Qlobal istiləşmə

Картинки по запросу qlobal istiləşmə 
"Qlobal İstiləşmə" nədir?
Elm adamları planetimizin orta temperaturunun artması ilə bağlı həmfikirdir və onlar hesab edirlər ki, Qlobal İstiləşmə vacib və başlıca problemdir. Temperaturun qalxmasının hava axınlarının şiddətini artıracağı, ekoloji sistemə məhvedici təsir göstərərək bəzi meşələri tam yaxud qismən yox edəcəyi, bəzi heyvan növlərinin nəslini kəsəcəyi gözlənilir. Səhralaşmanın artacağı, dənizlərin səviyyəsinin yüksələcəyi, quraqlıq ilə bağlı iflic olan kənd təsərüffatının gətirəcəyi yoxsulluq və səfalət də bədbin gözləntilərdəndir.
Bəs "Qlobal İstiləşmə"nin səbəbləri nələrdir?
Planetimiz kompleks bir sistem olub, özünü tənzimləmək xüsusiyyətinə malikdir. Lakin bəzi alimlər hesab edir ki, istixana qazlarının atmosferdəki qatılığının artması planetimizin normadan daha çox isinməsinə səbəb olur.  Karbon qazı, metan, freon qazları və aşağı atmosferdəki ozon belə qazlardandır.  Bu qazlar içərisində karbon qazı daha böyük paya sahib olduğu üçün qlobal istiləşmənin qarşısını almağa yönələn əksər cəhdlər onun atmosferdəki miqdarını azaltmaq üzərində cəmləşib. Bu məqsədə xidmət edən ideyalardan biri də karbon qazının okeanlar tərəfindən daha çox udulmasının təşkil etməkdir. Dünya okeanı böyük miqdarlarda karbon qazı mənimsəyir, lakin onun xaric etdiyi qazın miqdarı da az deyil. Hesablamalara görə okeanlar hər il 100 milyard ton karbon qazı udur. Bu qazın 98 faizi geri qaytarıldığı halda cəmi iki faizi birləşmələr şəklində okeanda qalır. Əgər karbon qazının mənimsənilmə faizini hər hansı bir yolla artıra bilsək atmosfedəki karbon qazının miqdarının azalmasına nail ola bilərik.
Karbon qazının miqdarını azaltmaq mümkündür! Fitoplanktonlar sağ olsun!
Fitoplanktonlar su ekosisteminin ilk halqası sayılır. Onlar havadakı karbon qazını udaraq ondan çoxsaylı üzvi birləşmələr hazırlayırlar. Fitoplanktonlar öldüyü zaman okeanın dibinə çökürlər beləcə özləri ilə birlikdə karbonu da okean dibinə çökdürmüş olurlar. Əgər hansısa bir yolla bu orqanizmlərin okean suyundakı miqdarını artırmaq mümkün olsa, okean tərəfindən udulan karbon qazının miqdarı da artmış olar. Bir zamanlar Kaliforniyadakı "Moss Landing" dəniz laboratoriyasında çalışan Con Martin bunu etməyin bir yolunu tapmışdı.
Картинки по запросу qlobal istiləşmə
Fitoplanktonlar niyə çox arta bilmir?
1980-ci illərdən məlumdur ki, okean suyunun üst hissəsi günəş şüaları ilə yaxşı təmin olunsa da, orada lazımi həyat şəraiti mövcud olsa da ,fitoplanktonların miqdarı elə də çox deyil. Bu ancaq belə izah onuna bilər ki, ola bilsin orada fitoplanktonlara lazım olan nə isə yetərli miqdarda deyil. Onun çatışmazlığı belə orqanizmlər üçün məhdudlaşdırıcı amil rolunu oynayır.
Con Martin bir dahidir!
Con Martinin fərziyyəsinə görə həmin çatışmayan komponent dəmir ola bilərdi. Dəmir xlorofilin sintezi kimi vacib proseslərdə iştirak edərək fitoplanktonlar üçün həyati əhəmiyyəti olan bir elementdir. Alim təklif edirdi ki, fitoplankton sayının artması üçün dəmirin qatılığını artırmaq lazımdır. Artan fitoplanktonlar atmosferdən daha çox karbon qazı udmaqla onun qatılığını azalda bilərdilər. 1988-ci ildə okeonoloqların iştirak etdiyi seminarların birində Con Martin çox cəsarətli bir addım ataraq aşağıdakı sitatı səsləndirir:
"Mənə tankerlər dolusu dəmir verin, sizi buz dövrunə qaytarım."
Laboratoriyada həyata keçirilən ilk testlər müsbət nəticə verdi, lakin laboratoriyadakı şərait okeandakı real şəraitlə eyni ola bilməzdi. Martin daha bir cəsatərli təklif edərək təcrübənin okean şəraitində təkrarlanmasını istədi. Dövrün mövcud çətinlikləri səbəbindən təcrübə onun təklif etdiyi miqyasda real şəraitdə aparıla bilmədi.
Çox təssüf!
Təssüf ki, Con Martin yaxın keçmişdə həyata keçirilən təcrübəsinin okean miqyasındakı variantlarını görə bilmədi. Bu təcrübələrdən ikisi Sakit okeandakı Qalapaqos adalarından 300 mil cənubda və 800 mil qərbdə aparıldı. 1993-cü ilin oktyabr ayında 450 kiloqram dəmir(II)sulfat 64 kvadrat kilometrlik okean ərazisinə səpildi. Sonraki doqquz gün ərzində kimyaçılar və bioloqlar ərazidə müşahidlər apardılar. Nəticələr hayranedici idi. Fitoplanktonların artması və sudakı karbon qazının azalması Con Martinin fikirlərini təsdiq edirdi. Təssüf doğuran tək məqam karbon qazının miqdarındakı azalmanın gözlənilənin sadəcə 10 faizi həcmində olması idi. İkinci belə təcrübə 1995-ci ildə təşkil olundu. Nəticə belə oldu ki, dəmirin miqdarı uzun zaman sabit qalmayıb, sürətlə azalır, bununla bağlı olaraq udulan karbon qazının miqdarı da düşür. Onda belə çıxır ki, Qlobal İstiləşmədən can qurtarmaq üçün okeanlara dəmir tərkibli gübrələr vermək lazımdır?
Bəli, nə qədər qəribə səslənsə də cavab budur. Lakin problemin necə böyük olduğunu düşünəndə, bu cür bir yolun olması belə sevindirici hall sayılmalıdır, axı söhbət planetimizin gələcəyindən gedir.
Картинки по запросу qlobal istiləşmə
Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.
Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-inçi əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.
o    Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.



Süni səbəblər

Qalıq yanacaqlar
o    Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının cox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾'ünün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir. 
o    İstixana Qazlarının Meydana gəlməsi:
Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. 
Bir qisimi litosferden, bir qisimi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutularaq dünyanı istitməkdə olan səth və troposfer normadan isti olur. Bu hadisə, günəş şüalarıyla istilənən amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır; bu səbəblə də bunu təbii istixana təsiri olaraq adlandırılar.
 Похожее изображение
o    Istixana Təsirinin Əhəmiyyəti:
İstixana təsiri təbii olaraq meydana gələn və iqlim üzərində əhəmiyyətli rol oynayandır. Sənaye inqilabı ilə birlikdə, xüsusilə 2-ci dünya döyüşündən sonra, insan fəaliyyəti istixana qazlarının miqdarını hər keçən il artıraraq yüksək nisbətlərə çatdırmışdır.
Bu təsirin yoxluğunda dünyanın ortalama istiliyinin -18ºC olacağı ifadə edilir. Ancaq həyati təsiri olan istixana qazlarının miqdarının normalın üzərinə çıxması və bu artımın sürməsi də dünyanın iqlim tarazlıqlarının pozulmasına səbəb olmasıdır.
Bu təbii təsiri artıran karbondioksid, metan, su buxarı, azotoksit və kloroflorokarbonlar istixana qazları olaraq adlandırmışdırlar. Ozon təbəqəsinin incəlməsi də başqa bir faktordur.
Azərbaycandakı problemlər
o    Azərbaycanı qlobal istiləşmənin hansı fəsadları gözləyə bilər?
Qlobal istiləşmə ilə bağlı ən birinci təhlükə sellər, çay daşqınları təhlükələridir. Qlobal və regional miqyaslı buzlaqların əriməsi bol sulu çayların daşaraq əkin sahələrinin və yaşayış yerlərinin sıradan çıxmasına səbəb olursa, kiçik sulu çayların və bulaqların qurumasına səbəb olur. Qlobal istiləşmə kimi buxarlanmanın artmasına səbəb olur. Onun nəticəsində qrunt sularının səviyyəsi aşağı düşür. Bunun nəticəsində isə bitki örtüyü və meşə sahələri məhv olur. Meşələrin məhv olması isə yağıntıların tutularaq il boyu çay və bulaqları təmin etmək funksiyasını itirməsinə gətirir. Yağan yağıntı münbit torpaqları yuyur, daşqınlar yaradır. İllik su norması bir-iki ay içərisində sərf olur, sonra quraqlıq yaranır.
Qlobal istiləşmə günəş radiasiyasının artmasına, ultrabənövşəyi aqressiv şüaların insana mənfi təsirinə, mutasiyalara, dəri xərçənginə səbəb ola bilir. Qlobal istiləşmə torpağın eroziyası  münbit humus qatının itirilməsi prosesini də sürətləndirir. Qlobal istiləşmə nəticəsində 30-40 ildən sonra Azərbaycanın əkinəyararlı torpaqlarının səhralaşmasına səbəb ola bilər.
 Картинки по запросу qlobal istiləşmə
Qlobal istiləşmə buzlaqların əriməsinə, daşqınlara, əkin sahələrinin subasmasına səbəb olur. Çayların su rejimi pozulur.
Qlobal istiləşmə qida sektoruna bilavasitə və dolayı yollarla təsir edir. Yerdəki bütün canlılara, yazın gəlişini-oyanışı xəbər verən əsas siqnallardan biri temperaturun artmasıdır. Qlobal istiləşmə zamanı temperatur mövsümü qabaqladığından bitkilər erkən çiçək açaraq vegetasiyaya başlayır. Kəskin gecə-gündüz temperatur qradiyenti, qar, dolu, çiçəkləri və son nəticədə məhsulu məhv edir. Dolayı təsiri isə torpaqların səhralaşması ilə bağlıdır. Torpağın məhsulu su balansı ilə bağlıdır. O, isə düşən yağıntı ilə buxarlanma arasındakı fərq ilə ölçülür. Temperatur artımı buxarlanmanı artırır. Son nəticədə ərazidə səhralaşma prosesi baş verir, bitki örtüyü və bioloji müxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığa, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur
Hazırda bəşər övladının Kainatda hələlik yeganə «kosmik evi» hesab olunan Yer kürəsində iqlim şəraitinin kontrastlığının kəskin dəyişməsi ciddi problemlərin yaranmasına gətirib çıxarmışdır. Bunun nəticəsində təbii fəlakətlərin (quru səthini su basması, qasırğaların baş verməsi, orta illik hərarətin artması, anormal təbiət hadisələrinin çoxalması, kənd təsərüfatında məhsuldarlığın aşağı düşməsi və s.) sayının artması insanlar arasında ciddi narahatlığın yaranmasına səbəb olmuşdur.
Maraqlıdır ki, klimatologiya (iqlim dəyişkənliyinin tədqiqi) ilə məşğul olan alimlər qlobal istiləşmənin baş verməsini vaxtında etiraf etməsələr də, sonda məsələnin ciddiliyini nəzərə alaraq elan etdilər ki, XX əsrin II yarısından başlayaraq QLOBAL İSTİLƏŞMƏ (geniş miqyaslı) baş vermişdir. (Qlobal istiləşmə - Yer atmosferinin və Dünya okeanının orta illik hərarətinin tədricən artması prosesidir). Onlar bunun təsirinin çox ciddi olacağını bildirdilər. Həmin sahə ilə məşğul olan alimlər haqlı olaraq bir araya gələrək, həyacan təbili çalmağa başladılar. 2004-cü ilin sentyabr-oktyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhərində Ümumdünya konfransında problemin çox ciddi olmasını nəzərə alan tədqiqatçılar, qarşısında həlli vacib olan konkret məsələlər qoyuldu.
Bu problem artıq bəşər övladını narahat edən ən ciddi və həlli vacib olan məsələdir. Son bir neçə ildə qlobal istiləşmənin yaratdığı nəticələr daha açıq şəkildə hiss olunmağa başlamışdır. Qeyd etmək lazımdır ki, qlobal istiləşmə hər yerdə və həmişə hərarətin artmasına səbəb olmur. Belə istiləşməni bütün coğrafi enliklər üzrə orta illik hərarəti hesablasaq hiss etmək mümkündür. Məsələn, haradasa hərarət yayda arta və ya digər bir ərazidə qışda orta illik hərarət aşağı düşə bilər.
Картинки по запросу qlobal istiləşmə
Həqiqət naminə qeyd etmək lazımdır ki, Yer kürəmizdə tarix boyu iqlim şəraiti daima dəyişmişdir. Ancaq, aparılan tədqiqatlar belə bir nəticə çıxarmağa əsas verir ki, səthində yaşadığımız Yer planetinin iqlim şəraiti çox ciddi dayanıqlılığa malikdir. Çox böyük qüdrətlə nizamlanmanın nəticəsi olaraq həyat qaynağımız olan Günəşin verdiyi istiliyin intensivliyi yüz min illər ərzində çox cüzi dəyişmişdir. 

«Məgər kafir olanlar göylə Yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir – birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb, yeddi təbəqəyə ayrılmış, Yerdə bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrət və əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)»(əl- Ənbiya, 21:30).




  İlk öncə qeyd etmək lazımdır ki, Yer atmosferi məxsusi olaraq elə yaradılmışdır ki, planetimizin səthində yaşayış mümkün olsun. Yeddi qat atmosfer təbəqəsinin hər birinin özünəməxsus funksiyası vardır. Əgər bu təbəqələr olmasaydı Günəşin məhvedici şüaları Yer səthində bütün canlı aləmi bir andaca məhv edərdi. Ona görə də, insan öz fəaliyyəti ilə çalışıb ətraf mühitə kimyəvi tullantıları imkan daxilində az atmalıdır. Əks təqdirdə, biz öz fəaliyyətimizlə Allahın yaratdığı atmosfer təbəqələrinin nizamını poza bilərik. Bunun nəticələri isə çox ağır olar. Qeyd edək ki, sonradan pozulmuş ekoloji tarazlığın bərpası çox müşkül və çətin məsələdir. Ekoloji tarazlığın pozulması çox ciddi məsələdir. Son dövrdə baş verən qlobal istiləşmə bununla bağlıdır. Qlobal istiləşmənin baş verməsinin səbəbi istixana effekti yaradan təbəqə ilə bağlıdır.

Картинки по запросу qlobal istiləşmə
Bəs istixana effekti hansı səbəblərdən yaranır?

Əslində, Günəşdən aldığı enerjinin miqdarına görə Yer kürəmizin səthində -20 dərəgə Selsi şaxta olmalı idi. Məlumdur ki, biz Yer səthində orta hesabla +20 dərəcə selsi hərarətdə yaşayırıq. Bunun səbəbi Yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir. Məsələ burasındadır ki, həmin atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferində udulmadan keçirlər.

Qeyd etmək lazımdır ki, həmin şüalar Yer səthindən əks olunub, həmin təbəqəyə çatanda elə bil ki, möcüzə baş verir. Bü təbəqədə yerləşən həmin qazlar bu şüaları əks etdirərək yenidən Yerə qaytarırlar. Bu proses eynən insanların yerdə yaratdığı süni istixanalarda (parniklərdə) baş verən proseslərə bənzəyir. Bu səbəbdən Yer planetimizin səthində hərarət 39 dərəcə Selsi yüksəlir. Belə bir çox böyük tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə Selsi olur. İstixana effektinin mahiyyəti belədir. Əgər bu təbəqə olmasaydı onda Yerdə -20 dərəcə Selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülü olardı. Su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. Allahın qoyduğu bu gözəl nizamı bəşər övladı öz əməli ilə pozmaq üzrədir. Bu məsələ aşağıdakı Quran ayəsində insana əvvəlcədən baxın nə dərəcədə açıq şəkildə bildirilmişdir.

«İnsanların öz əlləri ilə etdikləri üzündən, quruda və suda fəsad (pozuntu) əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini daddırsın və bəlkə onlar tövbə edib pis yoldan qayıtsınlar»(
ər-Rum, 30:41).

Hazırda qlobal istiləşmə problemi dünya alimlərini ən çox məşğul edən bir məsələdir. Qlobal istiləşmə probleminin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının və metanın miqdarının artmasıdır. Məlum olduğu kimi sudan istifadəni bəşər övladı istəsə də azalda bilməz, ancaq karbon qazının miqdarını insan öz fəaliyyətini tənzimləməklə azalda bilər və buna məcburdur. Əks təqdirdə ekoloji problemlər bəşər övladının Yer səthində yaşamasını çox çətin hala gətirə bilər. Yuxarıdakı ayədəndə göründüyü kimi, Yer kürəmizdə son vaxtlarda baş verən fəsadların nəticəsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Bu hesaba Yer kürəsində fəlakətlə nəticələnən qasırğa, tufan, boran, quraqlıq, bəzi bölgələrdə aramsız yağış və qar kimi təbii fəlakətlə nəticələnən hadisələr çoxalmışdır. Bunlar quruda baş verən fəlakətlərdir. Buzlaqların qlobal istiləşmə səbəbi ilə əriməsi, Yerin su hövzələrində suyun səviyyəsinin artmasına gətirib çıxarmışdır.
Картинки по запросу qlobal istiləşmə
«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!» (
əl-Bəqərə, 2:29).

Göründüyü kimi Allah hələ 14 əsr bundan qabaq bəşər övladına ekoloji tarazlığı qorumağı tövsiyyə etmişdir. Əslində texnoloji səviyyə ekoloji tarazlığı pozacaq durumda olmadığı bir zamanda, bu mövzuya diqqətin çəkilməsi həzrəti Muhammədin, Allahın salamı və salavatı onun uzərinə olsun, başqa bir möcüzəsidir. Bu, Qurani-Kərimin bütün dövrlər üçün göndərilmiş kitab olmasına və onun hökmünün Qiyamətə qədər davam edəcəyinə daha bir sübutdur.
 İqlim dəyişikliklərinin  flora və faunada meydana gətirəcəyi acı nəticələrin aradan qaldırılması  və əvvəlki  vəziyyətinin bərpa  edilməsi asan məsələ deyil.  Bu halın bərpası üçün  uzun illərə ehtiyac vardır. Alınması lazım olan tədbirlər müəyyəndir. Bu tədbirlər bir an əvvəl həyata keçirilməlidir. Sonraya saxlanılması yeni təhlükələrə səbəb olmaq gücündədir. Konkret tədbirlər görülmədiyi  təqdirdə 2100 -cü ilədək  qlobal istiliyin 1.4 - 5.8  dərəcəyə  qədər artacağı təxmin edilir. Bu artım bəzilərimizə əhəmiyyətsiz də  görünə bilər. Ancaq 2°C-lik bir artım belə dünya əhalisinin təxminən yarısının susuz qalmasına səbəb ola biləcək qədər təhlükəlidir. Bu həm də  təbii canlı növlərinin yox olması, kütləvi köçlər, susuzluq, iqtisadi fəlakət kimi təhdidləri özündə  saxlayır.
Yeri gəlmişkən qeyd edək ki, qlobal iqlimin qorunması istiqamətində dünya miqyasında bir sıra məsələlər həyata keçirilib. Məsələn,  1992 - ci ildə BMT- nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qəbul olunub ki, burada da məqsəd iqlim dəyişmələrinin müəyyən çərçivəyə salınmasını nəzərdə tutur. Onun işlək mexanizmi kimi Kioto Protokolu qüvvədədir. Qlobal istiləşmənin nəzəri cəhətdən ortadan qalxmasını  gözləmək absurddur. Yaddan çıxarmaq olmaz ki, uyğun olmayan şərtlər daxilində ərazi istifadəsindəki  dəyişikliklər, meşələrin qırılaraq  azaldılması, müxtəlif insan fəaliyyətləri nəticəsində atmosferdəki təcrübələr, sənaye inqilabından sonra əhəmiyyətli səviyyədə artan istixana qazları və başqa bu kimi hadisələr iqlim dəyişikliklərinə səbəb olmaqdadır. Bu vəziyyət isə qlobal istiləşməni meydana gətirir. 
Картинки по запросу qlobal istiləşmə
Bu fəlakətin mütləq qabağına praktik cəhətdən sədd çəkilməlidir. Onun artma tempi, təsir şiddəti və   sahəsi  azaldılmalı, daraldılmalı, nəticə etibarilə  təbiət  tarazlığının  yenidən bərpa edilməsi təmin olunmalıdır. Bütün ölkələr problemin həllinə nail olmaq üçün  konkret tədbirlər həyata keçirməlidirlər. İnsanların bir çox fəaliyyətləri nəticəsində ortaya çıxan təhlükəli tullantı və qazların  müəyyən səviyyədə azaldılması və sonlandırılması yaşayış  baxımından həyati əhəmiyyət ifadə edir. Ona görə də, əkinçilik və sənaye sektorunda enerjinin məhsuldar və qənaətli istifadə edilməsi, qalıq yanacaq yandırmağı,  ya da verəcəyi zərəri azaldacaq  tədbirlər alınmalıdır. Yeni enerji   qaynaqlarının, hidroelektrik və geotermal enerjidən  istifadə edilməsi ön plana çıxarılmalıdır və s. Qlobal istiləşməyə qarşı mübarizədə yanacaq istehlakına məhdudlaşdırmaların qoyulması lazımdır. Avtomobillər, gəmilər, təyyarələr qlobal emisyonun üçdə birinə səbəb olur. Daha çox təbii meşələrə və daha az enerji istehlak etməyə ehtiyac var.



o    Qlobal istiləşmənin qarşısının alınması ücün nələr etmək lazımdır?
Bunlara əlavə olaraq bir neçə maddə daha əlavə etdik. Xahiş olunur  yalnız oxumaqla qalmayaq. Tətbiqimiz lazım olduğunun fərqinə varaq.
1.   Yenilənə bilər enerji qaynaqları istifadə edilməli
2.   Qənaətli lampalar istifadə edilməli
3.   Küçə dirəklərinin lampaları, qənaətli lampalarla dəyişdirilməli
4.   Karbon vergisi çıxarılmalı, dünyanı çirklətməyə davam edən, əvəzini ödəməli
5.   İstehsalda ibarət olan yaranan artıq enerji itkisini azaltmaq üçün, keyfiyyətli geyimlər alınmalı, uzun müddət geyilməli
6.   Enerji qənaəti təmin edən binalar tikilməli, bu binalarda yaşamalı
7.   Karbon artımının azaldılması üçün lazımlı işlər görülməli. Xüsusilə fabriklərin, təbiətə saldığı karbon miqdarı azaldılmalı
8.   Ev ilə işyeri arasındakı məsafənin az olmasına çalışılmalı. Beləliklə vasitələrin egzoslarından çıxan zərərli qazların azaldılması da təmin edilməli
\
9.   Kütləvi nəqliyyat vasitələri istifadə edilməli
10.              Kondisioner istifadəsi azaldılmalı, ev və işyerindəki havanın yenilənməsi üçün pəncərələr açılmalı
11.              Ev və işyerlərindəki sahil idimlər edilməli, lazım olsa mütəxəssislərdən kömək alınmalı
12.              Yenilənə bilər enerji qaynaqlarının istifadəsinin artması üçün bu cür meydana gəlmələrə dəstək verilməli
13.              Yanacaq sərfi aşağı olan vasitələr alınmalı
14.              Bağça əkinçiliyi dəstəklənilməli, məhsullar bu istehsalçılardan alınmalı
Картинки по запросу qlobal istiləşmə
15.              Yolçu təyyarələrinin karbon püskürtdüyü göz önünə alınaraq, hava sahənliklərində tənzimləməyə gedilməli, ən qısa yoldan çatış nöqtəsinə getmələri təmin edilməli
16.              Tez-tez səyahət etmək məcburiyyətində olanlar ilə uzun məsafəli təyyarə səfəri edənlər, bunlara qarşılıq ağac əkməlidir. Heç olmasa çirklədikləri dünyaya az da olsa faydaları olar. Səyahətləri iş gərəyi edənlər üçün də işə götürənlər dövrəyə girməli. Səbəb olduqları çirkliliyə qarşılıq, dünyanı gözəlləşdirmək üçün də məşğul olmalıdır
17.              İşlə çalışılmayan zamanlarda kompüterlər bağlanmalıdır. Hazır gözləmədəki və ekran qoruyucusu aktiv kompüterlər də enerji xərcləməsinə səbəb olar
18.              Uzun müddət istifadə edilməyəcək bütün elektrikli əşyalar ştepseldən çıxarılmalıdır. Məsələn, tətilə gedərkən soyuducundakı yeməklər çıxarılaraq, çeki ştepseldən çəkilə bilər.
19.              Kağızların geri çevrilməsi maksimum ölçüdə təmin edilməli
20.              Enerji qənaəti təmin edən ev alətləri istifadə edilməli
21.              Mümkünsə, hər kəs bağçaçılıqla məşğul olmalı, öz yeməyinin bir qisimini çıxara bilməli. Çıxara bilmədiyini də digər bağçaçılardan götürməli.

 Похожее изображение


Hiç yorum yok:

Yorum Gönder