Hər bir əkin sahəsi üçün torpaqda olan mütəhərrik fosfor və mübadiləvi kaliumun miqdarına görə tərtib olunmuş qida kartoqrammı 3-4 il ərzinqdə gübrələrin diferensial tətbiqi üçün kifayət qədər yaxşı vasitədir. Kartoqramın, həmçinin bitkilərin kimyəvi analizinin köməyi ilə onların azota, fosfora və kaliuma tələbatını dəqiqləşdirmək daha məqsədəuyğundur. Gübrələrin verilmə müddətlərinin onların səmərəli istifadə edilməsində böyük əhəmiyyətə malikdir.
Bitkilərə azot gübrəsinin illik normasının 20-30 faizini səpinqabağı becəmədə, yaxud səpinlə birlikdə, 70-80 faizin isə vegetasiya müddətində yemləmə şəklində verilir.
Azərbaycan torpaqlarının böyük əksəriyyəti karbonatlı olduğu üçün fosforlu gübrələri bedə torpaqlara verildikdə fosfor birləşmələri torpaqda dəmir, aliminum və s.birləşərək çətin həll olan formaya keçir və az mütəhərrik olur. Bu torpaqlarda fosfor gübrələrinin səmərəliliyini artırmaq üçün onların əsas gübrə kimi dərin şum altına verilməsi böyük əhəmiyyətə malikdir. Fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas gübrə kimi şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində yemləmə şəkilində verməklə dərin basdırmaq məsləhətdir.

Kalium gübrəsinin illik normasının yarısı əsas gübrə kimi şum altına, qalan hissəsini isə yemləmə şəklində vegetasiya müddətində vermək faydalıdır.
Gübrələrin faydalılığını hesablayarkən onun biləvasitə torpağa verildiyi ildə olan təsiri ilə yanaşı sonrakı illərdəki təsirini, məhsulun keyfiyyətinin yaxşılaşmasını, torpağın münbitliyinin artmasını da nəzərə almaq lazımdır.
Torpaq münbitliyinin artırılmasında, fiziki-kimyəvi xassələrinin yaxşılaşmasında, bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində üzvi gübrələrin, o cümlədən, peyinin əhəmiyyəti böyükdür. Üzvi gübrələrə peyin, peyin şirəsi, fekalii, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s. aiddir. Peyinin tərkibində 0,5 % azot, 0,25 % fosfor, 0,6 % kalium, bir çox makro-mikroelementlər vardır. Peyinin tətbiq edilməsi nəticəsində bitkilərin torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır. 20 ton peyinqin tərkibindəki qida maddələrinin miqdarı 3,0 sentner ammonium nitrata, 2,5 sentner superfosfata, 2,0 sentner kalium xloridə bərabərdir.

Peyin və digər üzvi gübrələr torpağı qida maddələri ilə zənginləşdirir, torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırır, suya davamlı struktr aqreqatlarının miqdarını yüksəldir, torpağın su-fiziki xüsusiyyətlərini, o cümlədən susaxlama, su və hava keçməni yaxşılaşdırır. Onun tərkibində olan və torpağda yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən formaya çevrilir. Peyinin ətrafında olan mikroblar üzvi maddələri parçalayaraq biləvasitə bitkinin kök sisteminin sorulma zonasında asan mənimsənilən qida maddələrinin miqdarını artırır və bütün vegetasiya boyu gübrənin səmərəli təsir müddətini uzadır.
Картинки по запросу humus
Peyin və digər üzvi gübrələrmineral gübrələrlə birlikdə tətbiq edildikdə onun səmərəsi daha yüksək olur. Belə ki, torpağa mineral gübrə verilərkən onda qida maddələrinin zərərli artımı müşahidə olunur. Bu zaman qida maddələrinin bir hissəsinin isə çətin həll olan formayasına keçməsinə, başqa sözlə, qida maddələrinin itkisinə səbəb olur. Peyinin mineral gübrələrlə birlikdə tətbiqi bu çatışmazlığı aradan qaldırır. 

Ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir.
Biohumusun tərkibində 16 % ümumi humus, 3.2 % ümumi azot, 2,2 % ümumi fosfor, 2 % ümümi kalium və digər zəruri makr-mikroelementlər vardır. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan təlabatın ödənilməsi ölkə rəhbərliyitnin, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir. Azəərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 22 sentyabr 2005-ci il tarixli 1019 nömrəli Sərəncamına əsasən dövlət büdcəsi vəsaiti hesabına pestisid və aqrokimyəvi maddələrin alınması və satıılması nəzərdə tutulmuşdur. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»na və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələr güzəştli qiymətlə, yəni, onun dəyərinin 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə satılır.

2011-ci ilin proqnoz əkinlərinə görə respublikada 960 min ton mineral gübrəyə o cümlədən 324 min ton azot, 490 min ton fosfor və 146 ton kalium gübrəsinə təlabat vardır. 2010-cu ildə respublikaya 49275,4 ton mineral gübrə, o cümlədən, 32982,1 ton azotlu, 39,7 ton fosforlu, 4637,0 ton kaliumlu, 11265,7 ton mürəkkəb gübrələr, 350,9 ton sair gübrələr idxal edilmişdir. Göründüyü kimi bu da ümumi tələbatın yalnız 5,1 %-ni təşkil edir.
Qeyd etmək lazımdır ki, gübrə torpağa yox, bitkiyə verilir. Ona görə də sahəyə verilən azot, fosfor və kalium gübrələri, daha doğrusu onların tərkibindəndəki təsiredici maddələrin (N, P2O5, K2O) nisbəti becərilən bitkinin tələbatına uyğun olmalıdır.
Lakin təəsüflə demək lazımdır ki, məhsulun əmələ gəlməsi üçün zəruri olan bu mühüm amil nəzərə alınmır. Sadə gübrələrdən istifadə edərkən bu nisbəti tənzimləmək asandır.

İdxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına uyğun deyil. Məsələn, ammofosun tərkibində 11-12 % azot, 50 % fosfor vardır ki, burada azotun fosfora nisbəti 1:5-dir. Bu da bitkilərin tələbatına uyğun deyil. Ona görə də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə gübrələrdlə tamamlamaq lazım gəlir.
Bir mühüm məsələdə diqqətdən qaçmamalıdır. Torpağın tərkibində ehtiyat formasında olan qida maddələrinin, başqa sözlə desək torpağın təbii münbitliyi hesabına və tətbiq edilən aqrotexniki tədbirlərin hesabına respublikada bəzi bitkilər üzrə ümumi məhsul yığımı yüksəkdir. Məsələn 2009-ci ildə dənli taxıl bitkilərinin ümumi məhsulu 2988,3 min ton, məhsuldarlıq 26,6 sentner olmuşdur. Bu miqdarda dən və buna münasib küləş məhsulu ilə torpaqdan xeyli miqdarda qida maddəsi çıxarılır. Torpağa isə çox az miqdarda qida maddəsi gübrə şəkilində qaytarılır. Nəticədə torpaqda qida maddələrinin balansı pozulur. Aparılmış uzun müddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, respublikamızın əkinə yararlı torpaqlarında əsas qida maddələri (azot, fosfor, kalium) balansı mənfidir. Onların defisiti yüksəkdir,yəni məhsulla torpaqdan çıxarılan miqdarı qida maddələrinin təbii dövranı və gübrə şəklində torpağa qaytarılan hissədən çoxdur. Bu da torpaq münbitliyinin ildən-ilə aşağı düşməsinə səbəb olur.

Gübrə təminatını yaxşılaşdırmaqla vahid əkin sahəsindən yüksək və keyfiyyətli məhsul götürmək, torpaqların münbitliyini bərpa etmək və yüksəltmək, istehsalın səmərəliliyini artırmaqla əhalinin sosial rifah halını yaxşılaşdırmaq, kənddə yoxsulluğu azaltmaq mümkündür.
Torpaq istifadəçiləri ilə aparılan sorğular və müşahidələr bir daha göstərir ki, onların əksərriyyətinin təsəvvüründə mineral gübrə dedikdə ammonium şorası (ammonium nitrat) başa düşülür. Fosfor və kalium gübrələrinə çox az əhəmiyyət verirlər. Bunun da bir çox subyektiv səbəbləri vardır. Peşə yönümündən asılı olmayaraq 867 min ailə torpaq pay almışdır və onlar təsərrüfatlarını idarə edirlər. Onların böyük əksəriyyəti ixtisas və peşəsinə görə kənd təsərrüfatı ilə əlaqəsi olmayan müəllim, həkim, mühəndis və digərləridir.
Похожее изображение
Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırırıq ki, bitki üçün bu gübrələrin hamısı eyni dərəcədə lazımdır, biri digərini əvəz edə bilməz. Gübrələrin hər hansı biri ilə birtərəfli gübrələməyə nisbətən onlardan birlikdə istifadə ollunduqda ən yüksək səmərə alınır.
   Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır.
   Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.

   Əkinçilikdə üzvü, mineral, bakterial və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur.
Картинки по запросу humus soil
   Üzvü gübrələrə peyin, peyin şirəsi, quş zılı, torf, müxtəlif bitki kompostları, şəhər təsərrüfatlarının üzvü tullantıları (çirkab suları, çirkab suların çöküntüləri, şəhər zibilləri), sapropel, yaşıl gübrə (sideratlar) aiddirlər. Üzvü gübrələrin təsiri 3-4 il və daha artıq müddətdə müsbət təsirini göstərir.
   Respublikanın bütün bölgələrində əsas üzvü gübrə peyindir. Peyin kənd təsərrüfatı heyvanlarının döşənəkli və döşənəksiz bərk və sulu ifrazat formasıdır. Döşənək - Peyinin zəruri tərkib hissəsi olmaqla onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Döşənəyin böyük zoogigiyenik və aqronomik əhəmiyyəti vardır. О heyvanlar üçün yumşaq, quru yataq əmələ gətirməklə yanaşı onların quru və bərk ifrazatlarını özündə saxlayır, pəyələrdəki zərərli qazları udur və peyin çıxımını artırır. Döşənəklə birlikdə peyinə əlavə qida maddələri daxil olur ki, bunlar da mikrobioloji proseslərin təsiri ilə bitkilərin daha yaxşı mənimsəyə biləcəyi formaya keçir. Döşənək üçün müxtəlif materiallardan о cümlədən küləş, torf, saman, xəzəl, iynəyarpaq, ağac kəpəyi və s. istifadə olunur. Küləş döşənəyi üzərində hazırlanan peyin küləşli peyin, torf döşənəyi üzərində hazırlanan peyin isə torflu peyin adlanır. Bəzi şərq ölkələrində döşənək üçün çürüntülü torpaqdan da geniş istifadə olunur. Bu cür peyinə torpaqlı peyin deyilir. Döşənək olmadıqda və уa çatışmadıqda pəyələrdə döşənəksiz peyininin tərkibində olan qidalı maddələrin xeyli hissəsi itir. Bu döşənəklərin heyvanın duru ifrazatlarını özlərinə müxtəlif səviyyədə hopdurma xüsusiyyətinə malikdir Peyinin tərkibində bitkiyə lazım olan bütün qida maddələri olduğu üçün onu tam gübrə adlandırmaq olar. Onun keyfiyyəti heyvanın növündən, yemin tərkibindən, döşənəyin keyfiyyət və kəmiyyətdən, yığılma və saxlanmasından asılıdır.
   Döşənəkli peyin - 25% quru, 75% su ilə təmin olunub. Orta hesabla belə peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% kalsium vardır.
   Peyin torpağa verildikdə torpaq mikroflorası faydalı bakteriya qrupları ilə zənginləşir.
   Atların və qoyunların peyinində mikrobioloji proseslərin tez getməsi nəticəsində üzvü maddələrin parçalanması nəticəsində yüksək miqdarda istilik alınır. Atlara nisbətən iri buynuzlu malların peyini daha nəm olduğu üçün onda parçalanma gec gedir.
   Peyinin saxlanması üsulu onun keyfiyyətini təyin edir. Əgər peyin boş yığılarsa ora çoxlu hava daxil olduğu üçün o tez parçalanır, çoxlu azot və üzvü maddələr itirir. Belə saxlanma üsul isti üsul adlanır.
   Əgər peyin iri tığlarla və kip yığılmışdırsa (eni 3-4 m, hündürlüyü 1,5 m ) onda peyinə hava daxil olması çətinləşir. Bu halda peyinin parçalanması tədricən gedir, azot və üzvü maddə itkisi az olur. Peyinin soyuq saxlaması üsulu daha səmərəlidir, bu təsərrüfatlarda geniş tətbiq olunur.
   Parçalanma dərəcəsinə görə peyin təzə, zəif parçalanmış, yarımyanmış, çox yanmış və çürümüş olur.

    Təzə peyin heyvandarlıq binalarından götürülür. Onu dərhal torpağa vermək olmaz, çünki, əks halda sahələrdə alaq otlar bitər və heyvanların epidemik xəstəlik törədiciləri geniş yayıla bilər. Onu peyin anbarına və ya sahələrə daşıyaraq iri tığlar şəklində yığırlar. İki və ya iki ay yarımdan sonra təzə peyin zəif parçalanmış olur. Onun tərkibindəki küləş öz rəngini və möhkəmliyini qismən saxlayır. Belə peyindən müxtəlif kompostların hazırlanmasında istifadə olunur. Tığda 3-4 ay müddətində kip şəkildə saxlandıqdan sonra yarımyanmış peyin alınır. Onun tərkibindəki samanın rəngi tünd qəhvəyi rəngli olub asanlıqla parçalanır. Belə peyinin çəkisi ilk çəkisinə nisbətən 15-30 % az olur: onun əsas əkini altına verirlər.
   Çox yanmış peyin qara rəngli,azca rütubətli, bircinsli kütlədir. Küləşin ayrı-ayrı hissələri tamamilə parçalanmışdır və bir-birindən seçilmirlər. İlk çəkisinə nisbətən itkisi 50 %-dir. Belə peyin, əgər payızda əsas gübrə verilməyibsə yazda müxtəlif bitkilər altında verilə bilər.
   Peyin uzun müddət saxlandıqdan sonra (bəzən bir neçə il müddətinə) çürümüş peyin alınır. O yumşaq, tökülən bircinsli kütlə olub, tünd rəngli, ilk çəkisini 75 %-ə qədərini itirmiş olur.
   Çürümüş peyinin tərkibindəki qiymətli üzvü maddələrin və azotun (20-25 %) xeyli hissəsi itmiş olur. Quru vəziyyətdə onun tərkibində 12 %, su və 88 % quru maddə vardır ki, onda azot 1,5 %; P2O5 -0,7-1,6%; K2O-1,5-2,8% arasında olur. Çürümüş peyindən bakterial və mikrogübrələr hazırlanaraq səpinlə birlikdə tətbiq olunması üçün istifadə olunur. 
Картинки по запросу torf
    Quş peyini — Bitki tərəfindən yaxşı mənimsənilən qida elementləri ilə zəngin və tez təsir edən üzvi gübrədir. Bu gübrənin tərkibində quşlara verilən qidanın keyfiyyətindən asılı olaraq 6%-ə qədər azot, 4,8%-ə qədər fosfor, 2,6%-ə qədər kalium ola bilər. Quş peyini torpağa əsas gübrə kimi şum altına və əlavə yemləmə kimi verilə bilər..
   Torpağa verildikdən sonra o növbəli əkində 4-5 il müddətində, yüksək dozalarda istifadə olunduqda isə xüsusilə gilli tornaqlarda 7 ilədək təsir göstərir.

   Torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün mineral gübrələrdən istifadə etmək lazım gəlir. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
    Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineralgübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium,maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdəbitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.
   Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələriəkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onırn bioloji dəyərinin aşağı düşməsinə səbəb olur.
   Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.
   Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir
    Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur
   Ammonyak şorası — azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir.Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralıda saxlamaq lazımdır.
   Sidik cövhəri — azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əksərən əlavə yemləmələrdə istifadə edilir, yaxşı olar ki, quru yerdə saxlanılsın.
   Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.
    Dənəvərləşdirilmiş ikiqat superfosfat — fosfor gübrəsidir, tərkibində 42-50% fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkənyazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir. 
Похожее изображение
   Presipitat — fosfor gübrəsidir, tərkibində 38% fosfor elementi vardır, suda həll olmur, payızdan torpağı əsas gübrələmə üçün istifadə edilir; yaxşı saxlanılır.
   Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fosfora olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün yalnız qidalanma mənbəyi deyil, həmçinin enerji mübadiləsində və artım prosesində əsas rol oynayır
   Tam yararlı məhsul alınmasına əlverişli şərait yaratmaq üçün torpaqda kifayət qədər mənimsənilən fosfor olmalıdır.
   Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxl sayda torpaq mühitində az hərəkətdə olan toksik elementlər də daxil olur. Superfosfat tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə fərqlənir .
   Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, torpaqda olan Ca, Al və Fe-la birləşir. Aparılan tədqiqatlar təbii fosfatların tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını təsdiq edir.
 Ən çox yayılan kalium gübrələrinə kalium-xlorid, kalium-sulfat, təbii kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həmçinin ətraf- təbii mühitə mənfi təsir göstərir.
    Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır.
    Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər.
    Kaliumun yuyulması su rejimi tipindən, torpağın qranulometrik tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. Kaliumun və digər qida elementlərinin itirilmə miqdarına, həmçinin bitki örtüyünün mövcudluğu, aqrotexniki qaydalara riayət olunması, suvarma norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir.
    Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir.
    Kalium-sulfat — ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50% kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18% kükürd vardır.
   
Həmçinin mineral gübrələrin qarışığından ibarət gübrələrdən də geniş istifadə olunur.
    Maqnezium-sulfat — maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı vəəlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13% kükürd vardır.
    Kalsium şorası — kalsium gübrəsidir, tərkibində 22% kalsium elementi var, suda yaxşı həll olur, yalnız quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavəolaraq, 15% azot vardır.
   Kalium şorası — kalium-azot gübrəsidir, tərkibində 38% kalium və 13% azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.
    Kalimaqneziya — kalium-maqnezium gübrəsidir, tərkibində 26-28%» kalium və 16% maqnezium vardır, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.
   Nitrofoska — tərkibində 11%» azot, 10% fosfor, 1 P/o kalium vardır. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən əsas hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.
   Ammofos — fosfor-azot gübrəsidir, tərkibində 39% fosfor və 18% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin altına verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığıböyük olduqda əlavə yemləmələrdə də istifadə edilir.
   Rastvorinlər — tərkibində 10%-dən 20%-dək azot, 5%-dən 40%-dək fosfor, 6%-dən 20%-dək kalium olan mürəkkəb gübrələrdir. Rastvorinin bir növünün tərkibində 6% maqnezium vardır. Yaxşı saxlanır və suda tamhəll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir. 
Похожее изображение
   Maye gübrələr — Maye halında olan yerli (peyin şirəsi) və zavodlarda istehsal edilən (maye halında olan ammonyak, ammonyaklı su və s.) gübrələrdir. Maye halında olan gübrələri əksər hallarda, bitkilərin kökdənxaric (yarpaqlarla) yemlənməsi üçün suda həll olan gübrələrdən (şoralardan, kalium xlordan və s.) hazırlayırlar. Maye halında olan ammonyakın (tərkibində 82,3% azot vardır.) və ammonyaklı suyun (tərkibində 20-25% azot vardır) gübrə kimi işlədilməsi böyük perspektivə malikdir. Maye ammonyakda olan azotun qiyməti, ammonium şorası və digər gübrələrdə olan azotdan bir neçə qat ucuzdur. Lakin maye halda olan ammonyakın daşınması, saxlanması və səpilməsi üçün, 30 atmosfer təzyiqə qarşı davamlı olan xüsusi cihazların lazım olması, onun geniş surətdə tətbiq edilməsini çətinləşdirir. .
   Tam gübrələr — Tərkibində müxtəlif nisbətlərdə 3 qida maddəsi (azot, fosfor, kalium) olan gübrələrdir. Belə gübrələrə nitrofoska, ammofoska, üzvi gübrələrdə isə peyin aiddir. Tam gübrələr qarışıq və mürəkkəb gübrələr qrupuna ayrılırlar.

   Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən istifadə etmədən torpaqda fosfor və kaliumun balansmı təmin etmək qeyri-mümkündür.

   Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri) qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki, dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm də torpağı humusla zənginləşdirir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda ayrılıqda verilməsi ilə müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur.

   Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.
   Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.
   Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən aılı olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib yazda yalnız səpinqabağı kultivasiya edilərsə, gübrələr dondurma şum altına verilir.
   Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasmda əlverişli olmayan şəraitə, о cümlədən qida elementlərinin çatışmazlığına xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə asanlıqla mübarizə apara bilirlər.
   Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə imkan verir.
   Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin olunmuş normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir
   Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı və necə istifadə etməyə nail olmaq üçün (gübrələrin suvarma suyu ilə verilməsi və s.) müəyyən təcrübə toplamalı və yeni mütərəqqi üsullardan istifadə etməlidir.
Похожее изображение



2 yorum:

  1. Ammofosun istifade qaydasi haqqinda etrafli melumat verin.

    YanıtlaSil
  2. Amaxos gubresi haqqinda zehmet olmada bir melumat verin .bu melumatinizda bele bir gubreye rast gelemedim

    YanıtlaSil