Duzlar

Картинки по запросу duzlar
Duzlar - metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir.
Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯
Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s.
Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s.
Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s.
Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s.
Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s.
Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s.
Картинки по запросу chemistry
Duzları aşağıdakı üsullarla almaq olar:
1. Metallarla qeyri-metalların qarşılıqlı təsiri:
   Fe + S → FeS;    2Na + Cl2 → 2NaCl
2. Metallarla duzların qarşılıqlı təsirindən:
   Zn + CuSO4 → ZnSO4 + Cu;    Zn +FeCl2 → ZnCl2 +Fe
Bu reaksiya götürülən metal elektrokimyəvi gərginlik (aktivlik) sırasında duzun tərkibindəki metaldan əvvəldə durduqda gedir.
3. Qeyri-metalların duzlarla qarşılıqlı təsirindən:
   Cl2 + 2KJ → 2KCl + J2
4. Turşuların metallarla qarşılıqlı təsirindən:
   Fe + 2HCl → FeCl2 + H2
5. Turşuların əsasi və amfoter oksidlərlə qarşılıqlı təsirindən:
   2HCl + Na2O → 2NaCl + H2O;    2HNO3 + MgO → Mg(NO3)2 + H2O
6. Turşuların duzlarla qarşılıqlı təsirindən:
   HCl + AgNO3 → AgCl + HNO3
7. Turşuların əsaslarla qarşılıqlı təsirindən (neytrallaşma reaksiyası).
Birəsaslı turşu ilə birturşulu əsas qarşılıqlı təsirdə olduqda hər zaman normal duz verir. Birəsaslı turşu turş, əsasi və ikiqat duz vermir.
8. Qələvilərin turşu oksidləri ilə qarşılıqlı təsirindən.
9. Qələvilərin qeyri-metallarla qarşılıqlı təsirindən.
10. Qələvilərin duzlarla qarşılıqlı təsirindən.
11.Qələvilərin amfoter xassəli metallarla qarşılıqlı təsirindən.
12. Qələvilərin amfoter oksidlərlə qarşılıqlı təsirindən.
Картинки по запросу chemistry
13. Duzların duzlarla qarşılıqlı təsirindən:
   NaCl + AgNO3 → AgCl + NaNO3
14. Əsasi oksidlərlə turşu oksidlərinin qarşılıqlı təsirindən.
15. Duzlarla turşu oksidlərinin qarşılıqlı təsirindən.
16. Duzların parçalanmasından:
   2KNO3 → 2KNO2 + O2

Duzların xassələri
Duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk, kristal maddələrdir. Nitrat və sirkə turşularının bütün duzları suda həll olur. Xlorid turşusunun AgCl və PbCl2duzlarından başqa qalan duzları suda həll olur. Na+, K+, NH4+kationlarının duzlarından başqa qalan karbonatlar, silikatlar və fosfatlar suda həll olmur. Turş duzların molekulunda hidrogen atomlarının sayı çox olduqca onlar bir o qədər yaxşı həll olur (NaHCO3 istisnadır). Duzların kimyəvi xassələri onların metallarla, turşularla, qələvilərlə, turşularla və duzlarla qarşılıqlı təsiri ilə müəyyən olunur.
1. Elektrokimyəvi gərginlik sırasında hər bir metal (qələvi və qələvi-torpaq metallardan başqa) özündən sağda duran metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır.
2. Duzlar qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur. Bu zaman əksər hallarda yeni duz və yeni həll olmayan əsas əmələ gəlir.
3. Duzlar turşularla qarşılıqlı təsirdə olur.
4. Əksər həll olan duzlar bir-birilə qarşılıqlı təsirdə olur. Reaksiya həll olmayan duz əmələ gəldikdə baş verir.
Картинки по запросу chemistry
5. Bəzi duzlar qızdırıldıqda parçalanır.
CaCO3 → CaO + CO2
6. Duzlar qeyri-metallarla qarşılıqlı təsirdə olur.
7. Duzlar turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.
8. Bəzi duzlar su ilə kristalhidratlar əmələ gətirir.
 Картинки по запросу çin duzu
QLAUBER DUZU
Natrium-sulfat
Natrium-sulfat Na2SO4 ümumi formuluna malik qeyri-üzvi birləşmədir. Onun bir neçə hidrat formaları məlumdur. Bütün hidratları suda yaxşı həll olan maddələrdir. Onun,tərkibində on su molekulu saxlayan kristalhidratının illik istehsalı 6 milyon ton təşkil edir. Ondan daha çox yuyucu tozların istehsalında və kağız istehsalı zamanı kağız xamurunun işlənməsində istifadə olunur.
Onun dekahidratı mirabilit mineralı kimi tanınır və bir çox sənaye proseslərində geniş tətbiq olunur. Ona Qlauber duzu da deyilir. Tenardit mineralı bu duzun nadir tapılan susuz kristallarıdır. Ondan üzvi sintezdə quruducu agent kimi istifadə olunur. Heptahidratlar da nadir tapılır.
Qeyd etdiyimiz kimi, bu duzun dekahidratı Qlauber duzu adı ilə bilinir. Onu 1625-ci ildə alman kimyaçısı Rudolf Qlauber Avstriyadan olan bir mineral suda kəşf etdi. O bu duzu "möcüzəli duz" kimi tərcümə olunan Mirabilit adlandırır. Bu adın seçilməsi onun göstərdiyi qəribə xassələrilə bağlıdır. Belə ki 1990-cı illərdə alternativləri meydana çıxana qədər ondan işlətmə dərmani kimi istifadə olunurdu.
XVIII əsrdə Qlauber duzu artıq sənaye miqyasında soda alınması üçün istifadə olunurdu. Beləcə bu duza təlabat kəskin artdı və təbiidir ki, onun istehsalı da sürətləndi. Bu səbəbdən XIX əsrdə natrium sulfatın Leblank prosesi ilə istehsalı soda istehsalının əsas üsuluna çevrilmişdi.
Картинки по запросу chemistry
FİZİKİ VƏ KİMYƏVİ XASSƏLƏRİ
Natrium-sulfat kimyəvi cəhətdən olduqca stabildir. O normal temperaturda bir çox oksidləşdirici və reduksiyaedici agentlərin təsirinə qarşı davamlıdır. Yüksək temperaturda aparılan karbotermal reduksiya nəticəsində onu natrium sulfidə çevirmək olur.
Na2SO4 + 2 C → Na2S + 2 CO2
TURŞU VƏ ƏSASLIĞI
Natrium-sulfatın suda məhlulu neytral xassəli olur. Onun məhlulunda pH-ın qiyməti 7-yə bərabərdir. Bunun səbəbi bu duzun qüvvətli turşu və qüvvətli əsasdan əmələ gəlməsidir. Duz suda həll olan zaman ionlarına ayrılır, əmələ gələn  hər ion polyar su melekulları tərəfindən əhatələnərək hidratlaşırlar. Natrium-sulfat sulfat turşusu ilə reaksiyaya daxil olaraq natrium hidrosulfat əmələ gətirir.
Na2SO4 + H2SO4  2 NaHSO4
Bu reaksiyanın tarazlıq sabiti temperaturdan asılıdır.
Natrium-sulfat tipik ion rabitəli birləşmədir. O özündə Na+ və SO42-ionlarını saxlayır. Məhlulda sulfat ionunun mövcudluğunu aşağıdakı sadə təcrübə ilə isbat etmək olar.
Na2SO4 + BaCl2 → 2 NaCl + BaSO4
Bu reaksiyada həll olan iki duzdan ağ rəngli çöküntünün əmələ gəlməsini müşahidə etmək olar.  Natrum-sulfat kimi tərkibində natrium saxlayan ikiqat sulfatlar da məlumdur. Belə duzlara misal kimi NaAl(SO4)2   NaCr(SO4)2 duzlarını göstərmək olar. Digər qələvi metalların ikiqat duzları da məlumdur. Belə birləşmələrə aid olanNa2SO4·3K2SO4 tərkibli birləşmə təbiətdə Qlaserit mineralı şəklində tapılır. Natrium sulfat və kalium xloriddən Qlaseritin alınması prosesi sənaye miqyasında da gübrə almaq üçün tətbiq olunur. 
Картинки по запросу chemistry
MOLEKUL QURULUŞU
Kristallar oktaedrik quruluşlu [Na(OH2)6]+  ionlarından təşkil olunub. 10 su molekulundan səkkizi həmin oktaedrik strukturun əsasını təşkil edir, qalan iki su molekulu isə sulfat qrupuna bağlanır. Na - O rabitəsinin uzunluğu 240 nm olur.  Ölçülə bilən qalıq entalpiyasının (mütləq sıfır temperaturundakı entalpiya) qiymətinin  6.32 JK−1·mol−1.olması natrium-sulfat dekahidratını digər duz hidratlarından fərqləndirir.
İSTEHSALI
Dünya üzrə natrium-sulfat istehsalında aparıcı yeri illik 5.5-dən 6 milyon tona qədər olan  dekahidrat tutur. 1985-ci il üçün bu qiymət 4.5-ə bərabər olub ki bunun da yarısı təbii mənbələr, qalan yarısı isə sənaye proseslərinin hesabına ödənilib. Bildiyiniz kimi sənaye prosesləri üçün kimyəvi cəhətdən natrium-sulfatın hansı mənbədən götürülməsinin heç bir əhəmiyyəti yoxdur.
TƏBİİ MƏNBƏƏLƏRİ
Dünya üzrə Qlauber duzuna olan təlabatın üçdə ikisi onun təbii mineralı Mirabilit hesabına təmin olunur. 1990-cı ildə Meksika və İspaniya dünyanın aparıcı istehsalçıları sayılırdı. Onların hər birinin ixrac etdikləri duzun illik miqdarı 500.000 ton təşkil edirdi. Müqayisə üçün qeyd edək ki, Rusiya,  ABŞ və Kanada üçün isə bu miqdar 350.000 ton təşkil edir. Planetimizdə bu duzun ehtiyatı bir milyard ton olaraq qiymətlədirilir. Təbii halda natrium-sulfata Tenardit adlı mineral halında rast gəlinir. O havadakı nəmin təsirindən tədricən mirabilitə çevrilir. Bu buza həmçinin Qlauberit adlı mineralın tərkibində kalsium natrium sulfat şəklində də rast gəlinir. Adı çəkilən hər iki mineral Mirabilitdən daha az yayılmışlar.
Картинки по запросу chemistry
SƏNAYESİNDƏ ALINMASI
Dünya üzrə hər il istehsal olunan natrium-sulfatın üçdə biri müxtəlif sənaye proseslərindən yan məhsul olaraq ayrılır. Çünki natrium-sulfat istehsalı elə də bahalı bir proses deyil və ona görə də hazırda yan məhsul kimi əldə olunan natrium-sulfatın miqdarı azalmaqdadır. Natrium-sulfat istehsalının ən mühüm hissəsi xlorid turşusu istehsalı müəsisələrində aparılır. Burada ya xörək duzunu sulfat turşusu ilə, ya da kükürd dioksid ilə işləyirlər. Prosesin son məhsulu olan natrium sulfatı "duz piroqu" da adlandırılar. Reaksiyalar belə baş verir:
2 NaCl + H2SO4 → 2 HCl + Na2SO4
4 NaCl + 2 SO2 + O2 + 2 H2O → 4 HCl + 2 Na2SO4
Digər mühim alınma üsulu isə duru sulfat turşusunun natrium-hidrooksid ilə qarşılıqlı təsiridir. Qeyd edək ki,bu metod laboratoriyada da geniş tətbiq olunur.
2 NaOH(aq) + H2SO4(aq) → Na2SO4(aq) + 2 H2O
Lakin laboratoriyada və məişətdə natrium-sulfat almaq üçün çay sodası və maqnezium-sulfat istifadə etmək daha rahat üsuldur.
2NaHCO3 + MgSO4 → Na2SO4 + Mg(OH)2 + 2CO2
TƏTBİQİ
Qeyd etmək lazımdır ki çoxsaylı tətbiq sahəsi olsa da natrium-sulfat elə də bahalı bir xammal deyil. Yüksək təmizlikdə onun qiyməti hər ton üçün 130 dollara çatır. Bu duz özünün ən geniş tətbiqini məişətdə istifadə olunan yuyucu vasitələrin hazırlanmasında doldurucu kimi tapmışdır. Dünya üzrə illik istehsalın 50 faizi məhz bu istiqamətə sərf olunur. Qeyd olunmalır ki ,onun bu məqsədlə tətbiqi yalnız toz halında olan yuyucu vasitələrə aiddir. Maye yuyucu vasitələrin hazırlanmasında natrium-sulfat istifadə olunmur. Əsasən ABŞ və Kanada üçün səciyyəvi olan bir digər tətbiq sahəsini də qeyd etməsək olmaz. Bu ölkələrdə ondan kağız xamurunun işlənməsi üçün istifadə olunacaq natrium-sulfidin alınması üçün istifadə edirlər. Kraft prosesi kimi bilinən bu reduksiya prosesi 1960-cı illərdə daha geniş tətbiq olunsa də hazırda tətbiqi azalmaqdadır.
Картинки по запросу chemistry
Natrium-sulfatın şüşə sənayesində tətbiqi Avropa ölkələri üçün onun ikinci ən geniş tətbiq sahəsidir. Onu şüşə sənayesində şüşənin tərkibində qalmış qaz qabarcıqlarını kənarlaşdırmaq üçün istifadə edirlər. O şüşənin axıcılığını artırır və emal zamanı şüşədə qaz qabarcıqlarının qalmasına imkan vermir. 1970-ci ildən etibarən Avropa şüşə sənayesi bu məqsədlə hər il 110.000 ton natrium-sulfat istifadə edir.
Natrium-sulfat toxuculuq sənayesi üçün də (xüsusilə Yaponiyada) əvəzolunmaz bir xammal sayılır.  Natrium-sulfat liflərdəki mənfi yükün azalmasını balanslaşdırır. Bu boyanın lifə daha rahat nüfuz etməsinə imkan verir. Bu məqsədlə natrium xlorid onun alternativi kimi tətbiq oluna bilər, lakin o paslanmaz poladdan hazırlanmış detalları paslandırdığı üçün bu məqsədlə istifadə olunmur.
KİÇİKMİQYASLI TƏTBİQ SAHƏLƏRİ
Susuz natrium-sulfatdan laboratoriyada inert quruducu agent kimi üzvi maddələrdən suyun tam kənarlaşdırılması üçün istifadə olunur.  Bu məqsədlə maqnezium-sulfatdan istifadə olunması daha məhsuldar olsa da proses daha çox vaxt aparır. O yalnız 30oC-dən aşağı temperaturda daha effektivdir. Kimyəvi cəhətdən tamamilə inert olduğu üçün bir çox maddələrlə istifadə oluna bilir. Yuxarıda da qeyd etdiyimiz kimi Qlauber duzu (natrium-sulfatın dekahidrat forması) işlədici xüsusiyyətə malikdir. Hər hansı dərman maddəsi yüksək dozada qəbul olunduğu zaman onu orqanizmdən kənarlaşdırmaq üçün bu duzdan istifadə edilir.

1953-cü ildə natrium-sulfatdan passiv, günəş enerjisi ilə isidilən sistemlərdə istilik daşıyıcısı kimi istifadə olunan suya qatqı kimi istifadə olunurdu. Buna səbəb onun isitilik tutumunun olduqca yüksək olması idi. 78,2 kC/mol istilik tutumu və suda yaxşı həll olması onu bu məqsədlə sərfəli edirdi. Bütün bunlardan başqa natrium sulfatın donmayan pəncərələrdə, xalça təravətləndiricilərində, nişasta istehsalında və mal -qara yemlərinə edilən əlavə kimi tətbiqi də məlumdur.
Картинки по запросу chemistry
TƏHSÜKƏSİZLİK TƏDBİRLƏRİ
Baxmayaraq ki ,nartium-sulfat sağlamlıq üçün zərəsiz bir madddə kimi etibar qazanıb, onunla ehtiyatla davranmaqda fayda var. Onun tozu astma yarada bilər və həmçinin gözlər üçün qıcıqlandırıcı təsiri vardır.
Картинки по запросу çin duzu
Çin Duzu
mononatrium qlutamat

Çin duzu olaraq da bilinən mononatrium qlutamat (bundan sonra MNQ) qlutamin turşusunun natrium duzudur. Apardığım araşdırma belə qənaətə gətirdi ki, bu duzun əslində Çinlə heç bir əlaqəsi yoxdur. Robert Ho Man Kuok adlı bir nəfər Çin restoranında yemək yedikdən sonra özünü pis hiss edir və bunun səbəbinin o restoranda yeməklərə qatılan hansısa bir duz ola biləcəyi qənaətinə gəlir. Bu əhvalatdan sonra ortaya çıxan "Çin Duzu" ifadəsini MNQ ilə bağlayan da məhz o adam olmuşdur. O belə hesab edirdi ki, onu o hala salan Çin restoranında yeməklərə qatılan MNQ-dir.
  Amerika mənbələrində təhlükəsiz olduğu qeyd olunsa da,Avropa birliyinə daxil olan ölkələrdə o bir qida əlavəsi olaraq təsnif edilir. Qida  paketlərinin üzərində E621 kodunun olması onun tərkibində bu duzun olduğunu göstərir. Bu duzu ilk dəfə 1908-ci ildə Yapon biokimyaçısı professor Kikunae İkeda Yapon mətbəxinə aid bir çox yeməklərdə istifadə olunan Kumbo adlı dəniz yosunundan kristallaşdırma metodu ilə ayırmışdır. (Bəzi Azərbaycan mənbələrində bu duzun kəşfi  alman kimyaçısı Karl Henrik Rithausenin adı ilə bağlansa da araşdırmam bu səhvi ortaya çıxardı. Məlum oldu ki həmin alim mononatrium qlutamatı deyil qlutamin turşusunun özünü kəşf edən şəxsdir.)  Professor bu duzu ayırmaqla kifayətlənməyib onun üzərində çoxsaylı araşdırmalar aparmış və belə qənaətə gəlmişdir ki, qlutamin turşusunun duzları arasında qida üçün ən əlverişli olanı məhz mononatrium-qlutamatdır. O həmçinin qeyd edirdi ki, bu duz digərlərindən daha asan kristallaşır və suda daha yaxşı həll olur. Hazırda elmə məlumdur ki, bu duz hiqroskopik xassəli olmayıb suda yaxşı həll olsa da efir kimi qeyri-polyar həlledicilərdə praktik olaraq həll olmayandır. Bu tədqiqatlardan sonra Yaponiyalı Suzuki qardaşları bu duzun başqa ölkələrə ixracını təşkil etməyə başaldılar. Beləcə bu duzu ticarət predmeti kimi istifadə edən ilk ölkə Yaponiya oldu.
 Картинки по запросу çin duzu
   Mononatrium-qlutamat aşağıdakı üsullarla əldə oluna bilər:
1. Bitki mənşəli proteinlərin xlorid turşusu iştrakında hidrolizi.
2. Akrilnitril istifadə etməklə birbaşa sintez
3. Bakteriyaların iştrakı ilə fermentativ sintez
  Hazırda bu duzu əsasən üçüncü üsulla sintez edirlər.  Proses nəticəsində əvvəlcə L-qlutamin turşusu alınır. Onun qələvi ilə neytrallaşmasından mononatrium-qlutamat əldə edilmiş olur. Hazırda bu duz təbii halda pomidor, pendir və başqa təbii məhsullarda rast gəlinir.
  Bu duz artıq yüz ildən çoxdur ki, bir qida əlavəsi olaraq insanlar tərəfindən istifadə olunur (təbii ki saf halda deyil). Qida kimi istifadə olunduğu  zaman bişirilmə zamanı Millard reaksiyalarına daxil ola bilir. Qeyd etmək lazımdır ki, uyğun dadlandırıcılarla istifadə olunmadığı zaman onun özü elə də yaxşı dada malik olmur. Lakin digər maddələr ilə uyğun nisbətdə götürülərsə,yeməklərə maraqlı dad vermək xüsusiyyəti onu əvəzolunmaz edir. Lakin bu duzun artıq miqdarı yeməklərin dadında xoşagəlməz dəyişikliklərə səbəb ola bilir. Misal üçün ət suyunun hər 100 ml-də bir qramdan daha artıq götürülən MNQ artıq yeməyin dadını qaçırır.  Yeməklərdə bu duzun istifadə olunması xörək duzunun istifadəsini azaltmağa imkan verir. Belə ki, MNQ qatılmış yeməklərdə xörək duzunun miqdarı 30 faizə qədər azaldıla bilər. MNQ bu miqdarın azaldığını hiss etdirməmək imkanına sahibdir. Nəzərə alsaq ki, xörək duzu ürək xəstəliklərinə və infarkt riskinə yol açır, bu duzun faydasını rahatca görə bilərik.

 Mətbuatda bu duzun insan sağlamlığı üçün zərərləri haqqında çox məlumata rast gəlsək də, qida əlavələrinin insan sağlamlığına təsirlərini araşdıran təşkilatlar MNQ-ın yeməklərdə aromatizator olaraq istifadəsini tamamilə təhlükəsiz hesab edir. Gəmiricilər üzərində aparılan tədqiqiatların nəticəsinə görə onların bədən kütləsinin hər kiloqramına 3 qramdan daha çox MNQ daxil olduğu zaman o özünün nevrotoksik təsirini göstərir. Lakin bu onu təhlükəli qəbul etmək üçün əsas vermir. Çünki insanlar və digər primatlar üçün bu duzun LD50 kəmiyyətinin qiyməti 25-18 q/kq olaraq hesablanmışdır. Bu o deməkdir ki, çəkisi 70 kq olan bir insan bu duzun zəhərli təsirini müşahidə etmək üçün ondan 1260 qram qəbul etməlidir.   Avstraliyada və Yeni Zellandiyada aparılan tədqiqatlar əhalinin yalnız bir faizində bu duzun çoxlu miqdarının qəbulu zamanı baş ağrısı, ümumi halsızlıq, uyuşma və qızarma kimi keçici əlamətlərin müşahidə olunduğunu göstərib. Bunu nəzərə alaraq qanunlarda göstərilir ki, istehsalçı istehsal etdiyi ərzaq məhsulunun üzərində bu duzdan istifadə edilməsi barədə xəbərdarlıq yerləşdirməlidir. Bu duzun çox yeməyə və yüksək əqli inkişafa səbəb olması ilə bağlı yayılan məlumatlar da tədqiqatlarda öz təsdiqini tapmayıb. 
 Картинки по запросу ingilis duzu
İngilis Duzu
Maqnezium-sulfat
1618-ci ildə İngiltərənin Epsom vilayətindən olan Henri Uiker adlı bir fermer inəklərinin bir quyunun suyunu içməkdən imtina etməsini müşahidə edir. O həmin sudan özü içməyə cəhd edəndə suyun acı olduğunu görür. O vaxtdan həmin suya acılıq verən bu duz ingilis duzu  adı ilə məhşurlaşır.
  İngilis duzu olaraq da bilinən maqnezium-sulfata təbiətdə monohidrat formasında rast gəlinir. Onun süni yolla alınan kristalhidratı heptahidrat olub bir molunda 7 mol su saxlayır. Görünüşcə ağ, kristal mddə olan bu duz suda və qliserində yaxşı həll olur. Etil spirtində həll olması isə zəifdir. Onu yeraltı suların buxarlandırılmasından əldə edirlər.


  Tətbiq sahələri çoxşaxəlidir. Bildiyimiz kimi maqnezium elementi xlorofilin strukturuna daxil olduğundan bitkilər üçün əhəmiyyətlidir. Yetərincə maqnezium ionu qəbul edə bilən bitkinin yarpaqları daha məhsuldar fotosintez apara bilir, beləcə bitki daha güclü və daha dözümü olur. Bu səbəbdən maqnezium-sulfat maqnezium gübrəsi kimi istifadə olunur. Bundan başqa ondan dərman və toxuculuq sənayesində, həmçinin kosmetika və yuyucu vasitələrin hazırlanmasında da istifadə edirlər. Bir dərman kimi ondan qan təzyiqinə və qandakı maqneziumun miqdarına təsir göstərmək üçün istifadə olunur. Susuz maqnezium-sulfatdan ammonyak, aminlər, nitrillər, karbohidrogenlərin halogenli törəmələri, aseton kimi bir çox maddənin susuzlaşdırılmasında istifadə edirlər. Ondan üzmə terapitalarında hovuzdakı suyun sıxlığını dəyişmək məqəsdi ilə də istifadə edilə bilir. Bəzi mənbələrdə maqnezium-sulfat qarışdırılmış suda ayaqların saxlanılması zamanı ayaq ağrılarının yüngülləşdiyi yazılır. Tibbdə ondan işlətmə dərmanı kimi və sidik qovucu vasitə kimi istifadə olunur. Bu duzun böyrək daşlarının tökülməsində və öd qatılaşmalarını aradan qaldırmasında da rolu olduğu göstərilir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, bu duzun tibbi məqsədlər içün istifadəsi zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır. Belə ki, artıq miqdarı qəbul edildiyi zaman qızdırma, islah və qusma kimi hallar müşahidə oluna bilər. Onun intensiv istifadə olunması isə orqanizmdən su ixracını artırdığı üçün mineral çatışmazlığına səbəb ola bilər.
  Картинки по запросу ingilis duzu

5 yorum:

  1. Cox gozel sehivedi...GOZEL MELUMATLAT TOPLADIM...Tesekkurler! Mene ne lazim idise hamisini tapdim....Cox sagolasiz!.....

    YanıtlaSil
  2. Her bir duzlarin növləri de olsaydi çox gözəl olardi

    YanıtlaSil
  3. Duzların kütləsi haqqında məlumat yoxdur 😔👊😠🤔. 💩💩💩🤡🤡😈👿🖕🏿🤟

    YanıtlaSil
  4. Duzların insan həyatında əhəmiyyəti olsa yaxşı olardı

    YanıtlaSil