Kimyəvi elementlər


Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyev tərtib etmişdir. Həmin cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin forma və xassələri atom yükündən dövri surətdə asılıdır.

Картинки по запросу kimyevi elementlerKimyəvi element - Eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen bir elementdir.
Bir elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıqeynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomların arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdənuklon adlanır.Похожее изображение
Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır.  Elementlərin yer qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir. Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O - 49,1%, Si - 26,0%, Al - 7,5%, Fe - 4,2%, Ca - 3,2%, Na - 2,4%, K - 2,3%, Mg - 2,3%, H - 1,0%, Ti - 0,9%. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.
Elementlərin xassələri

D.İ.Mendeleyevin tərtib etdiyi dövri cədvəlin qısa variantı
Похожее изображениеElementlər metallarqeyri-metallar və təsirsiz qazlar olmaqla üç əsas təsnifə bölünür. Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa doğru isə dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi vəziyyətdə düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər ayrılıqda müvafiq olaraq əsas və əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A qrupu) deyilir. Yalnız böyük dövr elementlərindən təşkil olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu)deyilir.
Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I, II, III qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At) diaqonalından aşağıda yerləşir. Metalların atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar güclü reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır. Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və strukturundan asılı olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi azalır. Картинки по запросу elementler
Temperatur azaldıqda isə əksinə, elektrik keçiriciliyi artır. Metalların hər birinin özünəməxsus ərimə temperaturu var. Ən aşağı ərimə temperaturu olan metal Civə-dir. Civənin ərimə temperaturu "−38.8290°C"-dir. Ən yüksək ərimə temperaturu olan metal isə Volfram-dır. Onun ərimə temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan maye halına keçmə temperaturuna ərimə temperaturu deyilir. Ərimə temperaturu 700 °C-dək olan metallara asanəriyən, 700 °C-dən yüksək olan metallara isə çətinəriyən metallar deyilir.
Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir. Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan kövrək maddələrdir. Bor və silisium yarımkeçirici xassəyə malikdir. Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə elektron birləşdirir. Ən güclü oksidləşdirici element flüordur. Flüorla qarşılıqlı təsirdə bütün elementlər oksidləşir, yəni reduksiyaedici olur. Çünki, Flüor ən yüksək elektromənfiliyi olan elementdir. Elementlərin elektromənfilikləri azaldıqca qeyri-metalların oksidləşdiricilik xassələri zəifləyir. Qeyri-metallar oksigenlə turşu oksidləri əmələ gətirir. Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu xassələri artır, yuxarıdan aşağıya doğru isə zəifləyir.
Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu qazlar oxşar kimyəvi quruluşa malik, çox aşağı kimyəvi reaktivliyi olan, qoxusuz, rəngsiz biratomlu qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da aşağı olub, sadəcə 10 °C ilə fərqlənir. Bu elementləriən sayı metallar və qeyri-metallara nisbətən çox azdır. Cəmi 6 təsirsiz qaz var, həmin qazlar bunlardır: HeNeArKrXeRn.
Картинки по запросу elementler
Elementlərin elektron formullarının yazılışı zamanı energetik yarımsəviyyələrdəki elektronların sayı müvafiq hərfi işarələrin üst indeksində göstərilir. Elektronların sayı eyni zamanda energetik səviyyə və yarımsəviyyələrdə göstərildikdə s, p, d, f hərflərinin əvvəlində müvafiq olaraq energetik səviyyənin nömrəsi yazılır.
Elementlərin dövrlər üzrə bəzi xassələri:
·         Atom nüvəsinin yükü artır
·         Xarici təbəqədə elektronların sayı artır
·         Atomun radiusu azalır
·         Elektromənfilik artır
·         Metallıq xassələri zəyifləyir, qeyri-metallıq xassələri güclənir
·         Reduksiyaedicilik xassə azalır, oksidləşdirici xassə artır
Elementlərin A qrupları üzrə bəzi xassələri:
·         Atom nüvəsinin yükü artır
·         Xarici təbəqədə elektronların sayı dəyişmir
·         Atomun radiusu artır
·         Elektromənfilik azalır
·         Metallıq xassələri güclənir, qeyri-metallıq xassələri zəyifləyir
·         Reduksiyaedicilik xassə artır, oksidləşdirici xassə azalır
Kimyəvi elementlər[redaktə | əsas redaktə]
Adı
İşarəsi
Sadə elektron formulu
Aqreqat halı
Nisbi atom
kütləsi
1
H
1
1s1
Qaz
1.0079 g/mol
2
He
1
1s2
Qaz
4.0026 g/mol
3
Li
2
2s1
Bərk
6.941 g/mol
4
Be
2
2s2
Bərk
9.01218 g/mol
5
B
2
2s2 2p1
Bərk
10.81 g/mol
6
C
2
2s2 2p2
Bərk
12.011 g/mol
7
N
2
2s2 2p3
Qaz
14.0067 g/mol
8
O
2
2s2 2p4
Qaz
15.9994 g/mol
9
F
2
2s2 2p5
Qaz
18.998403 g/mol
10
Ne
2
2s2 2p6
Qaz
20.179 g/mol
11
Na
3
3s1
Bərk
22.98977 g/mol
12
Mg
3
3s2
Bərk
24.305 g/mol
13
Al
3
3s2 3p1
Bərk
26.98154 g/mol
14
Si
3
3s2 3p2
Bərk
28.0855 g/mol
15
P
3
3s2 3p3
Bərk
30.97376 g/mol
16
S
3
3s2 3p4
Bərk
32.06 g/mol
17
Cl
3
3s2 3p5
Qaz
35.453 g/mol
18
Ar
3
3s2 3p6
Qaz
39.948 g/mol
19
K
4
4s1
Bərk
39.0983 g/mol
20
Ca
4
4s2
Bərk
40.08 g/mol
21
Sc
4
4s2 3d1
Bərk
44.9559 g/mol
22
Ti
4
4s2 3d2
Bərk
47.9 g/mol
23
V
4
4s2 3d3
Bərk
50.9415 g/mol
24
Cr
4
4s2 3d4
Bərk
51.996 g/mol
25
Mn
4
4s2 3d5
Bərk
54.938 g/mol
26
Fe
4
4s2 3d6
Bərk
55.847 g/mol
27
Co
4
4s2 3d7
Bərk
58.9332 g/mol
28
Ni
4
4s2 3d8
Bərk
58.7 g/mol
29
Cu
4
4s2 3d9
Bərk
63.546 g/mol
30
Zn
4
4s2 3d10
Bərk
65.38 g/mol
31
Ga
4
4s2 3d10 4p1
Bərk
69.72 g/mol
32
Ge
4
4s2 3d10 4p2
Bərk
72.59 g/mol
33
As
4
4s2 3d10 4p3
Bərk
74.9216 g/mol
34
Se
4
4s2 3d10 4p4
Bərk
78.96 g/mol
35
Br
4
4s2 3d10 4p5
Maye
79.904 g/mol
36
Kr
4
4s2 3d10 4p6
Qaz
83.8 g/mol
37
Rb
5
5s1
Bərk
85.4678 g/mol
38
Sr
5
5s2
Bərk
87.62 g/mol
39
Y
5
5s2 4d1
Bərk
88.9059 g/mol
40
Zr
5
5s2 4d2
Bərk
91.22 g/mol
41
Nb
5
5s2 4d3
Bərk
92.9064 g/mol
42
Mo
5
5s2 4d4
Bərk
95.94 g/mol
43
Tc
5
5s2 4d5
Bərk
98 g/mol
44
Ru
5
5s2 4d6
Bərk
101.07 g/mol
45
Rh
5
5s2 4d7
Bərk
102.9055 g/mol
46
Pd
5
5s2 4d8
Bərk
106.4 g/mol
47
Ag
5
5s2 4d9
Bərk
107.868 g/mol
48
Cd
5
5s2 4d10
Bərk
112.41 g/mol
49
In
5
5s2 4d10 5p1
Bərk
114.82 g/mol
50
Sn
5
5s2 4d10 5p2
Bərk
118.69 g/mol
51
Sb
5
5s2 4d10 5p3
Bərk
121.75 g/mol
52
Te
5
5s2 4d10 5p4
Bərk
127.6 g/mol
53
I
5
5s2 4d10 5p5
Bərk
126.9045 g/mol
54
Xe
5
5s2 4d10 5p6
Bərk
131.3 g/mol
55
Cs
6
6s1
Bərk
132.9054 g/mol
56
Ba
6
6s2
Bərk
137.33 g/mol
57
La
6
6s2 4f1
Bərk
138.9055 g/mol
58
Ce
6
6s2 4f2
Bərk
140.12 g/mol
59
Pr
6
6s2 4f3
Bərk
140.9077 g/mol
60
Nd
6
6s2 4f4
Bərk
144.24 g/mol
61
Pm
6
6s2 4f5
Bərk
145 g/mol
62
Sm
6
6s2 4f6
Bərk
150.4 g/mol
63
Eu
6
6s2 4f7
Bərk
151.96 g/mol
64
Gd
6
6s2 4f8
Bərk
157.25 g/mol
65
Tb
6
6s2 4f9
Bərk
158.9254 g/mol
66
Dy
6
6s2 4f10
Bərk
162.5 g/mol
67
Ho
6
6s2 4f11
Bərk
164.9304 g/mol
68
Er
6
6s2 4f12
Bərk
167.26 g/mol
69
Tm
6
6s2 4f13
Bərk
168.9342 g/mol
70
Yb
6
6s2 4f14
Bərk
173.04 g/mol
71
Lu
6
6s2 4f14 5d1
Bərk
174.967 g/mol
72
Hf
6
6s2 4f14 5d2
Bərk
178.49 g/mol
73
Ta
6
6s2 4f14 5d3
Bərk
180.9479 g/mol
74
W
6
6s2 4f14 5d4
Bərk
183.85 g/mol
75
Re
6
6s2 4f14 5d5
Bərk
186.207 g/mol
76
Os
6
6s2 4f14 5d6
Bərk
190.2 g/mol
77
Ir
6
6s2 4f14 5d7
Bərk
192.22 g/mol
78
Pt
6
6s2 4f14 5d8
Bərk
195.09 g/mol
79
Au
6
6s2 4f14 5d9
Bərk
196.9665 g/mol
80
Hg
6
6s2 4f14 5d10
Maye
200.59 g/mol
81
Tl
6
6s1 4f14 5d10 6p1
Bərk
204.37 g/mol
82
Pb
6
6s1 4f14 5d10 6p2
Bərk
207.2 g/mol
83
Bi
6
6s1 4f14 5d10 6p3
Bərk
208.9804 g/mol
84
Po
6
6s1 4f14 5d10 6p4
Bərk
209 g/mol
85
At
6
6s1 4f14 5d10 6p5
Bərk
210 g/mol
86
Rn
6
6s1 4f14 5d10 6p6
Bərk
222 g/mol
87
Fr
7
7s1
Bərk
223 g/mol
88
Ra
7
7s2
Bərk
223 g/mol
89
Ac
7
7s2 5f1
Bərk
227.0278 g/mol
90
Th
7
7s2 5f2
Bərk
232.0381 g/mol
91
Pa
7
7s2 5f3
Bərk
231.0359 g/mol
92
U
7
7s2 5f4
Bərk
238.029 g/mol
93
Np
7
7s2 5f5
Bərk
237.0482 g/mol
94
Pu
7
7s2 5f6
Bərk
244 g/mol
95
Am
7
7s2 5f7
Bərk
243 g/mol
96
Cm
7
7s2 5f8
Bərk
247 g/mol
97
Bk
7
7s2 5f9
Bərk
247 g/mol
98
Cf
7
7s2 5f10
Bərk
251 g/mol
99
Es
7
7s2 5f11
Bərk
252 g/mol
100
Fm
7
7s2 5f12
257 g/mol
101
Md
7
7s2 5f13
258 g/mol
102
No
7
7s2 5f14
259 g/mol
103
Lr
7
7s2 5f14 6d1
260 g/mol
104
Rf
7
7s2 5f14 6d2
261 g/mol
105
Db
7
7s2 5f14 6d3
262 g/mol
106
Sg
7
7s2 5f14 6d4
263 g/mol
107
Bh
7
7s2 5f14 6d5
262 g/mol
108
Hs
7
7s2 5f14 6d6
265 g/mol
109
Mt
7
7s2 5f14 6d7
266 g/mol
110
Ds
7
7s2 5f14 6d8
271 g/mol
111
Rg
7
7s2 5f14 6d9
272 g/mol
112
Cn
7
7s2 5f14 6d10
285 g/mol
113
Uut
7
7s2 5f14 6d10 7p1
286 g/mol
114
Fl
7
7s2 5f14 6d10 7p2
289 g/mol
115
Uup
7
7s2 5f14 6d10 7p3
289 g/mol
116
Lv
7
7s2 5f14 6d10 7p4
293 g/mol
117
Uus
7
7s2 5f14 6d10 7p5
294 g/mol
118
Uuo
7
7s2 5f14 6d10 7p6
294 g/mol

1 yorum: