Kimyagərlər

                  
Картинки по запросу henri kavendiş

Henri Kavendiş – ingilis alimi. 1731 -ci ildə anadan olmuşdur. 1766 -cı ildə saf halda hidrogen almışdır. Alim əvvəl hidrogeni yüngüllüyünə görə flogiston kimi qəbul etmişdir. 1810-cu ildə vəfat edib.

THOMPSON, John Cozef (1856-1940) :İngilis elm adamı, elektronun tapıcısı. On dörd yaşında Manchester'dc Owens Collegedə yüksək təhsilinə başlayır. 1876da Cambridge Universitetinə gedir və burada dəyişik məsuliyyətlərlə altmışdörd il işləyir. 1884də Krallıq Elm Akademiyasına üzv seçilər və Rayleighin ayrılması üze­rinə Cavendish professoru olur. Bu vəzifəsini 1919da təqaüdə çıxana qədər davam etdirir. 1896da Amerikada Princeton Universitetində atomun quruluşuna bağlı dörd konfe­rans verir və bir il sonra Krallıq İnstitutunda elektronu tapdığını açıqlayır. 1906da Nobel Mükafatını alan Thompson, 1915-1920 dövründə Krallıq Elm Aka­demisi başçılığını edir. Cavendish Laboratuvanın dünya tərəfindən məşhur fizika mərkəzi olmasında Thompsonun əməyi və təsiri böyük olmuşdur.

Dmitri Mendeleyev  (2 yanvar 1834,  Тоbolsk,  Rusiya imperiyası — 20 yanvar 1907,  Sankt-Peterburq) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı. Ən məşhur elmi kəşfi — kimyəvi elementlərin dövri cədvəlidir. D.Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, diriyabl uçuşu, metrologiya, kənd təsərrüfatı, iqtisadiyyat, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir. D. Меndeleyev 1854—1856-ci illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsiindən asılılığını kəşf etmişdir. 1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir. 16 dekabr 1860-cı ildə o yazırdı: "...mənim fəaliyyətimin əsas predmeti fiziki kimyadır" D.İ. Меndeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir. Dmitri Mendeleyevin Sankt-Peterburqdaheykəli 1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsi ilə mayenin qatılığını müəyyənləşdirmək mümükün olur.[ [1865]]-1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayır. Həmşinin dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürür. Qaz mühütün tədqiq edərək, Mendeleyev 1874-ci ildə ideal qazın ümumi tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asılılığı barədə hala ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı. 1877-ci ildə Mendeleyev neftin ağır metallardan yaranması nəzəriyyəsini irəli sürdü. Ancaq bu ideya hal-hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli sürür. maraqlı faktlar o,uşaq olanda çox vaxt ağzından qan axırdı.həkimlər belə deyirdilər ki,o tez öləcək.lakin o,çox yaşadı
                  Картинки по запросу yusif memmedeliyev
                  Yusif Məmmədəliyev

Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR EA akademiki (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı.
Yusif Məmmədəliyev Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.
1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.
Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.
Yusif Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalanneftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.
Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin o ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi.
Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Картинки по запросу yusif memmedeliyev
Y.H. Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957-58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.
Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın - əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərb. KP MK I katibi M. C. Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.
Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birincitərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı olmamışdı.
Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) (1954) və "Şərəf Nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilmişdir. Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "ALKİLLƏŞDİRMƏ KRALI"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Y.H.Məmədəliyev qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə ona Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.
Yakob Henrik vant Hoff  (nid. Jacobus Henricus van 't Hoff) — Hollandiyalı kimyaçı alim. İlk Kimya üzrə Nobel Mükafatı laureatı. 1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. Lakin buna baxmayaraq o, fəlsəfə,poeziya və riyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim, sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir. Bu illərdə pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işlərini də davam etdirmişdir. 1887-ci il də o, Vilhelm Ostvaldla birgə "Fiziki kimya jurnalı" adlı mətbu orqanı yaratmışdır. Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq,Berlin Universitetinin fiziki kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən etibarən Berlin Universitetində çalışmışdır. Burada fiziki kimyanın istehsalata tətbiqi ilə məşğul olmuş və bu məqsədlə Stasfurt şəhəri ətrafındakı okean duzu yataqlarını tədqiq etmişdir. Həmin yataqlar I Dünya müharibəsinədək bütün Almaniyanın şüşə, keramika, yuyucu vasitələr, sabun və gübrə istehsalının kalium ehtiyacını, demək olar ki, tamamilə təmin etmişdir. Vant-Qoff biokimyanın bəzi sahələrinin, məsələn, canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi proseslərdə katalizator rolunu oynayan fermentlərin tədqiqatı ilə də məşğul olmuşdur. 1901-ci ildə onun elmi fəaliyyətini əsas götürən Nobel Komitəsi, Vant-Qoffu kimya sahəsi üzrə ilk laureat elan etmişdir. Diplomda onun mükafat almasının səbəbi kimi kəşf etdiyi kimyəvi dinamika (Kimyəvi dinamika kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları" adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın qanunlarına əsaslanır) və mayelərdə osmotik təzyiq (osmotik daxildən xaricə olan təzyiq deməkdir, yəni məsələn bitkinin kökü bu təzyiq vasitəsilə torpaqdan suyu özünə çəkir) qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir. Vant-Qoffa mükafatı İsveç Kral Elmlər Akademiyası adından təqdim edən Odner onu stereokimyanın banisi və kimyəvi dinamika elmi üzrə görkəmli işlər görənlərdən biri adlandırmış, həmçinin alimin tədqiqatlarının fiziki kimya elmi üçün son dərəcə vacib nəticələr verdiyini vurğulamışdır. Vant-Qoff Nobel mükafatından əlavə, 1893-cü ildə London Kral cəmiyyətinin "Devi" medalı, 1911-ci ildə Prussiya Elmlər Akademiyasının "Helmhols" medalı ilə təltif edilmişdir. O, Niderlandın Kral, Amerikanın Milli, Fransa və Prussiyanın isə Elmlər Akademiyalarının, Britaniya və Amerika Kimya Cəmiyyətlərinin üzvü, Çikaqo, Harvard və Yell Universitetlərinin fəxri doktoru adlarına layiq görülmüşdür. Fəlsəfə və poeziyaya da ciddi maraq göstərən Vant-Qoff 1911-ci il martın 1-də Berlində vərəm xəstəliyindən vəfat etmişdir.
Karl Vilhelm Şeyele – isveç kimyaçısı. 1742-ci ildə anadan olmuşdur. 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən etmişdir
RAYLEIGH, John William (1842-1919) : İngilis elm adamı. Təhsilini Cambridge Universitetində alıb. 1879da Cavendish professoru olaraq Maxwelli izlər; dörd il sonra da Kraliyet İnstitutunda təbiət fəlsəfəsi professoru olub. 1905də Kraliyet Elm Akademiyası başçılığına, 1908də Cambridge Universiteti rektorluğuna seçilər. Geniş məlumatı və fizikanın dərhal hər bölməsindəki işləriylə tanınan Rayleighin elmə ən əhəmiyyətli qatqıları, akustik və optik sahələrində gözə dəyir. Rayleigh, diqqətli və səbirli bir təcrübəçi idi. Onu uzun müddət məşğul edən problem, atmosferdən təmin edilən nitrojenin atom kütləsi ilə, kimyəvi təhlil etməklə əldə edilən nitrojenin atom kütləsi arasındakı fərqin səbəbi idi. Bu araşdırma çox az rast gəlinən arqon qazını tapmasına gətirib çıxardıRayleigh bu çalışması üçün 1904də Nobel Mükafatına layiq görüldü

Ernest Rezerford (ing. Ernest Rutherford, 30 avqust, 1871, Sprinq Qruv – 19 oktyabr 1937, Kembridc )- yeni zelandiyalı fizik. Nüvə fizikasının "atası" hesab olunan Rezerford atomun planetar modelini yaratmışdır, 1908-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür, Həyatı Ernest Rezerford Şotlandiyadan Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində anadan olmuşdur, Anası Marta Tomson isə İngiltərənin Esseks əyalətindən idi, Ernest Yeni Zelandiyada Nelson şəhəri yaxınlığında Sprinq Qruv (hal-hazırda Braytvoter adlanır) adlanan yerdə dünyaya gəlmişdir, İlk ibtidai təhsilini əvvəlcə Havlok məktəbində, daha sonra Nelson kolledjində almışdır, İbtidai təhsilini uğurla tamamalyan Ernest təhsilini Yeni Zelandiya universitetinin Kanteberi kolledjində davam etdirmık hüququ əldə edir, Universitet illərdinə o yerli tələbə müzakirə cəmiyyətinin prezidenti olur, 1895-ci ildə bakalavr və magistr dərəcələrini alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır, Kembridc universitetinin nəzdində fəaliyyət göstərən Kavendiş laboratoriyasında çalışır, Bu illərdə o torium və uran elementlərinin buraxdığı radioasiyanın iki növünü – alfa və beta radiasiyanı kəşf edir, 1898-ci ildə Kanadanın Montreal şəhərinin MakGill universitetində işləməyə başlayır, Məhz bu universitetdə apardığı tədqiqatlar ona 1908-ci ilin kimya üzrə Nobel mükafatını gətirir, Ernest Rezerford radioaktivliyin atomun özü-özünə parçalanması olduğunu nümayiş etdirir, O radioaktiv materialın yarısının parçalanmasına eyni zaman intervalının – yarımparçalanama – lazım gəldiyini göstərir və bu sabit parçalanma sürətini saat kimi istifadə etməklə sonralar Yerin əsl yaşını təyin etməyəyə böyük töhvə vermiş olur, 1907-ci ildə Rezerfor Mançestr universitetinin fizika kafedrasına gəlir, Burada Hans Giger və Ernest Marsdenlə birgə tədqiqatlar apararaq atomun nüvə təbiəyini müəyən edir, Məhz bu tədqiqatların interpretasiyası ona özünün planetar modelini irə li sürməy imkan verir, Rezerford modelində atom müsbət yüklü nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan ibarət idi, Rezerford 1919-cu ildə nüvə reaksiyası vasitəsilə bir kimyəvi elemeneti (azotu) başqa bir kimyəvi elementə (oksigenə) çevirmiş ilk fizik olur – 14N(α,β)170. 1921-ci ildə Nils Borla (Bora görə elektronlar nüvə ətrafında spesifik orbitlər üzrə hərəkət edirdi) birgə çalışdığı müddətdə Rezerford müsbət yüklü protonların bir-birini itələmə effektini kompensasiya etməklə nüvənin cəzbetmə qüvvəsni təmin edən və beləliklə nüvəni parçalanmadan saxlayan neytronlar haqqında fərziyyə irəli sürür, Rezefordun neytonlar haqqındakı nəzəriyyəsi 1932-ci ildə Ceyms Çadvik tərəfindən sübuta yetirilir və Çadvik bu kəşfinə görə 1935-ci il Nobel mükafatına layiq görülür, Ernest Rezerford 1937-ci ildə vəfat edir və Vestminster Abbeydə C.C. Tomsonun yanında dəfn edilir.

Şixbala Əliyev — azərbaycanlı alim. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor.
1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır.


Markovnikov Vladimir Vasilyeviç: elmi məktəbin əsasımı qoyan, rus kimyaçısı. Butlerovun kimyavi strukturu nəzəriyyəsi üzrə işləyərək o, atomların orqanik birləşmələrdə bir birinə nüfuzunu araşdırdı və orada bəzi müntəzəmlərir tapdı (o cümlədən, oksigensiz turşların iki və üç qat əlaqəli doymamış karbohidrogenlərə qaydasını keşvetdi. 1869-cu ildə bu qayda onun şərəfinə adlandırıldı). O, 1865-ci ildə yağ turşuların izomeriyasını kəşf etdi. 80-ci illərin əvvəlindən qafqaz neftini tədqiq edirdi, sikloalkanları kəşf etdi. Rusiya İmperiyasının kimyəvi sənayənin inkişafına təsir etdi. Rus kimyə cəmiyyətinin (1868) əsas qoyuculardan biri idi. Memar Nikolay Markovnikovun atası.
Əbu Abdulla Cabir ibn Həyyan ədzdi əs-Sufi;tanınmış persian əlkimyaçı, həkim əczaçı, riyaziyyatçı, astronom. ƏsləYəməndən olan əczaçıHəyyan ədzdinin ailəsində dünyaya gəlibOrta əsrlər Avropasında Geber adı ilə tanınıb. İbnHəyyan ilk dəfə kimyada (əlkimyadaeksperimental metodları tətbiq etmiş və müasir kimyaelmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir.Bunlardan xlorid və nitrat turşularının sintezinikimyəvi məhlulların distillə edilməsi vəkristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olarOnun əsərlərinin orijinalı olduqcamürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdirBu şifrələri açmaqisə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvimaddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanırBundan əlavə ibn Həyyan təkvinlaboratoriya şəraitində canlıların süni yollayaradılması kimi yüksəkmütərəqqio dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.

Əliyeva Rəfiqə Əlirza qızı — kimya elmləri doktorun həqiqi üzvü (akademik) (2014)[1], ŞÖHRƏT ORDENİ laureatı, əməkdar elm xadimi. Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfəolaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiqedilməsi təklif edilmişdirOnun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvihesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdırProfessorR.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdırO ilkdəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməkləqarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipihaqqında müəyyən fikirlər irəli sürmüşdürO təcrübi faktların analizinə əsasən müəyyən etmişdirkiqarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncükomponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artırbu isəseçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsaondaçox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olurProfessor R.Ə.Əliyevanınrəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdənistifadə etməklə CuCdZnFeNiCoU və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimalşəraiti işlənib hazırlanmışdırBu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkabsularındaaxıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklifolunmuşdur.


Nağıyev Tofiq Murtuza oğlu — Kimya elmləri doktoruAkademik. Koherent sinxronlaşmışkimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsinin müəllifidirOkimyəviinterferensiyanın tərifini vermiş, fəzada və zamanda koherent sinxronlaşmış reaksiyalar üçündeterminant tənliyini və koherentlik nisbətini təklif etmişdirBu nəzəriyyə birmənalı şəkildətəcrübədə təsdiq olunmuşdurSon illərin elmi tədqiqatları imitasiya katalizi ilə bağlıdıralkanlarınvə alkenlərin hidroksidləşməsi və epoksidləşməsi üçün yüksək effektivlioksidləşdirici təsirə vəyüksək temperaturlara davamlı olan katalitik bioimitatorlar işlənib hazırlanmışdırT.M.Nağıyevinfundamental elmi nailiyyətləri sırasında onun təklif etdiyi yeni HO'2 – müvafiq kinetik parametrliasılı elementar reaksiyalar mühüm yer tuturHidrogen-peroksidlə induksiya olunmuş yenisərbəst radikallı reaksiyalar – atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkanların vəalkenlərin qoşma dehidrogenləşməsiepoksidləşməsihidroksidləşməsi və metanın metanola,folmaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyaları geniş tanınırKimyəvi və biolojisistemlərdə enerjinin akkumulyasiyası prinsipinin işlənib hazırlanması yönündə əhəmiyyətli işlərgörülmüşdürHazırda onun rəhbərliyi altında yeni analitik sistemlər olan biomimetik sensorlarınyaradılmasının elmi prinsipləri uğurla işlənib hazırlanırT.M.Nağıyevin elmi maraq dairəsifizikikimyasərbəst radikallı oksidləşmə reaksiyaları kimyası, heterogen və bioimitasiya katalizi,koherent-sinxron reaksiyaların kinetikası və mexanizmitətbiqi biokimya və biotexnologiya.

Məhəmməd Baba oğlu Babanlı — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü. Əməkfəaliyyəti bütünlüklə BDU ilə bağlıdırOburada 1977-1993-cü illərdə fiziki və kolloid kimyakafedrasındasonrakı illərdə isə ümumi və qeyrizvi kimya kafedrasında çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyrizvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir,hazırda həmin kafedranın professoru və Qeyrizvi materialşünaslıq ETL-in elmi rəhbəridir 1992-1994-cü illərdə BDU-nun axşam və qiyabi təhsil üzrə prorektoru, 1994-2002-ci illərdə isə Başelmi Katibi vəzifəsində çalışmışdır. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentiyanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü və sədr müavini, 1997-2000- ci illərdə isə həmin Şuranın sədri olmuşdur 1986-1991-ci illərdə kimya fakültəsininelmi işlər üzrə dekan müavini işləmiş, 1989-cu ildə professor vəzifəsinə seçilmişdir 1977-ci ildənkiçik elmi işçi, 1979-cu ildən böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildə müəllim, 1986-cıildə isə dosent vəzifəsinə seçilmişdir "Ümumi kimya", "bərk cisimlər kimyası", "fiziki-kimyəvianaliz", "qeyrizvi material şünaslıq", "faza tarazlıqlarının termodinamikası", "nanostrukturelektron materialları", "nanohissəciklərinin fiziki kimyası" və sfənnlər üzrə mühazirə vəlaboratoriya dərsləri aparır. 2014-cü ildən AMEA-nın Kataliz və Qeyrizvi Kimya İnstitutuna elmiişlər üzrə direktor müavini təyin olunmuşdurHəmin ildə AMEA-nın müxbir üzvü seçilmişdirEynizamanda "Qeyrizvi funksional materiallar" şöbəsinin müdiridir. 700 elmi əsərino cümlədən 2monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 30 elmlər namizədi yetişdirmiş, 1 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.

Con Dalton-Con Dalton 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışdır. Eləcə də Daltonun adıyla görmə qabiliyyətindəki problem - daltonizm adlandırılmışdır. O özü də bu xəstəlikdən əziyyət çəkmişdir və 1794-cü ildə bu haqda yazmışdır.
Daltonun Atom Nəzəriyyəsi atomlar haqqında elmi nəzəriyyədir. Dalton bu teori ilə elementlərin müəyyən üsullarla birləşməsi səbəbini aydınlaşdırdı.[2] Atomların ideyası həmin vaxt məlum idi, lakin geniş qəbul edilməmişdi. Daltonun bu teorisi həqiqi müşahidə üzərində qurulmuşdu. Bunda qədər atomlar haqda ideyalar daha çox fəlsəfə üzərində qurulurdu.
Onun teorisi aşağıdakı kimidir:
·         Bütün cisimlər atomlardan təşkil olunub.
·         Atomdan daha sadə hissəcik yoxdur.
·         Atomlar yaradıla və ya dağıdıla bilməz.
·         Kimyəvi reaksiyalar atomların hərəkəti zamanı baş verir.
·         Eyni elementlərin atomlarının kütləsi eynidir.
·         Atomlar ancaq xüsusi nisbətlərdə birləşə bilir.
Yens Yakob Berselius-Bertselius İsveçdə Östergotlend bölgəsinin Linköpinkg şəhərində anadan olub. O, Uppsala Universitetinin fizika üzrə məzunu olub. 1807-ci ildə Stokholm Cərrahiyyə Universitetində cərrahlıq və müalicə üzrə professor olub. 1810-cu ildə bu universitet Mediko Çirurqiska İnstitunun (sonralar Karloniska İnstitutu) bir hissəsi oldu və Bertselius kimya və əczaçılıq üzrə professor oldu.
1814-cü ildə kimyəvi elementlərin müasir işarələrini elmə daxil etmişdir. 1807-1818-ci illərdə 45 kimyəvi elementin atom kütləsini təyin etmişdir. Bir sıra başqa kəşflərin müəllifidir.
Bertselius, Con Dalton və Antuan Lavuazye müasir kimyanın atası hesab olunurlar.
Cozef Lui Prust- 1754-cü ildə anadan olmuşdur. 1799-cu ildən 1806-cı ilə qədər olan dövrdə müxtəlif oksidlərin, sulfidlərin və başqa maddələrin tərkibini tədqiq etmişdir. Nəticədə kimyəvi birləşmələrin tərkibinin sabitliyi qanununu kəşf etmişdir.
Eduard Franklend (ing. Edward Frankland; doğum 18 yanvar1825 - ölüm 9 avqust1899) – ingilis kimyaçısı. O, su keyfiyyəti və analizi üzrə ekspert idi. O həmçinin orqanometallik kimyanın yaradıcılarından biri idi.
1852-ci ildə birləşdirici qüvvə haqqında anlayışı elmə daxil etmişdir. Atomların bu xassələrini sonralar valentlik adlandırmışlar.
Antuan Lavuazye (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır.
Картинки по запросу emil fişer
Emil Fişer

(1852-1919) -Tanınmış alman fiziki 1902-ci il Kimya üzrə Nobel mükafatının laueratı

Həyatı

O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.

Fəaliyyəti

Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır. O, nuklein turşularının tərkibindəki quaninin rəngsiz kristal maddədən ibarət olduğunu ixtira etmiş və ona "purin" adını vermişdir.
Bu sahədə tədqiqatlarını davam etdirərək, purin qrupundan bir sıra üzvi birləşmələrin sintezinə müvəffəq olmuşdur. O yazırdı: "İnsan orqanizmi müdhiş laborotoriyadır. Burada ağlagəlməz sayda maddələrin sintezi baş verir. Zülallar, yağlar, karbohidratlar digər maddələri yaratmaq və onlara enerji vermək üçün parçalanırlar. Bəşəriyyət bu proseslərin sirrini açmaq istəyir, lakin biz məqsəddən hələ də xeyli uzaqdayıq. Bu sirləri açmaq üçün iki yol var, ya orqanizmin həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələri tədqiq etmək, ya da hüceyrənin istehsal etdiyi maddələri sintez etməyə çalışmaq".
1885-ci ildə Vürtsburq Universitetində işləyən Fişer burada da purinlə bağlı tədqiqatlarını davam etdirmiş, həmçinin şəkər molekullarında stereokimyəvi problemlərlə də məşğul olmuşdur. 1874-cü ildə Yakob Vant-Qoffun karbon atomlarının asimmetrik yerləşməsi barədə hazırladığı nəzəriyyəyə əsaslanan Fişer şəkər qrupu atomlarının bütün mümkün transformasiya üsullarını tapmışdır.
1890-cı ildə o, laboratoriya şəraitində mannoza, fruktoza və qlükozanı sintez etməyə müvəffəq olmuşdu. Alim tədqiqatlar zamanı üzvi turşuları beşxlorlu fosforla birləşdirərkən yüksək reaksiya qabiliyyətlərinə malik yeni xloridləri aşkar etmişdir. Təcrübələr zamanı Fişer sidik turşusundan trixlopurini, onu kalium və yodlu hidrogenlə birləşdirərkən isə ksantini almışdı. Ksantini metil turşusu ilə birləşdirən zaman o, rəngsiz, kristallik, acı dadı olan və təbiətdə qəhvə dənələrində, çay yarpaqlarında mövcud olan kofeini əldə etmişdi. Sonrakı təcrübələr zamanı kimyəvi kofeinin təbii olanla eyniliyi aşkar edilmişdi.
1892-ci ildə Berlin Universitetinin Kimya İnstitutunun direktoru təyin edilən alim ömrünün sonunadək bu vəzifəni yerinə yetirmişdi. Burada çalışarkən fermentlərlə də məşğul olmuş və onların yalnız özlərinə uyğun gələn maddələrlə reaksiyaya girdiyini aşkar etmişdir. Zülalların tədqiqatı zamanı, onların tərkibindəki aminturşuları tapmış, daha sonra peptidləri (aminturşuların kombinasiyalarını) sintez etmiş, hidroliz (kimyəvi əlaqənin pozulduğu və suyun birləşdiyi kimyəvi reaksiya) zamanı aminturşuların sayına və tiplərinə əsaslanaraq zülalların qırxdan artıq növünü sinifləndirmişdir.
Emil German Fişer 1902-ci ildə "saxarin və purin qrupu maddələrinin sintezi sahəsində əldə etdiyi uğura görə" Nobel Komitəsi tərəfindən Nobel Kimya Mükafatına layiq görülmüşdü. O, təltifetmə mərasimində gördüyü iş haqqında demişdir: "Təbiətin sirlərini qoruyan pərdə tədricən qalxmaqdadır. Lakin bu fikri hələlik yalnız karbohidratlara aid etmək olar. Əldə edilmiş bütün uğurlara baxmayaraq üzvi kimya elmi daha çətin maddələri-zülalları tam öyrənməyənədək həyatın sirri ortadan qalxmayacaqdır". Fişer Rokfeller fondunun yardımı ilə 1911-ci ildə Fiziki Kimya və Elektrokimya, üç il sonra isə Kömürün Araşdırılması İnstitutlarını yaratmışdır. Lakin Birinci dünya müharibəsi zamanı kimyəvi maddələr çatışmadığına görə laboratoriya işini dayandırmışdı.
Emil Fişer London Kral Cəmiyyətinin Devi medalı, Prussiyanın "Xidmətlərinə görə" və Maksimillian ordenləri, OsloMançester, Brüssel və Kembric universitetlərinin fəxri doktoru adına layiq görülmüşdür. Prussiya Elmlər Akademiyasının üzvü və Almaniya Kimya Cəmiyyətinin prezidenti olmuşdur.
Картинки по запросу уильям рамзай 
Uilyam Ramzay
Uilyam Ramzay (2 oktyabr 1852 -23 iyul 1916) — Şotlandiyalı kimyaçı. Sadə qazları kəşf etmiş və bu kəşfi ona 1904 -cü ildə Kimya üzrə Nobel mükafatını qazandırmışdır.Neon və Krypton elementlərinidə o tapmışdır.
1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Uilyamsonu əvəz edir. Məhz burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskusiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı arqon adlandırmışdı. Sonrakı illərdə o, neonkripton və ksenon kimi qazları da kəşf etmişdi. Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.
Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə Ramzay asetilendən və hidrogen-sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi.
Ramzay 1910-cu ildə mikrotərəziləri kəşf etdi.
Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi.
Ramzay Peterburq Elmlər Akademiyasının fəxri üzvü idi (1913).
Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Onun ölümünə səbəb radioaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu.
 Картинки по запросу mariya kuri
Mariya Küri
Mariya Küri ( 7 noyabr 1867VarşavaRusiya İmperiyası — 4 iyul 1934, Passi, ParisFransa) - polyak əsilli fransız kimyaçısı və fizikı. iki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində).
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.
Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. 1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya Bekkerelin bu kəşfini “radioaktivlik” adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radiovtivlik olmasını aşkarladı.
O, diqqətini yenidən minerallara yönəltdi və uran filizi onun marağını cəlb etdi. Uran filizi radioaktivliyi saf uran radioavtivliyindən yüksək olan bir mineraldır və bu yalnız filizin tərkibində kiçik miqdarda, lakin çox yüksək aktivliyi olan naməlum maddənin varlığı ilə izah edilə bilərdi. Pyer Küri Mariyanın bu problemi həll etmək üçün başlatdığı və yeni elementlər, polonium və radiumun kəşfi ilə nəticələnən araşdırmasına qoşuldu. Mariya Küri və Pyer Küri uran və torium olan filizlərin sistematik tədqiqi zamanı orada yeni iki element kəşf etdilər - radium və polonium. I element II-yə nisbətən daha güclü işıqlandığı üçün ona radium - "şüalanan" adı verildi. Digər elementə isə M. Küri öz vətəninin şərəfinə polonium adlandırdı. Sonrakı illərdə Pyer və Mariya Küri bu elementləri maddə halında almaq üçün təcrübələrini davam etdirmişlər. Nəticədə, 7 tonadək uran filizi işlətdikdən sonra 0,1 qram radium almaq mümkün olmuşdu. Polonium elementi isə radiumun parçalanmasından yarandığından onu almaq mümkün olmamışdı.
Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdı və 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, "radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə" görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdülər.
1897 və 1904-cü illərdə qızları İren və İvin dünyaya gəlməsi Mariyanın elmi işlərini dayandıra bilmədi. O, 1900-cü ildə Fransanın Sevr şəhərində qızlar üçün olan Ali məktəbdə (Ecole Normale Supérieure - Orta məktəb müəllimləri üçün ali təhsil məktəbi) fizika üzrə mühazirəçi təyin edildi və eksperimental nümayişlərə əsaslanan tədris metodu yaratdı. M. Küri uran filizlərində işləmək və analiz etmək üçün klassik üsul işləyib hazırlamışdır. Bütün bu təcrübələrin nəticəsi olaraq Mariya Küri 1903-cü ildə Sorbon Universitetində "Radioaktiv maddələrin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. O, 1904-cü ilin dekabrında Pyer Kürinin idarə etdiyi laboratoriyaya baş assistent təyin edildi.
1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak olmuşdu. Lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina etmişdir. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sobon Universitetində dərs deyən il qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım fizik bu nəticəyə 1910-cu ildə Anri Debirnlə birgə nail olmuşdur. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.
Birinci Dünya müharibəsi illərində Mariya Küri özünü qızı İrenin köməyi ilə “kiçik Kürilər” kimi tanınan səyyar qurğuların daxil olduğu və yaralı əsgərlərin müalicəsi üçün istifadə edilən Rentgen aparatının inkişafına həsr etmişdi. Müharibə zamanı o, həmçinin hərbi cərrahlara radiologiyadan istifadə etməyi tədris etmişdir. Bu tədqiqatların nəticəsini daha sonra yazdığı "Radiologiya və müharibə" adlı kitabında əks etdirmişdir.
1918-ci ildə heyətində İrenin də yer aldığı Radium İnstitutu fəaliyyətə başladı və nüvə fizikası və kimyasının mərkəzinə çevrildi. Mariya Küri isə bu institutun fundamental tədqiqatlar və radioaktivliyin tibbi istifadəsi şöbəsinə direktor təyin olumuşdu. Artıq şöhrətin zirvəsində olan Mariya Küri 1922-ci ildən etibarən Tibb Akademiyasının üzvü kimi radioaktiv maddələri və onların tibbi istifadəsini tədqiq etmişdi.
1921-ci ildə Mariya Küri qızları ilə bərabər radiumun tədqiqatına maliyyə ayrılması üçün Birləşmiş Ştatlara səfər etmişdi. Oradakı qadınlar kompaniyası münasibəti ilə ona bir qramradium hədiyyə etmişdilər. Mariya həmçinin BelçikaBraziliyaİspaniya və Çexslovakiyada (indiki Çexiya və Slovakiya) mühazirələr vermişdi. Bundan əlavə, Parisdə Küri Fondununyaradılması və 1932-ci ildə Varşavada bacısı Broniyanın direktoru olduğu Radium İnstitutunun açılış mərasimini görmək ona nəsib olmuşdu.
1923-cü ildə o, Pyer Kürinin tərcümeyi-halını yazaraq kitab şəklində nəşr etdirmişdir. Həmçinin bu illərdə yenidən müstəqillik qazanmış vətəninə tez-tez səfər edərək, orada gənc mütəxəssislərə yardım göstərmişdir.
Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının "Bertelo", London Kral Cəmiyyətinin "Devi", Franklin İnstitutunun "Elliot Kresson" medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi adla mükafatlandırılmışdır. Paris Radium İnstitutundakı 1,5 qram radium ehtiyatı 1930-cu illərdə aparılan təcrübələrə mühim töhvələr vermişdi. Bu iş Ser Ceyms Çaduik tərəfindən neytronun kəşfi və hər şeydən öncə 1934-cü ildə İren və Frederik Coliot-Kürinin süni radioaktivliyi kəşf etməsi üçün zəmin yaratmışdı.
Картинки по запросу fritz haber
Fritz Haber
Fritz Haber (d. 9 Dekabr 1868, Breslau, Almaniya - ö. 29 yanvar 1934, Bazel, İsveçrə) Alman kimyaçı. 1918-ci ildə Kimya üzrə Nobel mükafatı qazandı. I. Dünya müharibəsində xlor və digər zəhərli qazları inkişaf və paylanması mövzusundakı işləri səbəbiylə "kimyəvi müharibənin atası" olaraq da təyin olunar.

Həyat yoldaşı Clara Immerwahr də kimya doktoru etdi. Immerwahr Xəbərlər zəhərli qazlarla bağlı işlərə və II. Ypres döyüşündə xlorun ilk uğurlu istifadəsinə cavab olaraq cənnətlərdə intihar etdi

Xəbər, Max Born ilə birlikdə, ion bir qatı maddənin qəfəs enerjisini qiymətləndirmək üçün Born-xəbər siklusu metodunu inkişaf etdirmişdir. Xəbər MDMA'yı ilk sintez adam olaraq da bəzi yerlərdə xatırlansa da, bu məlumat doğru deyil

Yəhudi valideynlərindən bir uşaq Breslau (Almaniya, Wrocław, Polşa) şəhərində anadan olub [4]. Ana doğumda öldü. 1886-cı ildə 1891ə qədər Robert Bunsen'in yanında Heidelberg Universitetində, AW Hofmann'ın qrupunda Berlin Universitetində (indiki vaxtda Berlin Humboldt Universiteti) və Carl Liebermann'ın yanında Technical College of Charlottenburg'da (indiki vaxtda Technical University of Berlin ) işləmişdir.1901-ci ildə Clara Immerwahr ilə evləndi və oğlu Hermann 1902-ci ildə anadan olub.Akademik karyerasına başlamazdan əvvəl atasının kimyəvi işində və Sürixdə Georg Lung ilə İsveçrə Federal Texnologiya İnstitutu 'nde çalışdı.

Картинки по запросу artur harten
Artur Harden
Sir Arthur Harden, FRS (12 oktyabr 1865, Manchester, Lancashire - 17 iyun 1940 Bourne End, Buckinghamshire) İngilis biokimyası idi. 1929-cu ildə Kimya üzrə Nobel mükafatı, Hans Karl Avqust Simon von Euler-Çelpin ilə şəkər və fermentativ fermentlərin fermentasiyası
Araşdırma
1886-cı ildə Harden Dalton Təqaüdləri Kimya Təşkilatına layiq görüldü və bir il Otto Fischer ilə birlikdə Erlangen'de bir iş sərgiləmişdir. [Məqalə Lazımi] O, müəllimə və nümayişçi olaraq geri döndü və 1897-ci ilə qədər yeni qurulan İngilis İnstitutuna sonra Lister İnstitutu oldu. 1902-ci ilin iyununda Viktoriya Universitetindən (Owens Kollecini də daxil etmiş) Elmlər doktoru (D.Sc.) dərəcəsi almışdırBeş ildən sonra, 1907-ci ildə Biyokimya Departamentinin rəhbəri vəzifəsinə təyin olundu, vəzifəsi 1930-cu ildə təqaüdçülüyə qədər davam etdi (o, təqaüdə çıxdıqdan sonra İnstitutda elmi işlərini davam etdirdi).

Harden, Manchesterdə karbon dioksid və xlor qarışıqları üzərində işıq işini araşdırdı və İnstituta daxil olduqda, metodlarını bakteriyaların və spirtli fermentasiya kimi kimyəvi bioloji hadisələrin araşdırılmasına tətbiq etdi. O, qlükoza və maya hüceyrəsinin kimya məhsullarını araşdırdı və antiscorbutic və anti-neuritik vitaminlər üzərində bir sıra sənədlər hazırladı.

Harden 1926-cı ildə cəngavər oldu və bir neçə fəxri doktoru aldı. 
Kral Cəmiyyətinin üzvü, 1935-ci ildə Davy Medalını aldı.
 Картинки по запросу carl bosch
Karl Boş
Carl Bosch (Alman Karl Bosch, 27 avqust 1874, Köln -. 26 aprel 1940, Heidelberg) - alman kimyaçı, mühəndis və Kimya üzrə Nobel mükafatı laureatı. . Müxtəlif məqsədlər üçün sənaye kimiyasında yüksək təzyiq göstərməyi təklif edən ilk şəxslərdən biri idi.Həmin vaxt ən böyük kimyəvi şirkət olan IG Farben-in təsisçisi.

1899-cu ildə Bosch Baden anilin və Ludwigshafen Soda Factory »(BASF) am Rhein" iş başladı. 1907-ci ildə bu şirkətin eksperimental laboratoriyasına başçılıq edir və birində işləyir
 1902-ci ildə Carl Bosch Else Schilbach ilə evləndi. Bu nikahdan cütlük bir oğlu və qızı var idi. Həyatının sonuna qədər uzun bir depressiyada idi və alkoqolizmdən əziyyət çəkdi. 1939-cu ildə intihara uğursuz cəhd etdi. Bir il sonra Heidelberqdə öldü.Toxaqdan məzar yerində, Reyn vadisinə qədər gözəl bir görünüş açılır. Atmosferik azotun təyin edilməsi metodunun təkmilləşdirilməsi. Birləşmədən sonra 1925-ci ildə BASF və altı digər kimyəvi şirkətin təsisçisi olan "I. G. Farbenindustrie, "Karl Bosch bu yeni nəhəng kimyəvi birliyin başçısı təyin edildi. 1935-ci ildə Bosch İdarə "I. Şurasının sədri oldu G., və 1937-ci ildə Farben "- Kaiser Wilhelm Cəmiyyətinin prezidenti Maks Plank varisi (indi - Max Planck Cəmiyyəti) və eyni zamanda bu iki ismarışları keçirilib.
Картинки по запросу aziz sancar
Aziz Sancar

Əziz Sancar, (d. 8 sentyabr 1946, Savur), Türk alim, biyokimyager, molekulyar bioloq və elm insanı. 1997-ci ildən bəri Amerika Birləşmiş Ştatları Şimali Karolina Universiteti, Chapel Hill'de Biokimya və Biofizika Hissəsində Sarah Graham Kenan Professoru olaraq vəzifə yerinə yetirməkdədir. ABŞ-ın Milli Elmlər Akademiyası tərəfindən seçiləcək ilk Amerikalı amerikalı kimi tanınıb. Hüceyrələrin ziyan görən DNT-ləri necə onardığını və genetik məlumatını qoruduğunu haritalandıran araşdırmaları sayəsində 2015 Nobel Kimya Mükafatını qazanmışdır.

Əziz Sancar'ın inkişaf etdirib adını qoyduğu "maxicell" texnikası ilə kəşfini edib adını qoyduğu "excinuclease / Excision nuclease" fermenti terminləri Oxford Biokimya və Molekulyar Biologiya Sözlüğü'nde girmişdir.
1969-cu ildə İstanbul Universiteti Tibb Fakültəsini 1963-cü ildə birinci dərəcəsi ilə bitirmişdir. İki il Savur'da bir səhiyyə ocağında həkimlik etdikdən sonra bir NATO-TÜBİTAK təqaüdü ilə əvvəl Johns Hopkins Universiteti, sonra Dallas Texas Universitetinə getdi. Dallas və Caude Rupert laboratoriyasında universitetin molekulyar biologiya proqramına qatılıb. Bu laboratoriyada Sancar, məsləhətçisi Claud Rupert ilə fotoliyaz olaraq adlandırılan bir geni kolonlamış və genetik engineering ilə bakteriyalarda çox yüksək nisbətlərdə artırar. Bu ferment ultrabənövşəyi işıq ilə məhv olan DNT-i kodlaşdırır. BULUŞUN XÜLASƏSİ Sancarın ilk məzunu, sonra doktorluq (1977).

Sancar, 1977-1982 illəri arasında Yale Universiteti Tibb Fakültəsində çalışdı. Bu dövrdə fotoliyaz fermenti işlərinə ara verib nukleotid seqment təmiri araşdırmaları başladı. [6]DNT-nin təmiri üzrə dissertasiyasını tamamladı. 1997-ci ildən etibarən araşdırmalarını Biokimya və biofizika sahəsində etdiyi işlərlə tanınan Amerika Birləşmiş Ştatları North Carolina-Chapel Hill'de North Carolina Universiteti Biokimya və Biofizika Hissəsində Sarah Graham Kenan Professoru olaraq davam etdirməkdədir.

DNT təmiri, hüceyrə düzülüşü, xərçəng müalicəsi və bioloji saat üzərində işlərini davam etdirən Sancar, 415 elmi məqalə və 33 kitab nəşr etdi. Sancar xərçəng müalicəsində circadian saat istifadəsiylə mükafatlar almışdır. 2001-ci ildə Amerikan Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Carolina Seçkin Kimyagər Mükafatını almağa haqq qazanan Sancar, 2005-ci ildə elm dünyasının ən prestijli üzvlükləri arasında iştirak edən ABŞ Milli Elmlər Akademiyasına seçilərək bu akademiyaya seçilən ilk Amerikalı Türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-da oxuyan Türk şagirdlərinə kömək etmək və Türk-Amerikan əlaqələrini inkişaf etdirmək məqsədiylə yoldaşıyla birlikdə Əziz & Gwen Sancar Vəqfini quraraq ABŞ-ın Şimali Karolina ştatında "Carolina Türk Evi" adlı bir şagird misafirhanesi açdı. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının əsas üzvü seçildi.

Sancar, DNT-nin təmir edilməsi ilə əlaqədar etdiyi işlərdən ötəri Amerikalı Paul Modrich və İsveçli Tomas Lindahl ilə birlikdə [11] 2015 Nobel Kimya Mükafatına layiq görüldü.Bu üç tədqiqatçı 30 ildən uzun müddət bir-birlərindən müstəqil olaraq və böyük nisbətdə bakteriya hüceyrələrində çalışmaqdadır. Sancar nukleotid seqment təmiri sahəsində ixtiralar etmiş, Tomas Lindahl və Paul Modrich isə digər DNT təmiri mexanizmləri olan bəzi seqment təmiri və səhv uyğunlaşma təmirini kəşf etmişlər.Onlar işıqlandırdıqları əsas mexanizmlər daha sonra kompleks orqanizmlərdə, insanlar da daxildir. Məsələn, nükleotid kəsmə təmiri pozuqluqları və dəri kanserləri arasında birbaşa səbəbli əlaqə var. Sancar'a, İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən Nobel Kimya Mükafatı Alfred Nobelin ölüm ildönümü olan 10 dekabrda təşkil edilən mərasimdə verildi. Mükafat İsveç XVI Kralıdır. Carl Gustaf tərəfindən təqdim edildi.Sancar "Atatürk və Türkiyə Respublikası üçün ödəniş etdiyim təhsil inqilabıdır. Bu səbəbdən bu mükafatın sahibi Atatürk və Türkiyə Respublikasını təmsil edən Anıtkabir Muzeyinin "deyərək Nobel Mükafatı ilə medal və sertifikatını Anitkabirin təslim etmişdir. Mükafat, Anıtkabir'deki Atatürk və Qurtuluş Döyüşü Muzeyində özünə ayrılan xüsusi sahədə sərgilənməkdədir.
Картинки по запросу сванте аррениус

Svante Arrenius
(1859-1927) - məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı.

Fəaliyyəti

Bu dövrlərdə elektrikin xüsusiyyətləri tamamilə aydın deyildi. Alimlərə quru duzların və suyun təmiz halda deyil, yalnız qarışıqlar şəklində elektrik keçirdiyi məlum idi. Arrenius müxtəlif mayelərin elektrik keçiriciliklərini yoxlamaq qərarına gəlmişdir. Onun qənaətinə əsasən, bəzi maddələrin molekulları mayedə həll olarkən iki və ya daha çox hissəciklərə parçalanır. Bu hissəcikləri Arrenius ion adlandırmışdır. Hər bir molekul neytal yüklənsə də, onun zərrəcikləri müsbət və ya mənfi yüklənmiş olur. Məsələn, suda həll olmuş xörək duzunun molekulları müsbət yüklü natrium və mənfi yüklü xlor hissələrinə parçalanır. Bu yüklü atomlar yalnız mayedə həll olan zaman elektrik enerjisinin keçiriciliyini təmin edirlər. Elektrik enerjisini öz növbəsində əks yüklənmiş hissəcikləri hərəkətə keçirir.
Bu tədqiqatların nəticəsində Arrenius 1884-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Lakin bir sıra alimlər onun araşdırmalarına şübhə etdiklərindən Arreniusa aşağı dərəcəli doktor adı verilmişdir. Bu diplomla onun universitetdə dərs demək ixtiyarı yox idi. Lakin Arrenius bundan sarsılmadan tədqiqatlarını çap etdirərək, Avropanın bir sıra məşhur alimlərinə göndərmişdir. Məşhur alman kimyaçısı Vilhelm Ostvald onun araşdırmaları ilə maraqlanaraq, Upsalaya gəlmiş və Arreniusi Riqa Politexnik İnstitutuna dəvət etmişdir.
Alim sonralar İsveç Kral Akademiyasından stipendiya alaraq, Avropaya elmi səyahətə yollanmağı üstün tutmuşdur. O, Riqada, Vürtbursqda, Qrasda və Amsterdamda olmuş, burada baş verən elmi nailiyyətlərlə tanış olaraq, tədqiqatlarda iştirak etmişdir. Bu dövrü onun elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Belə ki, Arrenius 1887-ci ildə sonralar öz adı ilə adlandırılmış elektrolitik dissosaiya (elektrolitlərin mayedə həll olan və ya ərimə halında ionlara parçalanması) nəzəriyyəsini hazırlamış, elektrolitlərin maye halda Vant-Hoff və Raul qanunları ilə olan uyğunsuzluqlarını izah etmiş, həmçinin duzların hidrolizi nəzəriyyəsini işləmişdir. O, həmçinin bir neçə mühüm kəşf etmişdir. Bunların sırasında reaksiyaların sürətinin temperaturdan asılılığının tapılmasının xüsusi yer tutur.
Arrenius 1891-cildə Stokholma qayıdaraq, universitetdə fizika üzrə leksiya deməyə başlamaış, dörd ildən sonra professor, daha iki ildən sonra isə rektor təyin olunmuşdur. Bütün bu dövr ərzində, o tədqiqatların ara verməyərək, öz adı ilə adlanmış elektrolitik dissosasiya nəzəriyyəsini işləmişdir. Alim həmçinin, osmotik təzyiq (daxildən xaricə olan təzyiq) haqqında da araşdırmalar aparmışdır. Bu barədə tanınmış kimyaçı Yakob Vant-Hoffun nəzəriyyəsinə əsaslanan Arrenius həmin nəzəriyyəni dərinləşdirmişdir.

Şöhrət qazanması

Arreniusun tədqiqatları öz dövrünün bir sıra tanınmış elm adamları, o cümlədən məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən tənqid edilmişdir. Onun fikrincə, həll olunana və hə həll edən maddələr arasındakı kimyəvi məsələləri nəzərə almadan sırf fiziki qaydalar əsasında nəzəriyyə işləmək olmazdı. Arreniusun və Mendeleyevin fikirləri sonradan turşuların proton nəzəriyyəsində birləşdirilmişdi.
1903-cü ildə Svante Arrenius "hazırladığı elektrolitik dissosasiya nəzəriyyəsinin kimya elminə mühüm xidmət göstərdiyinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. İsveç Elmlər Akademiyası adından çıxış edən akademik Terneblad onun tədqiqatlarının elektrokimyanın əsasını qoyduğunu bildirmiş, həmçinin Arreniusa ilk Nobel kimya laueratı Vant-Hoffun nəzəriyyəsini bitirdiyinə görə təşəkkür etmişdir.
Svante Arrenius fizikanın bir çox sahəsi üzrə tədqiqatlar aparmış, günəş radiasiyasının atmosferə təsirini, biosferdəki temperatur dəyişikliklərinin səbəbini, vulkan aktivləşmələrini öyrənmiş, həmçinin immmun kimyası elmi ilə bağlı araşdırmalar aparmışdır.
O, 1925-ci ildə Stokholm Universitetindən getmiş və Fizika-Kimya Nobel İnstitutunun direktoru vəzifəsinə yiyələnmişdir. Arrenius burada ömrünün sonunadək çalışmışdır.
Alim bir sıra mükafatlarla, Amerika Kimya Cəmiyyətinin Hibbs, London Kral Cəmiyyətinin Devi, Britaniya Kimya Cəmiyyətinin Faradey medalları ilə təltif edilmiş, bir sıra elmi cəmiyyət və universitetlərin fəxri üzvü seçilmişdir.
Картинки по запросу адольф фон байер
Adolf fon Bayer
 (31 oktyabr 1835 -20 avqust 1917) — Almaniyalı kimyaçı.
Uilyam Ramzay
Uilyam Ramzay (2 oktyabr 1852 -23 iyul 1916) — Şotlandiyalı kimyaçı. Sadə qazları kəşf etmiş və bu kəşfi ona 1904 -cü ildə Kimya üzrə Nobel mükafatını qazandırmışdır.Neon və Krypton elementlərinidə o tapmışdır.
Uilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur.
Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. "Toluol və nitrotoluol turşuları" adlı dissertasiya müdafiə etdi.
Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.
1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Uilyamsonu əvəz edir. Məhz burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskusiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı arqon adlandırmışdı. Sonrakı illərdə o, neonkripton və ksenon kimi qazları da kəşf etmişdi. Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.
Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə Ramzay asetilendən və hidrogen-sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi.
Ramzay 1910-cu ildə mikrotərəziləri kəşf etdi.
Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi.
Ramzay Peterburq Elmlər Akademiyasının fəxri üzvü idi (1913).
Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Onun ölümünə səbəb radioaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu.

2 yorum: