SU

Картинки по запросу suSu - Yer kürəsinin axarsu, göldəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirən şəffaf və rəngsizə yaxın kimyəvi maddə. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Su sözü maddənin standard şərtlərdə maye olan halını ifadə edir lakin qatı yeni buz və qaz yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qarbuzlaqaysberqbulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur.
Kimyəvi formulu H2O şəklindədir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Təbiətdə suyun 2 növü vardır: adi və Ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir. Süni yolla tərkibində tritium olan daha ağır su əldə edilmişdir. Su yaradıcı və həyatverici qüvvədir. Su olmadan müxtəlif zərrəciklərin qarışması və yayılması mümkünsüzdür. Su Yer üzündə xaos yaratmış, eyni zamanda həyatla dolu planet əmələ gəlmişdir. Suyun öyrənilməsi müəyyən mənada kainat qanunlarının öyrənilməsi deməkdir. Lap bu yaxınlarda alimlər sensasiya doğuran hipotez irəli sürmüşlər. Həmin hipotezə görə, kainat qanunları suda yazılmışdır. İlahi tənasüb adlanan qızıl nisbət qar suyunun molekulunda aşkar edilmişdir.
Adi suda hidrogen atomları arasındakı bucaq 104 dərəcədir, qar suyunda isə həmin bucaq dəyişməz olaraq 108 dərəcəyə, hidrogen rabitələrinin uzunluqlarının nisbəti 0,618-ə bərabərdir. Bu, suyun xüsusi halıdır. 
Donaraq sonradan əriyən su öz yaddaşından həyatın baza proqramı istisna olmaqla, bütün informasiyanı silir. 
Budaqda yarpaqların, çiçəkdə ləçəklərin düzülüşü, DNT molekulları, Kainatın özü məhz bu proqram əsasında mümkün olmuşdur. Elə çıxır ki, bütün canlı varlıqlara inkişaf proqramı su vasitəsilə ötürülür.
Suya həyatın bütün anlarında xüsusi önəm verilir. Nə dadı, nə rəngi, nə də ki, qoxusu olan su dünyanın ən böyük sərvətidir. Su həyatın özüdür. Ona görə də deyirlər ki, canlı orqanizm canlı sudur. Su universal bir maddədir, həyat bu maddəsiz mümkün deyildir. Su bütün canlıların vacib tərkib hissəsidir. Bitkilər 90 faiz, insan bədəni isə təqribən 70 faiz sudan ibarətdir. Fantast yazıçılardan biri deyib ki, insan özünü maye hesab edə bilər. 
İnsan orqanizminin hər bir hüceyrəsi müxtəlif qida maddələrindən ibarət su məhlulundan ibarətdir. Qanın tərkibi 92 faiz, böyrəklər 82 faizədək, beyin 85 faizədək, qaraciyər 69 faizədək, əzələlər 75 faiz, piy toxumaları 25 faiz, sümüklər 28 faizədək sudan ibarətdir. Körpələrin orqanizmində 86 faiz, qocaların orqanizmində isə 50 faiz su olur.
Похожее изображение

Orqanizmdə kifayət miqdarda suyun olması sağlam həyat tərzi üçün əsas şərtlərdən biridir. Su insan bədənində gedən kimyəvi reaksiyalarda fəal iştirak edir. Su hər bir toxumaya qida maddəsi gətirir, toksinləri, şlakları, duz artığını orqanizmdən çıxarır, qan təzyiqinin aşağı düşməsinə yardım göstərir. Kifayət qədər su içən adamın böyrəklərində daş əmələ gəlməsinin qarşısı alınır. Su oynaqları «yağlamaqla» onurğa beyni üçün amortizator rolunu oynayır. Su bədən temperaturunu tənzimləyir, dərinin elastikliyini qoruyur. Su normal həzm prosesi üçün zəruridir. Maddələr mübadiləsində iştirak edən bu unikal maye piy toplanmasının qarşısını almağa və çəkini azaltmağa imkan verir. Arıqlamaq istəyən bəziləri düşünürlər ki, onların orqanizmləri suyu saxlayır və bu səbəbdən də az su içməyə çalışırlar. Halbuki su təbii sidikqovucu vasitədir. Buna görə də çox su içilməsi arıqlamağa kömək edir. Arıqlamaq istəyən hər bir kəs aclıq hiss edəndə yeməyə girişmək əvəzinə su içməklə iştahasını küsdürə bilər və yüksək kalorili yemək yeməz. 
Fransız xanımları qədd-qamətlərini qoruyub saxlamaq üçün gün ərzində az-az mineral su içirlər. 
Orqanizmdə suyun optimal miqdarda qalmasına həmişə diqqət yetirilməlidir. 
Lazımi qədər su içməyən adamların orqanizminin normal həyat fəaliyyəti pozulur. Belələri tez yorulur, iş qabiliyyətini itirir. Bu səbəbdən onların qida həzmi prosesi pozulur, biokimyəvi reaksiyalarının gedişi yavaşıyır, qanın özlülüyü (qatılığı) artır və nəticədə tromb əmələ gəlməsi üçün şərait yaranır, qan əmələ gəlməsi prosesi pozulur. Su olmadan orqanizmin ətraf mühitlə istilik mübadiləsinin tənzimlənməsi və bədənin temperaturunun sabit saxlanması baş tutmur.

Beyin 80-85 faiz sudan ibarət olduğuna görə, onun nisbətən susuzlaşması beyin hüceyrələrində güclü stress yaradır. Susuzlaşma orqanizmin mühüm funksiyalarına mənfi təsir göstərir, onu (orqanizmi) zəiflətməklə müxtəlif xəstəliklər (astma, allergiya, yüksək arterial təzyiq, artıq çəki, depressiya) törənməsinə səbəb olur. Alimlərin hesablamalarına görə, hər bir adamın suya olan gündəlik ehtiyacı 1,2-1,5 litrdir. Amma son vaxtlar bəzi mütəxəssislər hər bir normal adamın gündə 2 litr su içməsini məsləhət görürlər. Yoqlar da gündə 8-10 stəkan (təqribən 2 litr) təmiz su içməyin tərəfdarıdırlar. 
Alman alimləri müəyyən etmişlər ki, çox su və şirə içən tələbələr az su içən tələbələrə nisbətən daha dözümlü və yaradıcılığa daha çox meyilli olurlar. 
Ac qalan insan əgər su içərsə təqribən 50 gün yaşaya bilər. Susuz qalan ac adam isə 5 gündən sonra dünyasını dəyişir.
Elm sübut etmişdir ki, sıyığın tərkibində 80 faizədək, çörəyin tərkibində təqribən 50 faiz, ətdə 58-67 faiz, tərəvəzdə və meyvələrdə 90 faizədək su olur.
Qaynanmış, təmizlənmiş, qaz vurulmuş su yox, mineral maddələrlə zəngin su içənlərin beyni və bütün orqanizmi daha yaxşı fəaliyyət göstərir. Qanın mikroskop altında tədqiqi sübut etmişdir ki, müasir xəstəliklərin bir çoxunun baş verməsi səbəbi orqanizmin susuzlaşması (suyunun çəkilməsi) və bunun da nəticəsində qanın tərkibinin korlanmasıdır.
Картинки по запросу su

Həyatımızın bütün prosesi quruma prosesidir. İnsan bədəni də hər bir tərəvəz və meyvə kimi çox qaldıqda xarici görkəmini dəyişir, quruyur və qırışır. İnsan uzun müddət və bəxtəvər yaşaması üçün xaricini yuduğu kimi, daxilini də yumalıdır. Bunun üçün hər gün orqanizmini qaynadılmış su ilə yox, təmiz su ilə təmizləməlidir. Sudan müntəzəm istifadə olunması təfəkkürü və beynin koordinasiya fəaliyyətini yaxşılaşdırır. İnsan susuz olduğunu hiss edənə qədər də su içməlidir. Ona görə ki, susuzluq refleksi özünü bir qədər gec də göstərə bilir. 
İnsan orqanizmi bütöv bir «su təsərrüfatıdır». Çəkisi 60 kq olan adam bilməlidir ki, həmin çəkinin 42 kiloqramı sudur. İnsanın hər bir hərəkətində su işlənir. O, gözünü qırpanda su göz almacığını isladır. Udulan su qida borusunu nəmləndirir. Hər dəfə nəfəs verəndə orqanizmdə su ehtityatı azalır. Belə olduqda orqanizm «Su istəyirəm. Mənə su ver» siqnalını canlandırır. İnsan bəzən bu siqnalı heç hiss etmir də. Yaş artdıqca insanın su yanğısı azalır. Yaşlılarda əzələlər zəifləyir. Onlarda çox vaxt aydın təfəkkür qabiliyyəti azalır. Bunun səbəbi əzələlərdə və beyində suyun çatışmamasıdır. Bir çoxları özlərini «quru rejimə» alışdırmışlar. Onlar deyirlər ki, orqanizmlərinin tələb etdiyi qədər su içirlər. İş burasındadır ki, daim maye defisitinə məruz qalan orqanizm, ola bilsin ki, heç su tələb etməsin. Buna baxmayaraq yanğı oldu-olmadı, su içmək vacibdir.
Su təkcə maye deyildir, hüceyrələr üçün qida mühitidir. Su Kainatda molekulyar hidrogendən sonra ən çox yayılmış molekulyar maddədir. Su ulduzların əmələ gəlməsində və həyatın bioloji formalarının yaranması prosesində mühüm rol oynayır. Suyun maye formasında varlığı canlı orqanizmlərin inkişafı üçün mühüm şərtdir. Buna görə də Mars planetinin və digər planetlərin tədqiqi zamanı onlarda suyun olub-olmamasını müəyyənləşdirmək üçün aparılan axtarışlar mühüm əhəmiyyət kəsb edir. 
Картинки по запросу su

Planetimizin dörddə üç hissəsini tutan su həyatın beşiyi sayılır. O, həm də güclü geoloji amil olaraq əsas geoloji proseslərin gedişinə təsir göstərir. Elə bir mineral, süxur, canlı cisim yoxdur ki, tərkibində su olmasın. 

İndiki elmi-texniki tərəqqi dövründə insanın təbiətə qarşı etinasız münasibəti nəticəsində Yer üzündə ekoloji vəziyyət son dərəcə pisləşdiyindən insanın mövcudluğu təhlükə altındadır. Ətraf mühitin yad təsirlərdən (havada radiasiya çirklənmələrindən, elektromaqnit sahələrindən, suda kanserogen və toksik maddələrdən) mühafizəsi üçün kompleks tədbirlərin görülməsi ümdə məsələyə çevrilmişdir. Sututarlarda suyun tərkibinin çox pisləşməsi onu (suyu) insanın bir növ düşməninə çevirmişdir. İnfeksion xəstəliklərin səbəbi içməli su götürülən açıq mənbələrdə, hətta artezian quyularında suyun tərkibində xəstəlik törədicilərin çoxalmasıdır. Çox vaxt insanlar vəba, qarın yatalağı, dizenteriya xəstəliklərinə gigiyenik tələblərə cavab verməyən su vasitəsilə yoluxurlar. İçməli suda mis konsentrasiyasının artması böyrəklərin və qaraciyərin selikli qişasının zədələnməsinə səbəb olur. İçməli su nikel konsentrasiyasının yüksəlməsi nəticəsində insanın dərisini zədələyir, sinkin miqdarının yol veriləndən artıq olması isə böyrəklərin normal fəaliyyətini pozur. Arsenin konsentrasiyasının çoxluğu nəticəsində mərkəzi sinir sistemi zədələnir. Qurğuşun sümüklərdə yığılaraq mərkəzi sinir sistemində dəyişikliklərə (polinevritə, serebral arterioskleroza) səbəb olur, qanda hemoqlobinin miqdarı, eritrositlərin sayı azalır, maddələr mübadiləsi pozulur. Hətta az miqdarda qurğuşun böyrəkləri zədələyir. Suda flüorun miqdarının artması orqanizmin sümük, sinir və fermentativ sistemlərinə pis təsir göstərir, dişləri çürüdür (flüoroz). Suyun mikroblarla çirklənməsi bağırsaq infeksiyalarına səbəb olur. Suyu dezinfeksiya etmək üçün istifadə edilən xlorun miqdarı yolveriləndən çox olduqda suda xlor tərkibli toksik, mutagen və kanserogen maddələr əmələ gəlir.
Yer üzünün dörddə üç hissəsi sudur. Onu digər planetlərdən fərqləndirən cəhət də budur. Suyun köməyi ilə sututarları zərərli maddələrdən təmizləməklə onları canlandırırlar, zəlzələlərin və digər təbii fəlakətlərin baş verəcəyini qabaqcadan müəyyənləşdirə bilirlər.
Bütün fiziki həyatın sudan əmələ gəldiyini elm qəbul edir. İnsan orqanizmi planetimizin kiçildilmiş inikasıdır, ona görə ki, insan orqanizminin də dörddə üç hissəsi sudan ibarətdir. İnsandan tutmuş meduzalara və amöblərə qədər bütün canlı orqanizmlərdə orta hesabla 65 faizdən 98 faizədək su var. Hətta insan sümüklərinin beşdə bir hissəsi xalis sudur. Dörd həftəlik insan embrionu 92 faiz sudan ibarətdir. Anadan təzə olmuş südəmər körpənin orqanizmində suyun miqdarı 75 faizə, yaşlı adamların orqanizmində isə 60-65 faizə bərabərdir. İnsanın ən mühüm orqanlarında, məsələn, beyində suyun miqdarı 85 faiz, qanda 84 faiz, digər orqanlarda 68-85 faizdir. İnsan orqanizmində maddələr mübadiləsi proseslərinin 99 faizi suyun olması ilə əlaqədardır. Ona görə ki, su ən yaxşı informasiya daşıyıcısıdır. Bu, onun böyük sirridir. Su yaddaşa malikdir. Onun dördüncü halı da kəşf edilmişdir. Bu, suyun informasiya qəbul etmək, özündə saxlamaq və ötürmək qabiliyyətidir. Su insanın fikrini, emosiyalarını, sözlərini ötürmək iqtidarındadır.
Suda kompüter yaddaşı yaratmaq məsələsi reallığa çevrilməkdədir. Sudan rəqəmsal informasiyanı-kompüter yaddaşını saxlamaq üçün istifadə edilə bilər.Похожее изображение

Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvi hələ XII əsrdə suyun yaddaşının olması barədə özünün "İskəndərnamə" poemasında məlumat vermişdir. Sən demə, İskəndər Zülqərneynin çox yekə qulaqları varmış. O, qulaqlarını xüsusi hazırlanmış qına salırmış. Qına salınmış qulaqlar kənardan buynuz kimi görünürmüş. Padşahın bu sirrini ancaq onun şəxsi dəlləyi bilirmiş. İskəndər dəlləyi ilə şərt kəsibmiş ki, əgər onun sirrini kimsə bilsə, dəllək həyatı ilə vidalaşmalı olacaq. Günlərin birində İskəndər öz yaxınları ilə seyrə çıxan zaman rastına gələn bir çobanın əlində ney olduğunu görüb onun ney çalmasını istəyir. Çoban neyi çalanda ətrafa yayılan səsdən məlum olur ki, İskəndərin buynuzu (yekə qulaqları) var. Padşah dərhal dəlləyi yanına çağırtdırıb bunun səbəbini soruşanda o, belə deyib: «Ey yerin və göyün padşahı! Mən sirr saxlamaqdan çox əziyyət çəkirdim, onu kiməsə söyləməyə cəsarət etmirdim. Nəhayət ki, dərdimi ovutmaq üçün çöllərə düşdüm. Yoluma çıxan bir quyuya öz sirrimi danışdım, dedim ki, İskəndərin buynuzu var».
Bir çoban sürüsünü suvarmaq üçün quyu başına yaxınlaşarkən orada bitmiş qarğı görmüş və qarğını kəsərək ney düzəltmişdi. Dəlləyin suya söylədiyi sirr qarğıya bu yol ilə keçmişdi. Deməli, su canlı maddə olduğu üçün özündə informasiyanı saxlamış və sonra da qarğıya ötürmüşdü.Картинки по запросу su

Bizim əsrimizdə yapon alimi Tokio Ümumi Problemlər İnstitutunun prezidenti Masaru Emoto planetimizin bir çox yerində suları hərtərəfli tədqiq edəndən sonra belə bir qərara gəlmişdir ki, su insanın psixi enerjisini — fikirlərini, emosiyalarını, istənilən kənar informasiyanı — musiqini, duaları, danışıqları, hadisələri özünə hopdurmaq, uzun müddət qoruyub saxlamaq və ötürmək qabiliyyətinə malikdir. Doktor Emato şübhə etmir ki, su çox geniş maqnit dalğaları spektrinə reaksiya vermək qabiliyyətinə malik olduğu üçün bütün kainatın fundamental xüsusiyyətlərini özündə əks etdirir. 

Masaru Emoto suda olan informasiyanın necə görünməsini öyrənmək üçün dondurulmuş suyun 200-300 dəfə böyüdülmüş kristallarını mənfi 5 dərəcə temperaturda nəzərdən keçirmiş və ən xarakterik görünənlərin fotoşəkillərini çəkmişdir. O, su üçün Motsartın, Bethovenin, Baxın melodiyalarını səsləndirdikdən sonra onu dondurmuş və təsvirlər almışdı. Aydın olmuşdu ki, hər bir melodiyanın fərdi təsviri var. Bu klassik bəstəkarların musiqisini «dinləyən» suyun dondurulduqdan sonrakı təsvirləri həmişə yaraşıqlı, harmonik və son dərəcə simmetrik alınır. Coşqun macar polkası kiçicik möhkəm ulduzcuqlara, Motsartın melodiyaları sivri şüaların incə krujevasına, almanların beşik mahnıları başına batist parçadan ləçək bağlanmış rahat körpənin çöhrəsinə çevrilir. 
«Ağır rok» kompozisiyaları «dinləyən» suyun kristalları xaotik düzülüşü ilə yaşayış olmayan Ay səthinin kraterlərini xatırladan görkəm alır. 
Suyun strukturu dua oxunan zaman, kağıza yazı yazan zaman və bir sıra digər hallarda dəyişir. Müxtəlif dillərdə «Sağ ol» dedikdə su öz gözəlliyi ilə insanı heyrətə gətirən simmetrik çoxüzlü cismi xatırladır. Suya "şeytan" dedikdə suyun fotoşəkli yara basmış dəri parçasına oxşayır. Ünvanına «mələk», «məhəbbət», «xoşbəxtlik» söylənmiş suyun kristalları əsaslı şəkildə qəşəngləşir, «pislik», «müharibə», «qan», "ölüm" və sair bu kimi xoşagəlməz sözlər «eşidən» suyun kristalları isə vahimə yaradan şəklə düşür. 
Yapon alimi Masaru qətiyyətlə deyir ki, Zəm-zəm suyunun kristalları «Bismillahir-Rahmanir-Rahim» ilə başlanan duanı «eşidən kimi» kristallarını dəyişərək gözəl bir görkəm alır. Emoto onu da deyir ki, Zəm-zəm suyu adi suda olmayan xüsusiyyətlərinə görə fərqlənir. Bir damla Zəm-zəm suyu 1000 damla suya qatılanda adi su da Zəm-zəmin xassələrinə yiyələnir. Masaru Emotonun nanotexnologiya üsullarından istifadə yolu ilə apardığı elmi tədqiqatlar həmin suyun xassəsinin dəyişməsi ilə nəticələnməmişdir. Bunun səbəbi indimizdə də qaranlıq qalmaqdadır.
Doktor Emoto «Qurani Kərim»in mətninin yazılmış olduğu audiokaseti suyun yaxınlığında səsləndirdikdə kristallar paklığı göstərən simvollara (rəmzlərə) çevrilmişdir.Картинки по запросу su

Kristalların oxunan Quran surələrindən sonra müxtəlif formalar almasının səbəbi Qurandan enerji şəklində ayrılan vibrasiyalardır. Suyun atomları insanın fikirlərindən və sözlərindən təsirlənmək keyfiyyətinə malikdir. İnsanın vibrasiya xarakterli enerjisi, fikirləri, sitayişləri, duaları suyun atomlarında iz qoyur. Oxunan dualar hər bir cismi gözəlləşdirir. Su da həmin cisimlərdən biridir. Suyun yaddaşı gizli enerji növlərindən biridir. Bu enerji bədəninin 70 faizini su təşkil edən insana duaların, fikirlərin, görüşlərin təsirini mümkün edir. 
Emoto müəyyənləşdirmişdir ki, suyun kristal strukturu klasterlərdən, yəni böyük miqdarda molekullar yığınından ibarətdir. Klasterlər informasiya panelləri adlanan yaddaş oyuqlarından təşkil olunur. Bir molekulda 440-dək panel olması müəyyənləşmişdir. Bu panellər kompüter yaddaşının, bir növ, analoqudur. Su informasiyanı həmin oyuqlara yazır və əgər müxtəlif təsirlərə məruz qalmasa, onu uzun müddət saxlaya bilir. Yazılmış informasiyanın keyfiyyətini müəyyənləşdirmək üçün buz kristallarının fotoşəklini çəkmək lazımdır. Kristalların forması qəbul edilmiş informasiyanın emosional çalarından asılı olur. Söylənmiş xoş sözlər («səni sevirəm», "çox gözəlsən" və s.), yaxud dinlənilən harmonik melodiyalar kristallarda simmetriya səviyyəsini yüksəldir. Suya deyilmiş pis sözlər (məsələn, «sən karsan», «sən korsan», Hitler, müharibə, dağıntı və s.) onun kristallik strukturunu eybəcərləşdirir. Doktor Emoto inanır ki, su insanın şüurunu əks etdirir.
Azərbaycanlılar suya, bir növ, canlı varlıq kimi baxırlar. Xalqımız üçün su paklıq, xeyirxahlıq, həyat rəmzidir. Səfərə çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su atırlar.
Su Böyük Tanrının insanlara böyük hədiyyəsidir. Картинки по запросу su damlasi
Canlı orqanizmlərdə
Populyar ədəbiyyatdan da məlumdur ki, Yer kürəsi səthinin 2/3-i su ilə örtülüdür.
Dünyadakı bütün canlıların (bitkilərheyvanlarinsanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın vücudunun hər yerində - qandasümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.
Suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür.
Kimyəvi tərkib
Su həm də çox universal mühitdir. İnsan qidasını təşkil edən maddələrin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə insanın həzm sistemi tərəfindən "emal" oluna bilir. Suyun insan həyatı üçün faydası, həm də onun nisbi təmizliyi ilə şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit (qırmızvı qan kürəiyi) məhv olur, elə o qədəri də yaranır. Su özü ilə gətirdiyi "çirkab" vasitəsilə qanı korlayır – orqanizmdə mutagen dəyişikliklər yaradır və DNT-lərə (genlərə) yazılmış "genetik informasiya"nı dağıdır.
Suyun əksər xüsusiyyətləri onun kimyəvi quruluşundan yox, fəza qəfəsinin quruluşundan (buna kristal qəfəsi deyilir) şərtlənir.Atomların düzülüşü və onlar arasındakı kimyəvi rabitənin forma və xüsusiyyətinin variasiyalı olmasından dolayı, suyun xassəsi də dəyişə bilir. Sudan başqa, bəzi digər kimyəvi maddələrdə də belə allotropik modifikasiya xüsusiyyətinə rast gəlinir. Amma sudan fərqli olaraq, onların hamısı kimyəvi birləşmə yox, kimyəvi elementdir. (məsələn, karbonun allotropik modifikasiyalarını önə çəkmək olar – (qrafit, almaz, kömür, brilyant).
Bir çox kimyəvi maddələrdən fərqli olaraq temperatur dəyişdikcə, suyun aqreqat halı (material forması) da dəyişir. Bu zaman onun bir çox xassəsi də dəyişir. Məsələn, məlumdur ki, kimyəvi təmiz su müsbət 100 dərəcə (Selsi) temperatura qədər qızdırılan zaman qaynayır və bu proses davam etdikcə, o, maye halından buxar halına keçir. Su mayelərə xas olan xüsusiyyətlərini itirir və onun istilik tutumu kəskin şəkildə aşağı düşür, həcmi isə artır. Sonradan, soyuyarkən, su buxarı yenidən maye suya çevrilir. Amma belə su əvvəlkindən xeyli fərqli olur – buxar kondensatının tərkibində demək olar, kənar qarışıqlar olmur. Buna nisbi təmiz su deyilir.
Kimyəvi təmiz su 0 dərəcə (Selsi) temperaturda donaraq maye halından bərk hala, buz halına keçir. Bu proses istiliyin ayrılması ilə baş verir (ekzotermik prosesdir). Maraqlıdır ki, bu zaman suyun həcmi genişlənir, amma digər bir çox maddə soyuyarkən sıxılır, onların həcmi azalır. Həm də sıfır dərəcədən aşağı temperaturlara qədər soyudularkən buz halına keçmiş suyun həcmində müvafiq azalma (sıxılma) müşahidə olunur. Belə suyun istilik tutumu maye suyun istilik tutumu ilə müqayisədə xeyli yüksəkolur.Похожее изображение
Ümumiyyətlə, su – həyat üçün təhlükəsiz olan kimyəvi birləşmələr arasında istilik tutumunun yüksək olması ilə seçilir. Məhz suyun bu xassəsi sayəsində Yerin atmosferində temperatur nisbi sabit qala bilir. Məsələn, gündüzlər Yerə çatan Günəş enerjisinin bir qismi yerin səthindən əks olunaraq atmosferə istiqamətlənir. Bu enejinin böyük qismi atmosferdə cəmləşən su buxarı tərəfindən udulur və gecə saatlarında (Günəş enejisi yerin səthinə çatmayan saatlarda) Yerin səthində yaranan eneji balansını kompenssiya edir. Bu effekt səhralarda müşahidə olunur. Məsələn, məlumdur ki, gündüzlər istidən yanan səhralarda, gecələr nabələd adamların təsəvvür edə bilmədiyi həddə qədər soyuq olur. İnsan bədənin temperaturunun sabit (36,5 dərəcə, Selsi) qalması da suyun sayəsində mümkün olur.[1]
Fiziki xassələri
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.
Əgər buz sudan ağır olsaydı, bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. Donan su maye sudan daha çox yer tutduğu üçün donan dənizlər əvvəlkinə nisbətən daha çox yer tutar və digər dənizlərin səviyyəsinin artaraq daşmasında səbəb olardı.
Bununla yanaşı suyun ən ağır halının +4 °C-dəki kimi olması həyat üçün mühüm əhəmiyyət kəsb edir. Dənizlərdə +4 °C temperatura çatan su, ən ağır vəziyyətdə olduğundan dibə çökür. Buna görə səthi buz dağları ilə örtülən dənizlərin dibi daima maye halındadır və canlıların yaşaya biləcəyi +4 °C-lik temperaturdadır. Eyni şəkildə qış aylarında buz təbəqəsi ilə örtülən göl və çayların da alt hissələri həyat üçün əlverişlidir.Картинки по запросу qar yagir

Suyun gec isinib gec soyuma xüsusiyyəti
Suyun digər xüsusiyyəti də buxarlanma və donma sürətinin çox yavaş olmasıdır. Yay aylarında gündüz istisi ilə çox tez isinən qumun gecə çox tez soyuduğu məlumdur. Lakin dəniz suyunun temperaturu gecə ilə gündüz arasında ancaq 2-3 dərəcə fərqlənir. Bunun səbəbi suyun kəskin isinmə və soyuma halında, malik olduğu istini müəyyən ölçüdə qoruyaraq buxarlanma və donma hadisəsini gecikdirməsidir. Suyun bu təsirini bütün yer üzünə aid etsək, okeanlarda və atmosferdə maye və ya buxar halda olan suyun Yerin temperaturunda çox mühüm rol oynadığı başa düşülər. Yer üzünü əhatə edən sular Yerin günəş şüalarına məruz qalan hissəsində temperaturu udaraq həddindən artıq isinmənin qarşısını alır. Eyni şəkildə günəş şüası ala bilməyən hissələrdə isə okeanlar və digər sular malik olduqları temperatur sayəsində kalorifer vəzifəsi yerinə yetirərək temperaturun həddindən artıq aşağı düşməsinə mane olurlar. Belə olmasaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox artacaq, Yer səhralaşacaq və həyat mümkün olmayacaq və ya çətin olacaqdı.
Buludların ağırlığı
Buludlar inanılmaz dərəcədə ağırdırlar. Məsələn, "Kumulo-nimbus" növündən olan fırtına buludunda 300.000 ton ağırlıqda su toplanmışdır
Atmosferdə su
Atmosferdə 12.900 km3 su buxarı var. Bunun 86%-i okean və dənizlərdən, 14%-i isə quru səthdən buxarlanma hesabına atmosferə daxil olur. Suyun maye və bərk haldan qaz halına keçməsi prosesinə buxarlanma deyilir. Buxarlanmanın intensivliyi — döşənən səthdən, temperaturdan, havanın rütubətliliyindən və küləyin sürətindən asılıdır. Buxarlanmanın ən yüksək kəmiyyəti tropik enliklərin okean səthi üzərində (2000 mm), ən az isə tropik səhralarda (50–100 mm) olur. Ekvatorda yüksək buludluluqla əlaqədar buxarlanma (1000 mm) xeyli azdır. Ekvatordan qütblərə doğru buxarlanmanın miqdarı azalır
Su buxarının maye hala keçməsi kondensasiya; su buxarının birbaşa bərk hala (qar, buz) keçməsi isə sublimasiya adlanır. Müəyyən temperaturda buxarlana bilan rütubət miqdarına buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma deyilir. Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək; Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə — sutkalıq temperatur amplitudu böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Bu fərq ən çox səhra və yarımsəhralarda, ən az isə su sahələri üzərində olur. Əraziyə düən yağıntının buxarlanmaya olan nisbəti rütubətlik əmsalı adlanır və R.ə. = Y:B ilə ifadə olunur. Rütubətlik əmsalı -istilik və rütubət arasında asılılığı, məntəqənin coğrafi mövqeyini, çay və göl şəbəkəsinin sıxlığını, fiziki və kimyəvi aşınmanın intensivliyini, kənd təsərrüfatının yerləşməsini, əhalinin sıxlığını göstərir, təbii zona və bitki örtüyü haqqında məlumat verir. Rütubətlik əmsalı: a) R.ə.= 1 olduqda normaldır; b) R.ə < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmamazlığı var. Bu cür ərazilərdə quraqlığa davamlı kserofit bitki örtüyünün inkisafı və duzlu göllərin əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Quraq (arid) iqlimdir. Suvarma tələb olunur. Düz radiasiya çox, fiziki aşınma intensivdir; c) R.ə. > 1 Bu cür ərazilərdə yağıntı buxarlanmadan çox olduğundan rütubət boldur, düz radiasiyanın miqdarı az, çay şəbəkəsi sıx, bataqlıqların yaranması üçün əlverişli təbii şərait mövcuddur. Rütubətli (humid) iqlimdir. Yuxarıda göründüyü kimi rütubət əmsalı nə qədər kiçik olursa, iqlim bir o qədər quru olur. 1 m³ havada olan su buxarının qramlarla miqdarına mütləq rütubət deyilir. Mütləq rütubət temperaturla düz mütənasibdir. 1 m³ havada olan su buxarının həmin temperaturda mümkün ola biləcək su buxarına faizlə olan nisbətinə nisbi rütubət deyilir. Əgər nisbi rütubət 70%-ə bərabərdirsə, bu o deməkdir ki, hava həmin temperaturda mövcud ola biləcək su buxarının 70%-ni özündə saxlayır. Nisbi rütubət temperaturla tərs mütənasibdir. Nisbi rütubət ekvator və qütb ərazilərində maksimuma, tropik səhralarda isə minimuma çatır. Nisbi rütubət nə qədər çox olarsa, yağıntının düşməsi üçün bir o qədər real şərait yaranır. Nisbi rütubətin miqdarı artdıqca, hava doyma həddinə yaxınlaşır. Nisbi rütubət 30%-dən az olduqda hava quru, 70% çox olduqda isə hava rütubətli sayılır və yağıntının düşməsi ehtimalı çoxalır. Havanın su buxarını saxlamaq qabiliyyəti temperaturdan asılı olaraq dəyişir. Yəni temperatur artdıqca, havanın su buxarını saxlamaq qabiliyyəti də artır. Lakin son həddə çatdıqda hava "doyur". Müəyyən temperaturda havada mümkün ola biləcək qədər su buxarı varsa, o "doymuş hava" hesab olunur. Doymuş hava rütubətliyi 100% olan havadır. Yəni yağış havasıdır. Adətən isti və quru səth üzərində olan havada həmin temperaturda ola biləcəyindən az su buxarı olur. Belə havaya doymamış hava deyilir. Doymuş hava qızdırıldıqda, o doymamışa çevrilir. Çünki hava qızarkən genişlənir və onun həcmi də artır. Bu da onun su buxarını saxlaya bilmək qabiliyyətini artırır. Iqlim xəritələrində eyni buxarlanma qabiliyyətinə malik olan əraziləri birləşdirən xətlər izoqaminlər adlanır. Havanın rütubətliliyini ölçmək üçün psixrometr, hiqrometr və hiqroqraf adlı cihazlardan istifadə olunurКартинки по запросу qar yagir
Kosmosda
2011-də dərc olunan bir araşdırma kosmosda su buxarından ibarət nəhəng buludun varlığından bəhs edir. Bu buludda Yer kürəsinin bütün okeanlarinda mövcud sudan 140 trilyon dəfə çox su olduğu təxmin olduğu iddia olunur. Bulud Yer kürəsindən 12 milyard işıq ili uzaqda olan kvazar ətrafında yerləşir. Elm adamlarına görə bu onu göstərir ki, su kainatın bütün 13.7 milyard illik mövcudiyyəti boyunca ən başdan var olmuşdur.
 Ən sadə hesab etdiyimiz maddə olan su, əslində, özündə bir çox sirr saxlayır. Alimlər hələ də onu tədqiq edir və bu maddə haqqında yeni-yeni maraqlı məlumatlar əldə edirlər.

Dünyada ən təmiz su Finlandiyadadır.
Təzə və təbii su araşdırmalarında indiyədək 122 ölkə iştirak edib. Bununla belə, dünya üzrə bir milyard nəfər ümumiyyətlə təhlükəsiz suya çıxışa malik deyil.
Buz isti sudan daha tez əldə edilir.
Hansı su daha tez buza çevrilər: isti ya soyuq? Məntiqlə düşünsək, bu, əlbəttə ki, soyuq sudur. Axı, isti su əvvəlcə soyumalı, bundan sonra donmalıdır. Soyuğu isə soyutmaq lazım deyil. Lakin təcrübə göstərir ki, məhz isti su daha tez buza çevrilir.
Qeyd edək ki, bu maraqlı faktın cavabı hələ də mövcud deyil.

Su həyatın əsasıdır.
Bütün heyvanlar və bitkilər, hətta insan sudan ibarətdir: heyvanlar - 75%, balıqlar - 75%, meduzalar - 99%, kartof - 76%, alma - 85%, pomidor - 90%, xiyar - 95%, qarpız - 96%. Yeni doğulan körpələrin bədənində 86%, yaşlı insanlarda isə 50% su var.
Bununla belə, su həm də xəstəlik daşıyıcısıdır. O, yalnız həyat vermir, həm də onu alır: dünyada bütün xəstəliklərin 85%-i su vasitəsilə ötürülür. Hər il belə xəstəliklərdən 25 milyon insan ölür.
Ən çox içməli su buzlaqlardadır.
Ən çox su dünya okeanındadır. Lakin əslində, Yer mantiyasında suyun miqdarı dünya okeanındakından 10-12 dəfə çoxdur. Bununla belə, planetdə olan, demək olar, bütün su kütləsi içmək üçün yararsızdır. Biz yalnız 3% suyu içə bilərik; içməli su ehtiyatımız məhz bu qədərdir. Lakin bu 3%-in böyük hissəsi əlçatmazdır, çünki o, buzlaqlardadır.

Su dietadır.
Suyun köməyi ilə artıq çəki ilə mübarizə aparmaq olar. İçkilərdən yalnız sudan istifadə etməklə rasionun ümumi kalori miqdarını azaltmaq mümkündür. Çünki yalnız su içməkə insan əvvəla kalorili qazlı içkilər və şirələr içməyi dayandırır, həm də çay və qəhvədən fərqli olaraq, su içdikdən sonra insan şirniyyat yeməyə meylli olmur.
Su ürək tutması riskini azaltmağa imkan verir. Araşdırmalar zamanı alimlər müəyyən ediblər ki, gündə təxminən altı stəkan su içənlər gün ərzində iki stəkan su içən insanlardan daha az ürək tutması riski daşıyırlar.

İnsan susuz az müddət yaşaya bilər.
Suya tələbat okigenə olan tələbatdan sonra ikinci yerdə durur. İnsan qidasız təxminən altı həftə, susuz isə cəmi 5-7 sutka yaşaya bilər. İnsan bütün ömrü ərzində təxminən 35 ton su içir.
İnsaz susuz ölür. Əgər o, öz bədən kütləsindən 2% su itirirsə, susuzluq yaranır. Əgər itirilmiş su faizi 10-a çatırsa, o zaman insanda hallusinasiyalar başlayır. 12% su itirən insan həkim köməyi olmadan özünə gələ bilməz. 20% su itirən insan isə ölür.
Su pulsuz olduğu kimi, çox bahalı da ola bilər. Dünyada ən bahalı su ABŞ-ın Los-Anceles şəhərində satılır. Burada istehsalçılar balanslaşdırılmış dada və ph dəyərinə malik qiymətli mayeni Swarovski strazlı şüşə qablara doldururlar. Belə suyun bir litri 90 ABŞ dollarına satılır.
Yanan su da var
Təhlükəli su da mövcuddur. Belə ki, məsələn, Azərbaycanda tərkibində çoxlu metan olan su var. Buna görə də həmin suya kibrit yaxınlaşdırdıqda, o yana bilər. Siciliyada isə göllərdən birində onun suyunu zəhərləyən sualtı turşu mənbəyi var.

Su haqqında 10 maraqlı fakt

1. Su yeganə nemətdir ki, üç – bərk, maye və qaz formasına malikdir. Bundan başqa onun özündə bir sıra digər komponentləri, o cümlədən atom molekullarını da birləşdirmək xüsusiyyəti var.
2. Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5 faizini okean suları təşkil edir. Yalnız 2,5 faiz su təmizdir. Təmiz suyun 70 faizi buzlaqlarda cəmləşib. İnsanın əldə edə biləcəyi 30 faiz suyun yalnız 1 faizi içmək üçün yararlıdır ki, bu da dünya suyunun yalnız 0,007 faizidir. Təmiz su belə istifadə olunur: 70 faiz irriqasiyaya, 22 faiz sənaye müəssisələrinə, yalnız 0,08 faiz məişət ehtiyaclarının ödənməsinə.
3. Suyun istilik tutumu xüsusiyyəti onun sənayedə istifadəsinə imkan verir. Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə olan suyun qızdırılmasına lazım olan enerjidən daha az enerji lazımdır.
Su və sağlamlıq
4. İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də o təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda qallusinasiya halı yaşanır, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya bildiyimiz təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.
5. Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil edir.
6. İnsan ömrü boyu orta hesabla 35 ton su içir. Ondan 105 litri, yəni təxminən 420 stəkanı duzlu və təmiz deyil.
7. Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.
Su və ekologiya
8. Hər 4 şəhər sakinindən biri təmiz suya çıxış imkanına malik deyil. Yer kürəsi əhalisinin təqribən yarıdan çoxu təmiz su baxımından çatışmazlıq hiss edir.
9. İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar səbəbindən insanlara çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım olan suyun 40-50 faizi itkiyə gedir.
10. Keniyanın paytaxtı Nayrobidə şəhər kasıbları içməli su üçün Nyu-York sakinlərindən 10 dəfə az pul xərcləyirlər. Təbii ki, suyu tapsalar.
Похожее изображение
Ağır su


Ağır su - dötərium oksidi D2O təbii izotop tərkibli oksigen, qoxu və dadsız rəngsiz maye.

Ağır su ilk təmiz formada əldə G. Lewis və P. MacDonald tərəfindən 1933-cü ildə tədqiq ureyin, F. və J. Brickwedde. Murphy tərəfindən 1932-ci ildə kəşf edilib. AMMA bir molekul ibarət adi su elektroliz, həmçinin, hidrogen ağır izotop meydana etməyin molekulların kiçik bir qismini var. Molecules əsasən NO qaxsımış, belə ki, tədricən DO zənginləşdirilmiş qalıq su molekullarının elektroliz uzun olunur. 1933-cü ildə belə bir elektroliz qalıqlarından ağır su adlanan DO molekulyar tərkibi ilə az miqdarda su ayırmaq olardı.

D2O və H2O qarışıqlarında izotopik mübadilə yüksək sürətlə davam edir: H2O + D2O = 2HDO

Deuterium adətən az miqdarda suda (HDO), az da olsa böyükdür - D2O.

Ağır su molekulunun strukturu sadə su strukturuna bənzəyir, fərqlər yalnız bağların uzunluğunda və aralarındakı açılarda mövcuddur. Yoğunlaşmış hallarda bir hidrogen bağ var.

Kimyəvi və fiziki xüsusiyyətlər.

Ağır suda qaynama nöqtəsi 101.44 ° C, ərimə nöqtəsi 3.823 ° C

D2O kristallarının şərti buz kristalları eyni strukturu, vahid mobil ölçüsü fərq (0.1%) çox kiçik. Ağır su adi suya nisbətən daha az dəyişkəndir. Ağır suyun çözünürlüğü və çözünürlüğü sıravi suya göre daha azdır. Daha kiçik bir ionlaşma var.

Qəbul. Ağır su, suyun azad edilməsi və ya təbii izotop tərkibinə malik hidrogenin oksidləşməsi yolu ilə əldə edilir. Ağır suyun istehsalı iki mərhələdən ibarətdir.
Картинки по запросу agır su

1. İlkin konsentrasiya (təbii konsentrasiyadan D2O hesablamasından 5-10% -ə bərabərdir):

iki və su və H2S arasında) izotopik mübadiləsi, bir-iki temperatur circuit üç mərhələli şəlalə sistemi əks-sütun;

b) suyun və hidrogen arasındakı katalitik izotopik mübadiləsi olan suyun çoxsaylı elektrolizini;

c) döteryum və oksigenin yanması nəticəsində maye hidrogenin aşağı temperaturda rektifikasiyası.

2. K və yekun konsentrasiyasında (5-10% -dən 99.8% D2O -ya qədər) hidrogen və ammonyak arasında izotopik mübadilə. Vakuum və ya elektroliz istifadə edərək suyun düzəldilməsi.

Ərizə. hissəcik sürətləndiriciləri bunun mənbəyi, izli kimi Deuterium nüvə Fusion üçün mənbə kimi istilik neutrons ilə nüvə enerjisi və tədqiqat reaktorları bir neytron moderator və Soğutucu kimi istifadə olunur. Bioloji prosesləri yavaşlatır.
Похожее изображение

2 yorum: